Məhkəmə qərarları › İş №3(018)-985/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-985/2023

17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-985/2023 17.11.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qafarov Elvin Namik oğlunun katibliyi, Dövlət Sərhəd Xidməti N №-li hərbi hissənin Təhqiqat hüquq qrupunun rəisi ədliyyə baş leytenantı X4, müdafiəçi X5 və tərcüməçi X6 iştirakı ilə, Əfqanistan Tacikstan Respublikasının və Rusiya Federasiyası Respublikasının vətəndaşı olan X1 barəsində Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsindən daxil olmuş inzibati qaydada tutma protokoluna və toplanmış materiallara baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Sərhəd pozucusu kimi saxlanılmış və özünü Tacikstan Respublikasının və Rusiya Federasiyası Respublikasının vətəndaşı kimi təqdim edən X3 inzibati qaydada tutulmasına dair tərtib olunmuş inzibati qaydada tutma haqqında 16 noyabr 2023-cü il tarixli protokol və toplanmış materiallar Astara Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında inzibati qaydada tutulmuş və özünü Əfqanistan İslam Respublikasının vətəndaşı kimi təqdim edən X3 verdiyi izahatında göstərdi ki, o, xx xxxxxxx 1995-ci ildə Tacikstan Respublikasının Düşənbə şəhərində anadan olmuşdur. Tacikstan Respublikasının və Rusiya Federasiyası Respublikasının vətəndaşıdır. Rusiya Federasiyası Respublikasının İrkutsk şəhərində yaşamışdır. Rusiya-Ukraniya müharibəsinə görə Rusiya Federasiyası Respublikasın qaçaraq qeyri-qanuni yolla İran İslam Respublikasına gedərək orada işləmək qərarına gəliblər. X14 Respublikasında iş tapa bilmədiklərindən həmin ərazidə tanımadıqları şəxslər onlara Azərbaycan Respublikasında daha yaxşı iş olduğunu söyləmişlər. Onlar da bu səbəbdən sənədlərinin qaydasında olmamasından qeyri-qanuni yolla Azərbaycan Respublikası ərazisinə gələrək 15 noyyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini pozmuş, nəticədə sərhədçilər tərəfindən saxlanılmışıdr. Məhkəmə iclasında çıxış edən müdafiəçi X2 Azhar Abdulrahim barəsində tutmanın tətbiq olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə özünü Tacikstan Respublikasının və Rusiya Federasiyası Respublikasının vətəndaşı kimi təqdim edən X3 izahatlarını dinləyib, iş üzrə toplanmış materialları araşdırıb hesab edir ki, X3 üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığından onun şəxsiyyətini və törədilən hadisənin hallarını araşdırmaq üçün o inzibati qaydada tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-in 89.2-ci maddəsinə əsasən sərhəd rejimini, sərhədboyu (sərhədboyu zolaq) rejimini və ya Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində rejimi pozduğuna, avaralıqla məşğul olduğuna, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında qanunsuz qalmalarına, habelə ölkədə olma qaydalarını pozmalarınagörə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs törətdiyi xətanın hallarını, habelə onun şəxsiyyətini müəyyən etmək üçün, yaxud əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma haqqında qərarın icrasından boyun qaçırdıqda və ya belə boyun qaçırmanı ehtimal etməyə kifayət qədər əsaslar olduqda inzibati qaydada tutma 24 saatadək müddətə və ya inzibati xəta törədənin şəxsiyyətini təsdiq edən sənədlər olmadıqda, hakimin qərarı ilə üç günədək müddətə tutula bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 89, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Özünü Tacikstan Respublikasının və Rusiya Federasiyası Respublikasının vətəndaşı kimi təqdim edən, deməsinə görə xx xxxxxxx 1995-ci ildə Tacikstan Respublikasının Düşənbə şəhərində şəhərində anadan olmuş, Rusiya Federasiyası Respublikasının İrkutsk şəhərində yaşayan X3 3 (üç) gün müddətə inzibati qaydada tutulsun. Tutmanın əvvəli 16 noyabr 2023-cü il tarixdən, saat 00:20-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Mübariz Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar