Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № 3(018)-980/2024 20.11.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, Astara Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Mütalib Əkbərzadənin, tələbkar X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Astara Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Mütalib Əkbərzadə tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş 20 noyabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Astara Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Mütalib Əkbərzadə ərizə təqdim edərək Şəxs barəsində tərtib etdiyi protokolun baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını, icra məmurunun ərizəsini araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Məhkəmə Astara Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Mütalib Əkbərzadənin təqdim etdiyi inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılması barədə ərizəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Astara Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasınm İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlər Astara Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(018)-980/2024
Astara Rayon Məhkəməsi Qərardad — İş №3(018)-980/2024
20.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver