Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-991/2024 03.12.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Astara RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X2 iştirakları ilə xx xxxx 1972-ci il tarixdə Astara rayonu, Süparibağ kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Astara rayonu, Süparibağ kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: İnzibati xəta haqqında materialdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 10:00 radələrində Astara RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X1 rayon Süparibağ kənd ərazisində xidmətdə olan zaman Şəxs sənədsiz mülki ov silahının olması barədə məlumat almışdır. Aparılan araşdırma zamanı Şəxs yaşadığı ünvanda “İJ-26” markalı, 16 kalibirli, 37147 nömrəli sənədsiz ov silahı saxladığı müəyyən edilmişdir. Astara RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 26 oktyabrr 2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Astara RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X3 tərtib etdiyi protokolun qanuni və əsaslı olmasını nəzərə alaraq Şəxs barəsində tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəxs izahatında bildirmişdir ki, 26 oktyabr 2024-cü il tarixdə təxminən saat 10 radələridə öz pay torpağı ərazisində təsərüfatında gəzərkən polis əməkdaşları ona yaxınlaşaraq, ov silahının müvafiq sənədlərinin olub-olmadığını soruşmuşlar.O da silahının sənədlərinin olmadığını bildirdikdən sonra onun silahını ondan alaraq onu Astara rayon polis şöbəsinə dəvət etmişlər. Həmin ov silahı ona babasından qalmış,onunla heç vaxt ov etməmiş və heç bir sənədinin olmamışdır. Etdiyi inzibati xətanı səmimi olaraq qəbul edir, bir də ov silahı əldə etsə bunu qanun çərçivəsində sənədləşdirəcəyinə söz vermişdir. Barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan maddi sübutun götürülməsi haqqında 26 oktyabr 2024-ci il tarixli aktdan görünür ki, Şəxs “İJ-26” markalı, qoşa lülə, 16 kalibirli, 37147 nömrəli müvafiq sənədləri olmayan mülki ov tüfəngi götürülərək saxlanılması üçün Astara rayon Polis Şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və həmin xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsin 590.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi səmimi peşmançılığı müəyyən edilmiş, məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarını araşdırıb, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – silah və döyüş sursatı müsadirə edilməklə cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində Astara RPŞ-də saxlanılan, inzibati xətanın törədilməsində alət olmuş ““İJ-26” markalı, qoşa lülə, 16 kalibirli, 37147 nömrəli ov tüfəngi müsadirə edilməklə 80 (səksən) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilsin. Müsadirə edilmiş əmlak Azərbaycan Respublikası DİN-nın Təchizat İdarəsinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №3(018)-991/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-991/2024
03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver