Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-955/2024 27.11.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X4 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, X1 iştirakı ilə, X1 inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, EQ24386273 saylı elektron qərarın ləğv edilməsi barədə şikayətinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, EQ24386273 saylı elektron qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İXM-nin 328.3-cü maddəsinin tələblərini pozmuşdur. Hal-hazırda X2 şikayət ilə müraciət edərək, Məhkəmədən, barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EQ24386273 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət verən şəxs X2 bildirdi ki, idarə etdiyi DAF markalı, ** RY *** dövlət qeydiyyat nişanlı Yük avtomobili (yəhərli dartıcı) ikioxlu dartıcı və üçoxlu yarımqoşqu ilə təchiz olunmuşdur. Qanunvericiliyə əsasən icazə verilən maksimum çəki 40 tondur. Həmin gün radara düşməmişdən əvvəl saat 00:09-da tərəziyə çıxmış və ona maşının çəkisinin 39830 kq olduğu barədə rəsmi sənəd verilmişdir. Çəkinin qaydasında olduğunu gördükdən sonra yoluna davam etmişdir. Bundan sonra Qaradağ rayonu, Səngəçal qəsəbəsində quraşdırılmış radara düşmüş və cərimə olunmuşdur. Həmin qərarda qeyd edilir ki, ümumi kütləsi 41.080 kq olmuşdur. Radarın qeyd etdiyi kq həqiqəti əks etdırmir. Belə ki, radara düşməmişdən 23 dəqiqə əvvəl 39830 kq olduğu barədə ona rəsmi sənəd verilmişdir. Göründüyü kimi, həmin radar yükünü düzgün hesablamamışdır. Bundan əlavə qərarda limitin 36000 kq olduğu qeyd edilsədə yük avtomobilinin iki oxlu dartıcı və üç oxlu yarım qoşqulu yəhərli avtoqatar olması və 40.000kq limitində olması nəzərə alınmamışdır. Odur ki, Məhkəmədən Azərbaycan Respublikası Daxiliİşlər NazirliyiBaş X5 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 24386273 saylı inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi barədə qərar qəbul etməsini xahiş edir. İşə baxılmasının yeri və vaxtı Azərbaycan Respublikası BDYPİ-nə məlumat verilsə də Azərbaycan Respublikası BDYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, X1 inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, EQ24386273 saylı elektron qərara xitam verilməsi barədə şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında İşlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında İşlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şərh edilənlərə əsasən, məhkəmə X1 inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, EQ24386273 saylı elektron qərara xitam verilməsi barədə şikayətinin təmin olunmamasını və X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 353.2-ci maddəsinə əsasən qəbul edilmiş EQ24386273 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılmasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1,357, 360, 364, 426-427 və 430-432, 436-cı maddələrini rəhbər tutaraq, Qərara aldı : X1 inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, EQ24386273 saylı elektron qərara xitam verilməsi barədə şikayəti təmin olunmasın. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 353.2-ci maddəsinə əsasən qəbul edilmiş EQ24386273 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-955/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-955/2024
27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver