Məhkəmə qərarları › İş №3(018)-965/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-965/2024

03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-965/2024 03.12.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X8 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Şikayət verən şəxs X1 iştirakı ilə, X1 Bakı Şəhəri DYPİ YPX-nin inspektoru X2 inzibati tənbeh verilməsi haqqında xx.xx.2024-cü il tarixli, TP6849013 saylı qərarından verdiyi şikayətə Astara Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə Müəyyən etdi: Astara rayon, Marzəsə kənd sakini X3 məhkəməyə Bakı Şəhəri DYPİ YPX-nin inspektoru X2 xx.xx.2024-cü il tarixli, TP6849013 saylı qərarından verdiyi şikayətində o həmin qərarın əsassız olmasını göstərib, ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə şikayət verən şəxs X3 şikayətində göstərdi ki, bildirir ki, TOYOTA Prius (Hibrid) minik markalı ** FA *** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsinin Bakı şəhəri, Özbəkistan 10, 9PS, 40.41913,49 ******* ərazisində 03.011 2024-cü il tarixində saat 12:14 radələrində idarə edərkən guya "svetaforun və ya nizamlayıcının qadağanedicı işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə "barəsində Bakı şəhər DYPİ Yol Patrul xidməti baş inspektor polis leytenantı X4 tərəfindən xx.xx.2024-cü il tarixdə X5 İXP ******* nömrəli protokolu tərtib etmişdir. Bu protokola əsasən 03.11 2024-cü il tarixli TP6849013 saylı qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə təqsirli bilinib barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh tətbiq edilmişdir. Bildirir ki, TOYOTA Prius (Hibrid) minik markalı ** FA *** dövlət qeydiyyatı nişanlı nəqliyyat vasitəsinin Bakı şəhəri, Özbəkistan 10, 9PS, 40.41913,49 ******* ərazisində 03.011 2024-cü il tarixində saat 12:14 radələrində idarə edərkən güya "svetaforun və ya nizamlayıcının qadağanedicı işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə "barəsində Bakı şəhər DYPİ Yol Patrul xidməti baş inspektor polis leytenantı X4 tərəfindən xx.xx.2024-cü il tarixdə X5 İXP ******* nömrəli protokolu tərtib etmişdir. Bu protokola əsasən 03.11 2024-cü il tarixli TP6849013 saylı qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə təqsirli bilinib barəsində 100 manat məbləğində cərimə ediləmsi haqqında tənbeh növü tətbiq edilmişdir. Barəsində olan 03 noyabr 2024-cü il tarixli TP6849013 nömrəli İnzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Bakı Şəhəri DYPİ YPX-nə məhkəmə iclasının vaxtı və yeri barədə qabaqcadan məlumat verilməsinə baxmayaraq Bakı Şəhəri DYPİ YPX-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati qərardan verilmiş şikayətə Bakı Şəhəri DYPİ YPX-nin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iş sənədini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, hazırki X5 iş üzrə qəbul edilmiş qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin kobud surətdə pozularaq tərtib edildiyindən şikayət qismən təmin edilməlidir. Belə ki, şikayətə əlavə edilmiş Bakı Şəhəri DYPİ YPX-nin xx.xx.2024-cü il tarixli, TP6849013 saylı qərarından məlum olur ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 100 (yüz) manat cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddəsinə əsasən X5 iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 135.1.1-cı maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması X5 iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən X5 iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və X5 işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, Bakı Şəhəri DYPİ YPX-nin xx.xx.2024-cü il tarixli, TP6849013 saylı qərarı ləğv edilməli və inzibati iş yenidən araşdırılması üçün Bakı Şəhəri DYPİ YPX-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 131, 134.1.4 və 135.1.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X1 şikayəti qismən təmin edilsin. Bakı Şəhəri DYPİ YPX-nin baş inspektoru X2 X5 iş üzrə xx.xx.2024-cü il tarixli, TP6849013 saylı qərarı ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Bakı Şəhəri DYPİ YPX-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində X5 iş üzrə qərardan Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar