Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 3(019)-106/2023 07.03.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, X2 tərəfindən verilmiş Balakən rayon Yol Patrul Xidməti inspektoru X1 xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati təhbeh haqqında qərarı barədə şikayətini ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: X2 şikayətlə məhkəməyə müraciət edərək, Balakən rayonu rayonu Yol patrul xidməti inspektoru polis serjantı X1 xx.xx.2023-cü il tarixli İXP5262123 nömrəli onun cərimə olunmasına dair inzibati xəta haqqında qanunsuz qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş şikayəti, ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq hesab edirəm ki, X2 tərəfindən verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Adı çəkilən hüquq normalarından göründüyü kimi protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qərardaddan şikayət verilməsi isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Göstərilən qanun normalarının analogiya üzrə tətbiq edilməklə müəyyən olunur ki, qanunvericilikdə inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi göstərilmişdir. X2 tərəfindən barəsində inzibati xəta haqqında qərarın özü şikayət ərizəsinə əlavə edilməmişdir. İş materiallarından görünür ki, Balakən rayon Yol Patrul Xidməti inspektoru Mahir Qarayev tərəfindən X2 barəsində İXP5262123 nömrəli ptorokol tərtib edilsə də, X2 barəsində xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati təhbeh vermə haqqında qərarın qəbul edilib-edilməməsi və həmin qərarın ona nə vaxt rəsmi qaydada verildiyi aydın deyildir. Bu da işə mahiyyəti üzrə baxılmasını mümkünsüz edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair 3 may 2019-cu il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, X2 tərəfindən verilmiş Balakən rayon Yol Patrul Xidməti inspektoru X1 xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati təhbeh haqqında qərarı barədə şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6 və 128-130-cu maddələrini rəhbər tutub qəraraaldım: X2 tərəfindən verilmiş Balakən rayon Yol Patrul Xidməti inspektoru X1 xx.xx.2023cü il tarixli İXP ******* nömrəli inzibati təhbeh haqqında qərarı barədə şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-106/2023
Balakən Rayon Məhkəməsi Qərardad — İş №3(019)-106/2023
07.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver