Məhkəmə qərarları › İş №3(018)-975/2024

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-975/2024

03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-975/2024 03.12.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X5 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi və Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Astara rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Astara Rayon Məhkəməsinin icraatına Astara rayon prokurorluğundan Astara rayonu Tüləgüvan kənd sakini Şəxs barəsində tərtib edilmiş 24-1-2-2/406-1569-2 nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar daxil olmuşdur. xx.xx.2024-cü il tarixli 24-1-2-2/406-1569-2 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əsasən, fiziki şəxs X2 (FİN. xxxxxxx) texniki təhlükəsizlik və ya emək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olmasına baxmayaraq əməyin mühafizəsi üzrə standartların normaların və qaydaların tələblərinə emal etməyib "Optik rabitə xətt qurğularının tikintisinə dair Təlimatın 1.12, 21, 23, 24, 61.2-ci bəndin 7-ci abzasının tələblərini pozaraq, əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimatlar keçməmiş, işçini rabitə xətlərinin çəkilməsi işlərinə cəlb etdiyinə və işlərin görülməsində təhlükəsiz iş şəraitinin yaradılması, yeni iş aparılan əraziyə təhlükəsizlik lentlerinin çəkilməsi, müvafiq xəbərdaredıcı nişanların quraşdırılması, o cümlədən avtomobil yolunun üzerindən asılmış kabelin yer səthi ilə məsafəsinin minimal 5,5 m olması təmin etmədiyinə görə xx.xx.2024-cü il tarixdə Astara rayonu Lovayın kəndində internet kabel xettinin çəkilməsi işini görən Zərərçəkmiş şəxs kabelin üz nahiyəsinə dəyməsi İle elaqədar sağlamlığın uzun müddətə pozulmasına səbəb olan ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurmaya aid almacıq əng sümüklərinin sınığı, ağız nahiyəsində cırılmış yara xəsarətləri almasına səbəb olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədə Şəxs bildirdi ki, fərdi sahibkarlıq ilə məşğul olur.əsəs işi müxtəlif şirkətlərlə podrat müqaviləsi bağlayıb həmin şirkətin kabel xətlərin çəkilməsi ilə bağlı sifarişləri icra edir. Hazırki işlə məlumatı o vaxt işçi qrupundan almış, özü orada olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Astara rayon prokurorluğuna lazımı qaydada məlumat verilsə də, prokurorluğun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, habelə işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə Astara rayon prokurorluğunun nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən, bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər (texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə) zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və digər sənədlərlə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 198.3-cü maddəsi ilə tövsif edilmişdir. Belə ki, iş materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 10/6235 nömrəli ekspertiza rəyindən görünür ki, Baş vermi hadisə ilə əlaqədar Optik rabita xalt qurğuların tikintisinə dair Təlimatın 112, 21, 23, 24, 6.1.2-ci bəndin 7-ci abzasının tələbləri pozulmuşdur. Nəzəri bilikləri yoxlanılmamış əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimatlar keçirilməmiş İşçının Astara rayonu, Ojakəran kəndi ərazisində rabitə xətlərının çəkilməsi İşlərinə cəlb edildinə və həmin işlərin görulməsində təhlükəsiz iş şəraitinin yaradılması, yəni iş aparılan əraziyə təhlükəsizlik lentlərının çəkilməsi, həmçinin muvafiq xəbərdaredicı nişanların quraşdırılması, o cümlədən avtomobil yolunun üzərindən asılmış kabelin yer səthi ilə məsafəsinin minimal 55 m olması təmin edilmədiyinə (yəni məsafənin 5,5 m-dən az olduğuna) görə Optik rabitə xətt qurğularının tikintisinə dair Təlimatın 1 12 21, 23, 24 61 2-ci bandin 7-ci abzasının tələbləri əraziyə internet kabelinin çəkilməsi İşlərinin görülməsinə göstəriş vermiş şəxslər tərəfindən pozulmuşdur. İş materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 245 nömrəli ekspertiza rəyindən görünür ki, 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs Nazım oğlunun məhkəmə tibbi müayinəsinə, onun adına tərtib olunmuş tibbi sənəddə qeyd olunmuş məlumata əsasən, hadisə haqqında olan məlumatian nəzərə alaraq ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir 1-2 Vet. X1 bədəni üzərində almaciq ang sümüklərinin sınığı, ağız nahiyəsində cırılmış yara aşkar edilmişdir Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişler o cümlədən qərarın (əsviri hissəsində göstərilən müddətdə və şəraitdə yanı. xx.xx.2024-cu il tarixdə kabel xəttinin ağız nahiyəsində üz sümuklərinin bərk sıxılması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar tərtib edilmiş şəxs Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmədi. Təsvir olunanları ümumiləşdirərək məhkəmə Şəxs törətdiyi xətanın xarakterini, şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və inzibati qaydada cərimə olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 (min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar