Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-1/2024 01.11.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi ilə, X6 barəsində Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Balakən Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə tərəfindən X6 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 14 dekabr 2021-ci il tarixli, MN seriyalı, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ki, X2 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(019)-683/2021 nömrəli icra sənədi üzrə yaranmış 1440 manat aliment borcunu tələbkar X1 ödəməkdən imtina etmişdir.Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq X11 aliment borcunun ödənməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X11 və Balakən Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən X6 və Balakən Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)-683/2021 nömrəli icra sənədindən görünür ki, ərizənin verildiyi 03 iyun 2021-ci il tarixdən başlayaraq 13 avqust 2012-ci ildə doğulmuş X7 və 23 iyul 2016-cı ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh X5 hər ay hər bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla hər ay cəmi 240 manat sabit pul məbləğində aliment tutulub, iddiaçı X1 ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)-683/2021 nömrəli, 08 oktyabr 2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, X3na dərhal icranı könullu olaraq təmin etməsi təklif olunmuşdur. İş materiallarına əlavə edilmiş Balakən Rayon İcra və Probasiya şöbəsi tərəfindən X9 ünvanlanmış xx.xx.2021-ci il tarixli e242585/2021-46-5-004 nömrəli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, xx.xx.2021-ci il tarixli qərarla icraata başladığı Balakən Rayon Məhkəməsinin 2(019)-683/2021-011 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş 18 noyabr 2021-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, həmin qərarla borclu, xx.xx.1980-cı il təvəllüdlü ünvan 2i ünvanında qeydiyyatda olan X11 barəsində axtarış elan edilmişdlir. İş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(019)-411/2021 nömrəli qərardadından görünür ki, həmin qərardadla X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması, xx.xx.1980-cı ildə ünvan 2ində anadan olmuş , ünvan 2ində yaşayan X11 barəsində axtarış elan edilməsi, qərarın surətinin Balakən Rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Balakən Rayon Polis Şöbəsi tərəfindən Balakən Rayon Məhkəməsinin hakimi cənab Zamin Tahirova ünvanlanmış xx.xx.2022-ci il tarixli 109-25186-1222 nömrəli məktubda göstərilmişdir ki, Sizin xx.xx.2022-ci il tarixli 3(019)- 3/2022 nömrədli məktubunuza cavab olaraq bildiririk ki, X6 barəsində Balakən RPŞ-nin İTB-də 320172 nömrəli axtarış işi açılmış , xx.xx.2022-ci il tarixdə Ramil Musayev tutularaq Balakən rayon İcra və Probasiya Şöbəsinə təhvil verildiyi üçün barəsində olan axtarış işinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsi tərəfindən Balakən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki cənab Çingiz Aslanova ünvanlanmış 11 oktyabr 2022-ci iml tarixli 3(019)-3/2022 nömrəli məktubda göstərilmişdir ki, Balakən Rayon Məhkəməsinin icraatında olan 3(019)-3/2022 saylı inzibati iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə balanılmış inzibati xəta haqqında iş üzrə icraat dayandırılmış və onun barəsində Balakən Rayon Məhkəməsinin 3(019)-411/2021 saylı 17 dekabr 2021-ci il tarixli qərarına əsasən axtarış elan edilmişdir. Məktubunuza göstərilənlərə əsasən X15 Rayon İcra və Probasiya Şöbəsinin axtarış qərarına əsasən tutularaq onlara təhvil verilmişdlir. Odur ki, Balakən Rayon Məhkəməsinin 3(019)-411/2021 saylı 17 dekabr 2021-ci il tarixli qərarının icrasının təmin olunması barədə göstəriş verməyinizi xahiş edirik. İş materiallarınpa əlavə edilmiş Balakən Rayon Məhkəməsi tərəfindən Balakən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki cənab Çingiz Aslanova ünvanlanmış 14 may 2024-cü il tarixli 3(019)-1/2024 nömrəli məktubda göstərilmişdir ki, Balakən Rayon Məhkəməsinin icraatında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanılmış icraat dayandırılmış və onun barəsində Balakən Rayon Məhkəməsinin 3(019)-411/2021 nömrəli,17 dekabr 2021-ci il tarixli qərarı 17 dekabr 2021-ci il tarixdə icra olunması üçün Sizə göndərilmişdir.Həmin işə baxılması zərurəti ilə əlaqədar X11 barəsində axtarışın nəticəsi barədə məhkəməyə məlumat verilməsinə göstəriş verməyiniz xahiş olunur. İş materiallarına əlavə olunmuş Balakən Rayon Polis Şöbəsi tərəfindən Balakən Rayon Məhkəməsinin hakimi cənab Zamin Tahirova ünvanlanmış xx.xx.2024-cü il tarixli 313-66/2-11763/2024 nömrəli məktubda göstərilmişdir ki, Sizin xx.xx.2024-cü il tarixli 3(019)-1/2024 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, X6 barəsində Balakən RPŞnin İTB-də 320172 nömrəli axtarış işi açılmış, xx.xx.2022-ci il tarixdə Ramil Musayev tutularaq Balakən Rayon İcra və Probasiya Şöbəsinə təhvil verildiyi üçün barəsində olan axtarış işinə xitam verilmişdir. İş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş hallara hüquqi qiymət verərək, hesab edirəm ki, X3nun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, X11 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 14 dekabr 2021-ci il tarixdə , MN seriyalı, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. X11 məhkəmə iclaıslarına gəlmədiyindən,qaçıb gizləndiyindən Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(019)-411/2021 nömrəli qərardadı ilə X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması, onun barəsində axtarış elan edilməsi, qərarın surətinin Balakən Rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır. X6 barəsində Balakən RPŞ-nin İTB-də 320172 nömrəli axtarış işi açılmış, xx.xx.2022-ci il tarixdə Ramil Musayev tutularaq Balakən Rayon İcra və Probasiya Şöbəsinə təhvil verildiyi üçün barəsində olan axtarış işinə xitam verilmişdir. Lakin Balakən Rayon İcra və X13 Musayevi məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə tərəfindən işə baxılması mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İş materiallarından göründüyü kimi X6 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə MN seriyalı, MN ******* №li inzibati xəta haqqında protokol 14 dekabr 2021-ci il tarixdə tərtib olunmuşdur Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(019)-411/2021 nömrəli qərardadı ilə X11 barəsində axtarış elan edilməklə işin icraatı dayandırılsa da xx.xx.2022-ci il tarixdə Ramil Musayev tutularaq Balakən Rayon İcra və Probasiya Şöbəsinə təhvil verildiyi üçün onun barəsində olan axtarış işinə xitam verilmişdir. Beləliklə iş materiallarından görünür ki, X6 barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsindən 2 il 10 ay 15 gün,axtarış işinə xitam verildiyi vaxtdan 2 il 1 ay 17 gün vaxt keçmişdir. Qeyd olunanlara əsasən hesab edirəm ki, X6 inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.6-ci maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, hesab edirəm ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən borclu X12ou barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105.1, 112, 113,114-115, 117, 125-126 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X3 haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan sonra 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-1/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-1/2024
01.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver