Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-103/2023 16.06.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, məhkəmə iclas katibi X2 katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 13 fevral 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyənetdim X3 məhkəməyə şikayətlə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 1000 (min) manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin İnzibati tənbeh vermə haqqında 13 fevral 2023-cü il tarixli MN ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayət ərizəsində göstərmişdir ki, onun şikayəti 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 13 fevral 2023-cü il tarixli onun barəsində qəbul edilmiş qanunsuz qərardandır.Onun rəhmətlik atasından qalmış köhnə qoşa lüləli tüfəngi olmuş, həmin tüfəngin sənədi olmamışdır. Həmin tüfəngə sənəd almaq fikrinə düşmüşdür. 25 yanvar 2023-cü il tarixdə tanışı Qullar kənd sakini Alqayev Eldar ilə tüfəngi yoxlamaq üçün Mazımqara kəndində meşə ərazisinə getmişdir. Orada tüfəngi yoxlamaq üçün nişan alaraq atəş açmışdır. Həmin vaxt tüfəngin səsinə özünü meşə gözətçisi kimi təqdim edən Şamil adlı şəxs gəlmiş,oranın qoruq ərazisi olduğunu, orada atəş açmağa icazə verilmədiyini bildirmiş, tüfəngi gətirib 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə təhvil verməsini söyləmişdir.O, səhəri günü tüfəngi idarəyə təhvil vermişdir. Bir neçə gündən sonra onu Balakən rayon Polis Şöbəsinə çağırmışlar. Bildirmişlər ki, onun tüfəngini şöbəyə gətirmişlər. Tüfəng barəsində sorğu-sual etmişlər. O da yuxarda qeyd etdiyi kimi onlara izahat vermişdir. Ona bildirmişlər ki, protokollaşdırıb məhkəməyə verəcəklər. Məhkəmədə inzibati xəta haqqında işi olmuş, tüfəng müsadirə olunub 80 (səksən) manat cərimə olunmuşdur. Lakin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi onun heç bir ov etmədiyi halda onu ov qaydalarını pozmaqla təqsirlədirib barəsində 1000 (min) manat məbləğində cərimə qərarı çıxartmışdır. Balakən Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli 3(019)-103/2023 nömrəli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 şikayəti təmin edilmiş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X4 X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, 1000 manat məbləğində cərimə edilməsi ilə bağlı 13 fevral 2023-cü il tarixli MN ******* №-li inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibinin olmaması əsası ilə xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 12 may 2023-cü il tarixli 3(107)-117/2023 nömrəli qərarı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin şikayəti qismən təmin edilmiş,Balakən Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli 3(019)-103/2023 saylı qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. O, məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə X1 iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında göstərdi ki, X3 xx.xx.2023-cü il tarixdə Zaqatala DTQ-nun Mazımqara sahəsinin 03 saylı dolayının 59-cu kvartalında sənədsiz silahla qoruğun mühafizə rejimini pozaraq İXM-in 272.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmiş və düzgün olaraq o həmin maddənin sanksiyasında nəzərdə tutulmuş məbləğdə inzaibati cərimə edilmişdir. X1 verdiyi izahatındada qanun pozuntusu etdiyini etiraf etmiş və bunu öz imzası ilə təsdiq etmişdir.O, cərimənin 440 manatını da ödəmişdir.X1 13 fevral 2023-cü il tarixli MN ******* saylı qərarından verdiyi şikayət əsassız olduğundan təmin edilməməsini xahiş etdi. İşdə olan X1 izahatından görünür ki, o törətdiyi əməli etiraf edərək, özünə məxsus silahla meşə ərazisinə daxil olaraq quş vurmağa getdiyini bildirərək, bir daha belə hallara yol verməyəcəyinə və cəriməni ödəyəcəyinə söz verir. İşdə olan ödəniş qəbzlərindən görünür ki,X3 xx.xx.2023-cü il tarixində 400 manat, xx.xx.2023-cü il tarixində isə 40 manat olmaqla ümumilikdə cərimə məbləğinin 440 manatını ödəmişdir. Məhkəməyə təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, X1 şikayəti rədd edilməlidir. Belə ki,X3 məhkəməyə şikayətlə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 1000 (min) manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin İnzibati tənbeh vermə haqqında 13 fevral 2023-cü il tarixli MN ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi heç bir ov etmədiyi halda onu ov qaydalarını pozmaqla təqsirlədirib barəsində 1000(min) manat məbləğində cərimə qərarı çıxartmışdır. Qeyd edilməlidir ki,“Heyvanlar aləmi” haqqında Azərbaycan Respublikasinin Qanununun 15-ci maddəsinə əsasən əhalinin maddi və mənəvi, iqtisadiyyatın xammal, material və digər tələbatlarının ödənilməsi məqsədilə təbii sərbəstlik və ya yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan ovçuluq obyektlərinə aid edilmiş vəhşi heyvanların izlənilməsi, təqib edilməsi, tutulması və vurulması ovçuluq hesab olunur. Ov ödənişlidir və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş icazə və ovçuluq biletləri əsasında həyata keçirilir. Ovçuluq biletinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Ovçuluq fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən ovçuluq cəmiyyətləri' fiziki və hüquqi şəxslər üçün ayrılmış ov yerlərində həyata keçirilir. Göründüyü kimi X3 xx.xx.2023-cü il tarixdə X6 Qoruğunun Mazımqara sahəsinin 03 saylı dolayının 59-cu kvartalında sənədsiz silahla ov etmək istəmiş və buna görədə heyvanları izləmiş və təqib etmiş, bununla da X3 İXM-in 272.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətmiş və düzgün olaraq o həmin maddənin sanksiyasında nəzərdə tutulmüş məbləğdə inzibati cərimə edilmişdir. İXM-in 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 134-cü maddəsinə əsasən: 134.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 şikayəti əsassız olduğundan təmin edilməməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin İnzibati tənbeh vermə haqqında 13 fevral 2023-cü il tarixli MN ******* saylı qərarı dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 49-51, 53, 105, 114-115, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin İnzibati tənbeh vermə haqqında 13 fevral 2023-cü il tarixli MN ******* saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-103/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-103/2023
16.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver