Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-1/2021 27.01.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X16 qızının katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə xx.xx.1961-ci ildə Balakən rayonu Xalatala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Xalatala kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx.xx.2019-cu il tarixdə,saat 23:40 radələrində Rusiya Federasiyası istiqamətindən Azərbaycan Respublikası Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postundan idarə etdiyi “Mercedes Benz 200” markalı, 90LR046 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerində ehtiyat təkər olan hissənin sağ və sol tərəflərindəki boşluqlardan gömrük nəzarətinə bəyan edilməyən az miqdarda -ümumilikdə bazar dəyəri 17250 manat dəyərində olan qutusu və aksesuarları (adapter və qulaqcıq) ilə birlikdə 1 ədəd "İphone XS gold 64 GB", 1 ədəd “İphone X Space Gray 64 GB", 1 ədəd İphone 11 Purple 64 GB", 4 ədəd "İphone 11 X20 Green 256 GB”, 1 ədəd İphone 11 X23 Gray 64 GB markalı mobil telefonları keçirtmişdir. Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttində Şəxs idarə etdiyi “Mercedes Benz 200” markalı, 90LR046 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə gömrük baxışı zaman nəqliyyat vasitəsinin yük yerində ehtiyat təkər olan hissənin sağ və sol tərəflərindəki boşluqlardan gömrük nəzarətinə bəyan edilməyən ümumilikdə bazar dəyəri 17250 manat dəyərində olan qutusu və aksesuarları (adapter və qulaqcıq) ilə birlikdə 1 ədəd "İphone XS gold 64 GB", 1 ədəd “İphone X Space Gray 64 GB", 1 ədəd İphone 11 Purple 64 GB", 4 ədəd "İphone 11 X20 Green 256 GB”, 1 ədəd İphone 11 X23 Gray 64 GB markalı mobil telefonları aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi X11 Təhqiqat Şöbəsinin təhqiqatçısı, g/x-i kiçik leytenantı X14 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2020-ci il tarixli, 10000-0025/20 №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 3(019)-220/2020 saylı qərarı ilə (sədrlik edən hakim Zamin Tahirov) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata haqqında inzibati işə xitam verilməsi barədə ləğv edilməmiş qərar olduğuna görə (İXM-nin 53.0.7-ci maddəsinə əsasən) xitam verilməsi və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsilə inzibati məsuliyyətdən azad edilməsi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks" Birliyində saxlanılan Şəxs götürülmüş inzibati xətanın bilavasitə predmeti olduğu qeyd edilən ümumilikdə bazar dəyəri 17250 manat dəyərində olan qutusu və aksesuarları (adapter və qulaqcıq) ilə birlikdə 1 ədəd “İphone XS gold 64 GB”, 1 ədəd “İphone X Space Grav 64 GB”, 1 ədəd İphone 11 Purple 64 GB", 4 ədəd “İphone 11 X20 Green 256 GB”, 1 ədəd “ İphone 11 Pro X22 64 GB markalı mobil telefonlar onun tərəfindən 4120 manat 65 qəpik gömrük ödənişləri ödənildikdən sonra Şəxs qaytarılması müəyyən edilmişdir Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının(sədrlik edən hakim Akif Eyvazov) 3(107)-299/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qərarı ilə İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyəli orqan-Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Məsum Rəsulov tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 3(019)-220/2020 saylı qərarı ləğv edilmiş, İnzibati xəta haqqında protokol və materiallar mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Balakən Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyək izahatında göstərdi ki, hal-hazırda Balakən rayonunun Xalatala kəndində yaşayır və müvəqqəti işsizdir. Özünə məxsus olan ‘'Mercedes Benz 200" markalı, 90LR046 dövlət nömrə nişanl nəqliyyat vasitəsi ilə taksi fəaliyyəti göstərərək, ailəsinin dolanışığını təmin edir. Əsasən Balakən rayonundan X4 şəhərinə sərnişin aparıbgətirir. Təqribən 8-9 ildir ki, bu işlə məşğul olur. Sonuncu dəfə də xx.xx.2019-ci il tarixdə Balakən rayonundan Maxaçqala şəhərinə gedən 1 nəfər sərnişini götürüb yola düşmüşdür. Onu da qeyd edir ki, xx.xx.2019-cu il tarixdə Balakən rayonundan yola düşməzdən əvvəl Balakən rayonu Xalatala kəndində yaşayan əmisioğlu Şahid2h oğlu gəlib ona bildirmişdir ki, Maxaçqala şəhərində daimi yaşayan qardaşı, yəni onun digər əmisi oğlu Rusiya Federasiyasının vətəndaşı X1 3 ədəd “İPhone” markalı mobil telefon göndərəcək və həmin mobil telefonları Abdurraxmandan alıb, Balakən rayonuna gətirməyi xahiş etmişdir. Onun xahişini qəbul etmiş və həmin mobil telefonları gətirəcəyini bildirmişdir. Bundan bir qədər sonra, yəni hələ Balakən rayonunda olarkən əvvəlcədən tanıdığı, sığorta şirkətində çalışdığını bildiyi Balakən rayonu Tülü kəndində yaşayan Şahid3 Hacıyev oğlu ona yaxınlaşaraq, Maxaçqala şəhərində yaşayan dostu, əslən Balakən rayonundan olan və bildiyi qədər ilə Rusiya Federasiyasının vətəndaşı X8 ona 3 ədəd “iPhone" markalı mobil telefon göndərəcəyini bildirmiş və həmin mobil telefonları Balakən rayonuna gətirməyini ondan xahiş etmişdir. O, Eyvazın da xahişini qəbul etmişdir. Onu da bildirir ki, X10 əvvəlcədən Balakən rayonunda yaşayan vaxtlarından tanıyır. Bundan sonra bildiyi qədər ilə Rusiya Federasiyası vətəndaşı olan, lakin hal-hazırda Balakən rayonu Xalatala kəndində yaşayan X9 ona yaxınlaşaraq, Maxaçqala şəhərində yaşayan Ruslan adlı dostunun ona 2 ədəd “iPhone” markalı mobil telefon göndərəcəyini və həmin mobil telefonları Balakən rayonuna gətirməsini ondan xahiş etmişdir. O, Şamilə də etiraz etməmiş və onun da xahişini qəbul etmişdir. Bundan sonra Balakən rayonundan Maxaçkala şəhərinə getmişdir. xx.xx.2019-cu il tarixdə, təqribən saat 02:00 radələrində “Samur” gömrük postundan keçməklə, X4 şəhərinə getmişdir. Həmin gün səhər saatlarında Maxaçqala şəhərinə çatdıqdan sonra apardığı sərnişini lazımi yerdə düşürtmüş və bundan sonra Maxaçqala şəhərində əvvəlcədən tutduğu kirayə evə gedib, orada təqribən 2-3 saat yatdıqdan sonra səhər yeməyi yemək üçün Maxaçqala şəhərində yerləşən “Sum" bazarının yaxınlığındakı kafeyə getmişdir. O, həmişə sərnişin götürmək üçün həmin bazara gedir. Sərnişinlər ona zəng edib, yer sifariş edir, o da Azərbaycana gələcəyi tarixi onlara deyir, onlar “Sum bazarına gəlir və o da həmin sərnişinləri bazardan götürüb, Azərbaycana gətirir. xx.xx.2019-cu il tarixdə həmin bazarda sərnişin gözləyərkən əmisioğlu X2 yaxınlaşmışdır. Onunla görüşüb, bir qədər söhbət etdikdən sonra Abduraxman ona 1 ədəd qara sellofan paketdə 3 ədəd modelini bilmədiyi "iPhone" markalı mobil telefon vermişdir. O, həmin paketə baxan zaman mobil telefonların ağ rəngli qutularda olduğunu görmüş və həmin mobil telefonları paketdən çıxararaq, maşınının yük yerində ehtiyat təkərin sağ tərəfində olan boşluğa qoymuşdur. Bundan sonra Abdurraxman onunla sağollaşıb, getmişdir. Bundan təqribən 1 saat sonra X13 ona yaxınlaşmış və onu əvvəlcədən tanıdığı üçün onunla bir qədər söhbət etmiş və o, 1 ədəd sellofan paketdə 3 ədəd modelini bilmədiyi “iPhone" markalı mobil telefonu ona vermişdir. O, paketdəki mobil telefonlara baxan zaman həmin mobil telefonların qara qutularda olduğunu görmüşdür. X13 ilə görüşdüyü yer maşınının olduğu yerdən bir qədər uzaqda olduğu üçün, onun verdiyi mobil telefonları hələ ki maşına qoymamış, yəni özündə saxlamışdır. Bundan təqribən 1-1,5 saat sonra Ruslan adlı şəxs ona yaxınlaşıb, onun Şəxs olub-olmadığını soruşmuş və ona 1 ədəd qara sellofan paketdə 2 ədəd modelini bilmədiyi “iPhone" markalı mobil telefon vermiş və bildirmişdir ki, bu mobil telefonlar Balakən rayonunda yaşayan X6 çatacaqdır. O, Ruslan adlı şəxsin ona verdiyi paketə baxan zaman mobil telefonların qara rəngli qutuda olduğunu görmüşdür. Bundan sonra Ruslan adlı şəxs onunla sağollaşıb. getmişdir. Daha sonra o, X8 verdiyi 3 ədəd "iPhone" markalı və Ruslan adlı şəxsin ona verdiyi 2 ədəd “iPhone" markalı mobil telefonları götürüb, nəqliyyat vasitəsinin yanına getmişdir. Ümumilikdə sonradan ona verilən 5 ədəd mobil telefonu da əvvəlki 3 ədəd “iPhone" markalı mobil telefonların yanına, yəni nəqliyyat vasitəsinin yük yerində ehtiyat təkərin sağ və sol tərəfindəki boşluqlara qoymuşdur. Bundan sonra elə həmin gün bazarın dayanacağında bir qədər də gözləyib, Balakən rayonuna gedən 3 nəfər sərnişini götürüb, təqribən saat 18:00 radələrində Maxaçqala şəhərindən yola düşmüşdür. Təqribən axşam saat 23:30 radələrində “Samur" gömrük postuna çatmışdır. Postun idxal gömrük nəzarəti xəttinə daxil olduqdan sonra burada gömrük işçisi ona yaxınlaşaraq, nəqliyyat vasitəsində olan mallar barədə bəyannamə yazmağı təklif etmişdir. O, bəyannamə yazaraq, nəqliyyat vasitəsində 5 kq çəkidə meyvə, 3 kq çəkidə yuyucu vasitə, 15 kq çəkidə qarışıq ərzaq və 3 bağlamada özünə məxsus şəxsi geyim əşyalarının olduğunu bəyannamədə qeyd etmişdir. Avtomobilində olan telefonları isə bəyan etməsini unutmuşdur. Bundan sonra gömrük işçisi nəqliyyat vasitəsini yoxlamağa başlamış, yoxlama zamanı gömrük işçisi nəqliyyat vasitəsinin yük yerində ehtiyat təkərin sağ və sol boşluqlarında olan əvvəlcədən gömrük nəzarətinə bəyan etmədiyi 8 ədəd “iPhone" markalı mobil telefon aşkar etmişdir. Aşkar edilmiş mobil telefonlara baxış keçirilmiş yə nəticədə 1 ədəd "İphone XS gold 64 GB", 1 ədəd “İphone X Space Gray 64 GB", 1 ədəd İphone 11 Purple 64 GB", 4 ədəd "İphone 11 X20 Green 256 GB” və 1 ədəd İphone 11 X23 Gray 64 GB markalı mobil telefonlar olduğu məlum olmuşdur. Bundan sonra gömrük işçisi bu işlə bağlı protokol tərtib etmişdir. Barəsində tərtib edilmiş inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilən inzibati xətanın törədilməsində özünü təqsirli bilməsə də onun həmin inzibati xətanın törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə göstərdi ki, xx.xx.2019-cu il tarixdə,saat 23:40 radələrində Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttində Şəxs idarə etdiyi “Mercedes Benz 200” markalı, 90LR046 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə gömrük baxışı zamanı nəqliyyat vasitəsinin yük yerində ehtiyat təkər olan hissənin sağ və sol tərəflərindəki boşluqlardan gömrük nəzarətinə bəyan edilməyən ümumilikdə bazar dəyəri 17250 manat dəyərində olan qutusu və aksesuarları (adapter və qulaqcıq) ilə birlikdə 1 ədəd "İphone XS gold 64 GB", 1 ədəd “İphone X Space Gray 64 GB", 1 ədəd İphone 11 Purple 64 GB", 4 ədəd "İphone 11 X20 Green 256 GB”, 1 ədəd İphone 11 X23 Gray 64 GB markalı mobil telefonları aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın Şəxs tərəfindən törədilməsi faktı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşı tərəfindən 10000-0025/20 nömrəli xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol ilə rəsmiləşdirilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh növünün tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunda tərtib edilmiş xx.xx.2019-cu il tarixli “yoxlama haqqında” protokoldan görünür ki, Şəxs idarə etdiyi “Mercedes Benz 200” markalı, 90LR046 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə keçirilmiş gömrük baxışı zamanı nəqliyyat vasitəsinin yük yerində ehtiyat təkər olan hissənin sağ və sol tərəflərindəki boşluqlardan gömrük nəzarətinə bəyan edilməyən ümumilikdə bazar dəyəri 17250 manat dəyərində olan qutusu və aksesuarları (adapter və qulaqcıq) ilə birlikdə 1 ədəd "İphone XS gold 64 GB", 1 ədəd “İphone X Space Gray 64 GB", 1 ədəd İphone 11 Purple 64 GB", 4 ədəd "İphone 11 X20 Green 256 GB”, 1 ədəd İphone 11 X23 Gray 64 GB markalı mobil telefonları aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə kompüter-texniki ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 31344/31345 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 1 ədəd "İphone XS gold 64 GB", 1 ədəd “İphone X Space Gray 64 GB", 1 ədəd İphone 11 Purple 64 GB", 4 ədəd "İphone 11 X20 Green 256 GB”, 1 ədəd İphone 11 X23 Gray 64 GB markalı mobil telefonları halhazırda işlək vəziyyətdədir, istifadə üçün yararlıdır və həmin telefonlar kontrafakt məhsullara aid deyil. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş məhkəmə kompüter-texniki və əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 31346 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 1 ədəd "İphone XS gold 64 GB"-1700 manat, 1 ədəd “İphone X Space Gray 64 GB"-1600 manat, 1 ədəd İphone 11 Purple 64 GB"-1600 manat, 4 ədəd "İphone 11 X20 Green 256 GB” 1 ədədi 2500 manat olmaqla 10000 manat, 1 ədəd İphone 11 X23 Gray 64 GB-2350 manat olmaqla həmin mobil telefonların ümumilikdə orta bazar qiyməti 17250 manat müəyyən edilir. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2020-ci il tarixli, 34/013/001164 nömrəli raportla bağlı xx.xx.2020-ci il tarixli, 34/012/001177 nömrəli raporta cavab sənədinə əsasən Şəxs tərəfindən törədilmiş inzibati xətaların bilavasitə predmeti olan və ümumilikdə bazar dəyəri 17250 manat dəyərində olan mobil telefonların gömrük ödənişlərinin 4120 manat 65 qəpik təşkil etdiyi müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Şəxs tərəfindən törədilmiş inzibati xətanın bilavasitə predmeti olduğu göstərilən qutusu və aksesuarları (adapter və qulaqcıq) ilə birlikdə 1 ədəd “İphone XS gold 64 GB”, 1 ədəd “İphone X Space Grav 64 GB”, 1 ədəd İphone 11 Purple 64 GB", 4 ədəd “İphone 11 X20 Green 256 GB”, 1 ədəd “ İphone 11 Pro X22 64 GB markalı mobil telefonlar xx xxxxxx 2020-ci il tarixli 1700-013/0xx-xx/000448 nömrəli məktubla saxlanc üçün Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks" birliyinə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Şimal Ərazi Baş Gömrük İdarəsinin rəis müavini X7 xx.xx.2020-ci il tarixli, 01400/0262 №-li qərarın surətindən görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-cı maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığı üçün və istintaq aparılması üçün səbəblər nəzərə alınmaqla xitam verilmiş və iş üzrə materialların Dövlət Gömrük Komitəsinin Əməliyyat- İstintaq Baş İdarəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və X12 Şöbəsinin müstəntiqinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Şəxs qeyd edilən əməlində Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin tərkib əlamətləri olmadığından barəsində cinayət təqibinə və Azərbaycan Respublikası CM-nin 206-cı maddəsi ilə başlanılmış cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddəsinin tərkibi olduğu nəzərə alaraq, baxılması üçün aidiyyəti üzrə təhqiqat şöbəsinə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən az miqdarda malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə isə İnzibati Xətalar Məcəlləsinin 482.1ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini nəzərə alaraq onun barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsi tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin , ondan aşkar olunaraq götürülmüş, inzibati xətanın bilavasitə predmeti olan və Dövlət Gömrük Komitəsinin «Azterminalkompleks» Birliyində saxlanılan, 17250,00 manat dəyərində qutusu və aksesuarları (adapter və quluqcıq) ilə birlikdə 1 ədəd “ İphone XS Gold 64 QB», 1 ədəd «İphone X Space Grav 64 GB», 1 ədəd «İphone 11 Purple 64 GB», 4 ədəd «İphone 11 X21 Green 256GB»,1 ədəd «İphone 11Pro X22 64 GB»markalı mobil telefonlar müsadirə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-1/2021
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-1/2021
27.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver