Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-993/2024 03.12.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Həbibov Elnar Elman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, xx xxxxxx 1962-ci il tarixdə Astara rayonu, Ərçivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Astara rayonu, Ərçivan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin X1 İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim olunmuş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:20 radələrində özünə məxsus 10 baş iri və xırdabuynuzlu heyvanı nəzarətsiz qoymuş, nəticədə iri buynuzlu heyvan Astara rayonu Ərçivan qəsəbə yolunda hərəkətdə olan, Astara rayonu Təngərüd kənd sakini Zərərçəkmiş şəxs etibarnamə ilə idarə etdiyi “Mercedes Benz A160” minik markalı, ** CD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində avtomobil əzilmiş və Zərərçəkmiş şəxs maddi ziyan dəymişdir. Həmin faktla bağlı Azərbaycan Respublikası DİN-nin X1 İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək Astara rayon Polis Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, İXM-nin 338.7-ci maddəsi ilə özünü tam təqsirli bilir və əməlindən peşimandır, səhv etmişdir, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. O, dəymiş zərərin ödənilməsi ilə bağlı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə öz aralarında razılığa gəlmiş, 2000 min manat zərərçəkmiş şəxsə ödəniş etmiş, həmin şəxsin ona qarşı heç bir şikayəti yoxdur. Odur ki, nəzərə alınmasını xahiş edir. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 112.1.4-cü maddəsinə əsaslanaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə tam sübuta yetirildiyindən onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:20 radələrində özünə məxsus 10 baş iri və xırdabuynuzlu heyvanı nəzarətsiz qoymuş, nəticədə iri buynuzlu 4 heyvan Astara rayonu Ərçivan qəsəbə yolunda hərəkətdə olan, Astara rayonu Təngərüd kənd sakini Zərərçəkmiş şəxs etibarnamə ilə idarə etdiyi “Mercedes Benz A160” minik markalı, ** CD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində avtomobil əzilmiş və Zərərçəkmiş şəxs maddi ziyan dəymişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Astara rayon Polis Şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o, həmin tarixdə özünə məxsus olan etibarnamə ilə idarə etdiyi “Mercedes Benz A160” minik markalı, ** CD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Astara rayonu Ərçivan qəsəbə yolunda hərəkətdə olan zaman tanımadığı şəxsin heyvanları nəqliyyat vasitəsinin qabağına keçmiş və nəticədə maşın əzilməklə ona maddi ziyan dəymişdir. Özü isə xəsarət almamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Astara rayon Polis Şöbəsinə ünvanlandığı xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o, xx.xx.2024-cü il tarixdə, saat 18:20 radələrində özünə məxsus 10 baş iri buynuzlu heyvanı evinə aparakən Astara rayonu Ərçivan qəsəbə yolunda hərəkətdə olan “Mercedes Benz A160” minik markalı, ** CD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun qabağına çıxmış, nəticədə heyvanlardan dördünü maşın vurmaqla nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. İş materiallarında olan eManat ödəniş sistemi vasitəsilə ödənilmiş qəbzdən görünür ki, 500 manat Zərərçəkmiş şəxs ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 338.7-ci maddəsinə əsasən, bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə 100 manatdan 150 manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi öz izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 338.7-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onun təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşmançılıq hissi keçirməsi, zərərin bir hissəsini ödəməsi məsuliyyəti yüngülləşdirən hallar kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halları və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan minimum həddə cərimənin tətbiq edilməsini məqsədəmüvafiq hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №3(018)-993/2024
Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-993/2024
03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver