Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-951/2024 14.11.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakları ilə, xx.xx.1998-ci ildə Astara rayonun, Şahağacı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Astara rayon Şahağacı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan. Şəxs Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair X1 daxil olmuş materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Şəxs barəsində Astara Rayon Polis Şöbəsinin sahə rəisi Kamran Rəhimov tərəfindən İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə 14 noyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 18 sentyabr 2024-cü il tarixdə saat 12 radələrində Astara rayonu, Şiyəkəran kəndində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 nalayiq söyüşlərlər söyüb təhqir etmişdir. Bununla da, Şəxs xırda xuliqanlıq edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ifadə verərək bildirmişdir ki, Astara rayon, Şahağacı kəndində yaşayır. Zərərçəkmiş şəxs2 onun keçmiş qaynanası və Zərərçəkmiş şəxs1 onun keçmiş qaynatasıdır. Astara rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli 2(018)-636/2024 nömrəli qətnaməsi ilə Asiman Baxşiyev ilə aralarında nikah pozulmuş və azyaşlı uşaqlar onun himayəsində qalmışdır. 18 sentyabr 2024-cü il tarixdə saat 12 radələrində keçmiş qaynatası Arzuman Baxşıyevin yaşadığı evə getmiş və azyaşlı uşaqlarını götürüb özü ilə aparmaq istəmişdir. Bununla da zərərçəkmiş şəxslər ilə aralarında mübahisə düşmüşdür. Mübahisə zamanı onları təhqir etməmişdir. Məhkəmədən barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadə verərək bildirmişdir ki, Astara rayon, Şiyəkəran kəndində ailəsi ilə birlikdə yaşayır. Ailəlidir. Şəxs onun keçmiş gəlinidir. Astara rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli 2(018)-636/2024 nömrəli qətnaməsi ilə oğlu Asiman Baxşiyev ilə aralarında nikah pozulmuşdur. 18 sentyabr 2024-cü il tarixdə saat 12 radələrində keçmiş gəlini Şəxs onların yaşadığı evə gəlmiş və azyaşlı uşaqları götürüb özü ilə aparmaq istəmişdir. Bununla da aralarında mübahisə düşmüşdür. Mübahisə zamanı Çinarı Baxşiyevanı onu söyüb təhqir etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 digər Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu izahat verərək yuxarıda qeyd olunan xüsusatları təsdiq etmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin izahatını dinləyib, həmçinin iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməsi tam sübuta yetirilir. İş materiallarında olan Astara RPŞ-nin Təhqiqat Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal, həmin Məcəllənin 33-cü maddəsinə əsasən isə məsuliyyəti ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən hal əməlindən səmimi peşman olması və inzibati xəta törətməsini səmimi etiraf etməsidir. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə iş üzrə yüngülləşdirən halların olmasını, ağırlaşdırılan halların olmamasını, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş – cərimə inzibati tənbeh tədbiri tətbiq edildiyi halda, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48,114,115-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 50 (əlli) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Astara rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-951/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-951/2024
14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver