Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-977/2024 02.12.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X1 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Protokol tərtib edən şəxs Şərifovov müsəddin Sarvan oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs iştirakları ilə, Şəxs barəsində Astara Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyən etdi: xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Şəxs xx.xx.2024-cü il tarixdə saat 20:30 radələrində Zərərçəkmiş şəxs maddi ziyan vurmuşdur. Məhkəmədə Protokol tərtib edən şəxs Şərifov müsəddin Sarvan oğlu bildirdi ki, 01 10.2024-cü il tarixdə saat 20:30 radələrində Beyləqan rayonu Qəhrəmanlı qəsəbə sakini Zərərçəkmiş şəxs Hasen oğlu idarə etdiyi Ford Transit markalı, 90LM408 diq nişanlı avtomobillə Astara rayonu, Artupa kənd yolunda hərəkətdə olarkən qarşısına Astara rayonu, Artupa kənd sakini Şəxs məxsus bir baş iri buynuzlu heyvanın sahibsiz və nəzarətsiz olmaqla asflat örtüklü yola qəflətən çıxması nəticəsində maddi ziyana səbəb olan yol nəqliyyat hadisəsi baş vermişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-338.7-ci maddəsinin tərkibi olduğu üçün barəsində İXP6592837 saylı protokol tartib edilmişdir. Məhkəmədə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, inəyini yolun qırağında arxın içində avtomobil ilə vurublar. O, heç kimə maddi zərər vurmayıb. Barəsində olan işə xitam verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında işin sənədlərini tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs qızının Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayış vərəqəsindən görünür ki, 01 10.2024-cü il tarixdə saat 20:30 radələrində Beyləqan rayonu Qəhrəmanlı qəsəbə sakini Zərərçəkmiş şəxs Hasen oğlu idarə etdiyi Ford Transit markalı, 90LM408 diq nişanlı avtomobillə Astara rayonu, Artupa kənd yolunda hərəkətdə olarkən qarşısına Astara rayonu, Artupa kənd sakini Şəxs məxsus bir baş iri buynuzlu heyvanın sahibsiz və nəzarətsiz olmaqla asflat örtüklü yola qəflətən çıxması nəticəsində maddi ziyana səbəb olan yol nəqliyyat hadisəsi baş vermişdir. Odur ki, vətəndaş Şəxs əməlində Azərbaycan Respublikası İXM-338.7-ci maddəsinin tərkibi olduğu üçün barəsində İXP6592837 saylı protokol tartib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs qızının məsuliyyətində ağırlaşdıran hal aşkar etmədi. Məhkəmə Şəxs qızının məsuliyyətində yüngülləşdirən hal aşkar etmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci Bu Məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, onun şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alır və onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-977/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-977/2024
02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver