Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-984/2023 16.11.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi X1 oğlunun katibliyi ilə, 26 avqust 1970-ci ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Astara şəhəri, N.Nərimanov küçəsi döngə 1, ev 4-də qeydiyyatda olmaqla orada yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Astara rayon polis şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Astara rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs 28 may 2022-ci il tarixdə saat 15:00 radələrində Zərərçəkmiş şəxs ünvan 1 ünvanında usta kimi işləyərkən dəyəri 80 manat olan sonuncuya məxsus müxtəlif növ dəmir tullantıları oğurlamışdır ki, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə də Astara rayon polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati icraat aparılan Şəxs vermiş olduğu izahatında göstərdi ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin evdə yaşayır, evlidir, lakin övladı yoxdur, rəsmi olaraq heç yerdə işləmir, tikinti işlərində ustalıq edərək dolanır. Zərərçəkmiş şəxs əmisi nəvəsidir, həmçinin qonşusudur, münasibətləri həmişə yaxşı olmuşdur. Təxminən 2021-ci ildə qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs fərdi yaşayış evində usta kimi işləmiş, buna görə Ülkər ona zəhmət haqqı verirmiş. Zərərçəkmiş şəxs evində usta işlədiyi vaxt, evin yuxarı hissəsində olan təxminən 2-3 otağının tavanının suvağı tökülmüş, Zərərçəkmiş şəxs Bakı şəhərindən Astara şəhərinə olan evinə gəlib, otağın suvağının töküldüyünü görüb, ona evin rəng işlərini hamısını havayı görməyini tələb etmişdir. Zərərçəkmiş şəxs ilə razılaşmadıqda, Ülkər polisə şikayət edəcəyi ilə onu hədələmişdir. Bu səbəbdən Zərərçəkmiş şəxs ilə razılaşıb, evin bütün işlərini görməyə davam etmişdir. Əlavə işlərinə görə Ülkər pul verməmiş, təxminən 1 il sonra Zərərçəkmiş şəxs başqa usta gətirib, evinin ikinci mərtəbəsinə qalxan pilləkənlərin qoltuqlarını sökdürüb, yenisi ilə əvəz etmiş və köhnə pilləkən qoltuqlarını həyətinin kənarına tullamışdır. Həmin vaxt Ülkərin evində rəng işləri görürmüş, Ülkərdən həmin pilləkən qoltuqlarını istəmiş, Ülkər demişdir ki, pilləkən qoltuqlarını bir şərtlə verə bilər ki, zəhmət haqqından çıxacaq. Bunu zarafat kimi qəbul etmiş, lakin həmin iki pilləkən qoltuqlarını götürüb həyətinə aparmışdır. Həmin 2 ədəd dəmir pilləkən qoltuqlarını yaşadığı evin həyətində olan tövlənin yuxarısına yığmış ot bağlamalarının dağılmamasının qarşısını almaq məqsədilə tövlənin yan tərəfində qoymuşdur. Ülkərin evində işini qurtardıqdan sonra Ülkər onun zəhmət haqqını vermiş, lakin tam verməmişdir. 2022-ci ilin aprel ayında Ülkər onu çağırıb bildirmişdir ki, evində olan köhnə su qızdırıcısının buxar borusunu kəsmək istəyir. Ülkərə demişdir ki, zəhmət haqqı kimi kəsəcəyi həmin borunu götürmək istəyir. Ülkər əvvəl həmin borunu vermək istəmirmiş, lakin sonradan razılaşmışdır. Həmin buxar borusunu bir neçə hissəyə kəsib evinə aparmış, borunun ümumi uzunluğu təxminən 7-8 metr olmuşdur. Daha sonra 2022-ci ilin aprel ayında Zərərçəkmiş şəxs ondan həyətinin giriş hissəsinə, torpaq altından işıq çəkməyi istəmiş, buna görə Ülkərə demişdir ki, bir fəhlə tapsın ki, torpağı qazsın. Bir neçə gün sonra Ülkər ona Whatsapp vasitəsilə səsli sms yollayaraq, həyətinin giriş qapısına işıq çəkib-çəkmədiyini soruşmuş, o, Zərərçəkmiş şəxs Bakı şəhərinə gedəcəyini bildirmiş, bundan sonra Ülkər təkrarən Whatsapp vasitəsilə səsli sms yollayaraq, kobud danışmağa başlayıb evində su turbasını işıq çəkməyinin əvəzində ona verdiyini bildirərək, həmin su borusunu gətirib yerinə qoymağını istəmişdir. Səhəri gün Ülkər Astaraya gəlmiş, o, da Ülkərin ona verdiyi dəmir boruları gətirib Ülkərin yaşadığı evin alt hissəsində olan anbara, pilləkənlərin qoltuqlarını isə evinin yan tərəfinə qoymuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs evin pəncərəsindən küçəyə çıxaraq gəlib, ondan üzr istəməyini tələb etmiş, Zərərçəkmiş şəxs üzr istəməyəcəyini bildirmişdir. Bundan sonra Ülkər ondan şikayət edəcəyi ilə onu hədələmişdir. Ülkərin evindən 4 ədəd dəmir pilləkənin kənarlarını, yəni qoltuqlarını, 1 ədəd 6-7 metrlik 75-lik dəmir boruları, 1 ədəd 8 metrlik su borusunu, 1 ədəd elektrik sayğacının qovşağının oğurlamamış, Zərərçəkmiş şəxs özü ona 2 ədəd dəmir pilləkənin kənarlarını, yəni qoltuqlarını, 1 ədəd 8 metrlik su borusunu vermiş və həmin əşyaları o Ülkərə qaytarmışdır. Zərərçəkmiş şəxs evində bir ilə yaxın ustalıq etmişdir. Hazırda törətdiyi əməldən peşimandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 115.2-ci maddəsində göstərilir ki, inzibati xətaya görə inzibati tənbeh tətbiq etmə ilə eyni vaxtda vurulmuş maddi zərərin ödənilməsi, həmçinin inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxsə məcburi müalicənin təyin edilməsi məsələləri hakim tərəfindən həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən məhkəmə onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, ailə vəziyyətini nəzərə alıb məhkəmə ona istinad edilən maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər tənbehinin təyin edilməsini məqsədə müvafiq bilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xətanı törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib barəsində 160 (yüz altmış) saatadək ictimai işlər inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Astara rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin İbrahimov
Məhkəmə qərarları › İş №3(018)-984/2023
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-984/2023
16.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver