Məhkəmə qərarları › İş №3(018)-999/2023

Astara Rayon Məhkəməsi Qərar — İş №3(018)-999/2023

29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(018)-999/2023 29.12.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Qida X1-X8 nümayəndəsi X3 iştirakı ilə, Astara rayonu Ərcivan qəsəbə sakini X5 Azərbaycan Respublikası Qida X1-X8 rəisi v.i.e. Xalid Ələkbərlinin “Təhlükəli malların və məhsulların gömrük ərazisi hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi” barədə olan 11 oktyabr 2023-cü il tarixli, İD063090211- 010 nömrəli qərarının ləğv edilməsinə dair şikayətə Astara Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə Müəyyən etdi: Astara rayonu Ərcivan qəsəbə sakini X5 Azərbaycan Respublikası Qida X1-X8 rəisi v.i.e. Xalid Ələkbərlinin “Təhlükəli malların və məhsulların gömrük ərazisi hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi” barədə olan 11 oktyabr 2023-cü il tarixli, İD063090211- 010 nömrəli qərarının ləğv edilməsinə dair şikayətindən məlum olur ki, o, Türküyə Respublikasında yerləşən şirkətlə müqavilə bağlamaqla oradan “CARA CARA” adda portağal tingi şifariş etmişdir. Həminn şirkətdən onun adına 22450 kiloqram çəkidə portağal tingləri onun ünvanına göndərilmişdir. Həmin 22450 kiloqram çəkidə portağal tingləri Türküyə Respublikasında olan müvafiq qrumda müayinə olunaraq müvafiq sertifikat verilmişdir. Həmin sertifikatda 22450 kiloqram çəkidə portağal tinglərində hec bir virusun aşkar edilməməsi müəyyən edilmişdir. Sonra həmin 22450 kiloqram çəkidə portağal tingləri Türküyə Respublikasının və Azərbaycan Respublikasının gömrük orqanlarında müayinə olunaraq hec bir virusun aşkar edilməməsi müəyyən edildikdən sonra Astara rayonu Ərcivan qəsəbəsinə daxil olmuşdur. Azərbaycan Respublikası Qida X1-X8 əməkdaşları həmin tingləri müayinə edərkən onlarda guya “Sitrus tristeza” virusu aşkar etmişlər. Azərbaycan Respublikası Qida X1-X8 rəisi v.i.e. Xalid Ələkbərlinin “Təhlükəli malların və məhsulların gömrük ərazisi hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi” barədə olan 11 oktyabr 2023-cü il tarixli, İD063090211-010 nömrəli qərar qəbul etmişlər. Hesab edir ki, həmin qərar qanunsuzdur. Ona gprə də 11 oktyabr 2023-cü il tarixli, İD063090211-010 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən X5 nümayəndəsi Vəkil şikayətdə qeyd edilənləri göstərməklə 11 oktyabr 2023-cü il tarixli, İD063090211-010 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Qida X1-X8 nümayəndəsi X6 məhkəmə iclasında göstərdi ki, Astara rayonu Ərcivan qəsəbə sakini X7 Türküyə Respublikasında yerləşən şirkətdən müqavilə əsasında göndərilmiş, 22450 kiloqram çəkidə “CARA CARA” adda portağal tingləri Azərbaycan Qida Təhlükəsizliyi X4 Labaratoriyasında müayinə olunan zaman onlarda zərərli “Sitrus tristeza” virusu aşkar edilmişdir. Ona görə də Azərbaycan Respublikası Qida X1-X8 rəisi v.i.e. Xalid Ələkbərlinin “Təhlükəli malların və məhsulların gömrük ərazisi hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi” barədə olan 11 oktyabr 2023-cü il tarixli, İD063090211-010 nömrəli qərar qəbul edilmişdir. Qeyd edilən qərar isə inzibati xəta ilə əlaqədar deyildir. Ona görə də şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati materiala əlavə edilmiş Azərbaycan Qida Təhlükəsizliyi X4 Labaratoriyasının sınaq protokolundan məlum olur ki, 22450 kiloqram çəkidə “CARA CARA” adda portağal tingləri Azərbaycan Qida Təhlükəsizliyi X4 Labaratoriyasında müayinə olunan zaman onlarda zərərli “Sitrus tristeza” virusu aşkar edilmişdir. Məhkəmə Astara rayonu Ərcivan qəsəbə sakini X5 Azərbaycan Respublikası Qida X1-X8 rəisi v.i.e. Xalid Ələkbərlinin “Təhlükəli malların və məhsulların gömrük ərazisi hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi” barədə olan 11 oktyabr 2023-cü il tarixli, İD063090211-010 nömrəli qərarının ləğv edilməsinə dair şikayət ərizəsini nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, onun şikayət ərizəsində qeyd edilənləri təsdiq edən hər hansı bir subutu əlavə etməmişdir. Məhkəmədə həmçinin o da aydın oldu ki, 11 oktyabr 2023-cü il tarixli, İD063090211-010 nömrəli qərar inzibati xəta haqqında iş üzrə qərar deyildir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstəilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq Məhkəmə qərara aldı : Astara rayonu Ərcivan qəsəbə sakini X5 Azərbaycan Respublikası Qida X1-X8 rəisi v.i.e. Xalid Ələkbərlinin “Təhlükəli malların və məhsulların gömrük ərazisi hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi” barədə olan 11 oktyabr 2023-cü il tarixli, İD063090211- 010 nömrəli qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar