Məhkəmə qərarları › İş №3(019)-107/2024

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-107/2024

17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-107/2024 17.04.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, hazırki iş üzrə 16 aprel 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Balakən RPŞ DYPB-nin yol patrul xidməti baş inspektoru, polis leytenantı Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X8 iştirakı ilə X15 tərəfindən Balakən Rayon Polis Şöbəsinin DYPB-nin İXP ******* saylı protokolun əsasında qəbul olunmuş xx.xx.2023-cü il tarixli, TP61527214 nömrəli inzibati tənbeh haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X15 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayon X17 Yol Patrul Xidmətinin xx.xx.2023-cü ü tarixli, İXP -5743755 nömrəli inzibati protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X15 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə təxminən 20:00 radələrindən etibarən o, Balakən rayonu, İzmir kafesində dostu türk vətəndaşı X21 ilə yemək yeyərkən təxminən saat 21:30 radələrində Balakən rayon X20 Patrul Xidmətinin 1 nəfər əməkdaşı ona yaxmlaşaraq və özünü təqdim etmədən bildirdi ki, "təcili olaraq Balakən rayon Polis Şöbəsinə getməliyik". O da öz növbəsində hansı səbəbdən polis şöbəsinə getməli olduğunu ondan soruşduqda həmin şəxs ona bildirdi ki, "səni şöbənin rəis müavini Elxan müəllim çağırır". O da öz növbəsində yenidən ondan soruşdu ki, hansı səbəbdən getməlidir, bu zaman o, ona bildirdi ki, "sən öz şəxsi avtomobilinlə hərəkət edərkən rəis müavini Elxan müəllimin üzərinə su sıçratmısan", bu səbəbdən polis şöbəsinə getməlisən. O isə ona öz növbəsində belə bir hadisənin olmadığını, bunun yalan olduğunu, əgər belə bir hal olduğu təqdirdə onun ondan üzr istəməyə hazır olduğunu ona bildirdi. Daha sonra o, Balakən rayon X20 Patrul Xidmətinin əməkdaşma yemək yediyini, yeməyini bitirdikdən sonra şöbəyə gedəcəyini bildirdi. Həmin əməkdaş (Nümayəndə) isə aqresiv olaraq ona indi post patrulu çağıracağını və onu oradan məcburi olaraq aparacağını ona bildirdi. Bundan sonra isə o, ona qanuni qaydada onu şöbəyə çağırmalı (çağırışla) olduğunu, ancaq buna baxmayaraq onu bütün dövlət orqanlara hörməti olduğundan şöbəyə könüllü olaraq gedəcəyini bildirdi. Ancaq həmin şəxs bütün bunlara məhəl qoymayaraq, post patrul xidmətinin əməkdaşlarını kafeyə çağırdı, bütün bunların qanunsuz olmasına baxmayaraq, sırf hüquq-mühafizə orqanlarına böyük hörməti olduğu üçün könüllü şəkildə Balakən rayon Polis Şöbəsinə getdi. Balakən rayon Polis Şöbəsində olarkən Yol Patrul Xidmətinin əməkdaşı Nümayəndə alkotestdən keçməli olduğunu ona bildirdi. O isə ona içkili olmadığını, onu yemək masasından Polis şöbəsinə gətirərək belə hərəkətlər etməsinin qanunsuz olduğunu bildirdi. Bundan sonra onlar onun üzərində qanunsuz olaraq alkotest apardılar. O, onlara müayinədən keçmək istədiyini və onun üzərində belə bir testin aparılmasının qanunsuz olduğunu dedi. Lakin həmin şəxs onun heç bir qanuni tələbinə məhəl qoymadı. Həmçinin onun üzərində alkotest apanlarkən heç bir müalicə həkimi həmin vaxt orada iştirak etmirdi. Həmin vaxt o, onlardan qanunvericiliyə uyğun olaraq aidiyyatı sənədlərin ona təqdim edilməsini, protokolun qanunsuz olduğunu, protokolla qətiyyən razı olmadığını və onun özünü müdafiə etmək hüququnun olduğunu onlara büdirdi. Həmin vaxt Balakən rayon Polis Şöbəsində olarkən Yol Patrul Xidmətinin əməkdaşı Nümayəndə ona bildirdi ki, get sabah Elxan müəllimin yanına gələrsən işini həll edərik. O, dəfələrlə həmin şöbəyə aidiyyatı inzibati sənədlərin ona verilməsi üçün müraciət etmiş, lakin həmin şəxslər onun heç bir tələbinə məhəl qoymamış, ona heç bir sənəd təqdim etməmişdir. O, uzun gedən mübarizədən sonra xx.xx.2024-cü il tarix təxminən saat 11:30 radələrində Balakən rayon Polis Şöbəsindən xx.xx.2023-cü il tarixli, DCP-5743755 nömrəli protokolu Balakən rayon Polis Şöbəsinin inzibati binasından qəbul etmişdir. Həmin vaxt onun məlumatı olub ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat miqdarında inzibati qaydada cərimə edilmişdir. Bu halda tibb müəssisəsinin rəhbəri təkrar tibbi müayinənin həkim-narkoloqu tərəfindən təşkil edilən komisyon qaydada aparılması barədə qərar qəbul edir. Çox təəsüflər olsun ki, yuxarıda qeyd etdiyi qaydalar Balakən rayon X20 Patrul Xidmətinin əməkdaşı Nümayəndə tərəfindən kobud formada pozulmuş və onun tərəfindən qanunsuz hərəkətlərə yol verilmişdir. Hazırki şikayətlə məhkəməyə müraciət etməyinin səbəbi "İnzibati tənbeh vermə haqqında" xx.xx.2023-cü ü tarixli, İXP - ******* nömrə protokol əsasında qəbul edilmiş qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi ilə bağlıdır. Belə ki, həmin qərar tam olaraq əsassız və qanunsuzdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X15 şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Hazırki iş üzrə 16 aprel 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Balakən RPŞ DYPB-nin yol patrul xidməti baş inspektoru, polis leytenantı Nümayəndə şikayətə etiraz edərək, göstərdi ki, şikayət əsassızdır. Belə ki, X15 barəsində düzgün olaraq xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Belə ki, həmin vaxt X15 avtomobili alkoqol sərxoşluğu vəziyyətində idarə etmişdir. X15 xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında iş üzrə qərarla Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. Həmin qərar qanunidir. Belə ki, X4 vaxt nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətində idarə etmişdir. Həmçinin istər alkotestr müayinəsi zamanı, istərsə də həkim-narkoloqun tibbi müayinəsi zamanı X9 1,032 promili alkoqol sərxoşluğu müəyyən olunmuşdur. Bu da X8 Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsilə təqsirli bilinərək, tənbeh edilməsi üçün əsas verir. Həmin 333.1-ci maddənin sanksiyasında da 400 manat cərimə və ya nəqliyyat vasitələrini idarə etmə hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Həmin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar da X12 təqdim olunmuşdur. Şikayət əsassızdır, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahatında göstərdi ki, Balakən Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsində həkim işləyir. xx.xx.2023-cü il tarixdə xəstəxananın təcili yardım şöbəsində olarkən polis əməkdaşları X1 tibbi müayinəsi üçün gətirmişlər. Onu alkotestrlə yoxlamışlar. Müayinə zamanı X9 1,032 promili alkoqol sərxoşluğu müəyyən edilmişdir. O, bu barədə məlumatı qeyd etmiş, həkim Şahid1 isə aktı tərtib edib imzalayaraq vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında göstərdi ki, o, Balakən RMX-də həkim narkoloqun vəzifələrini yerinə yetirir, həkim-narkoloqun funksiyalarının ona həvalə edilməsi barədə xəstaxana rəhbərliyinin əmri vardır. X15 xx.xx.2023-cü il tarixdə Anar Mirəliyev tərəfindən gətirilmiş, həkim Battu Çöpsiyeva tərəfindən yoxlanılmışdır. O, akt tərtib edərək YPX əməkdaşına vermişdir. Şahid1 izahatında X9 tibbi müayinə zamanı 1,032 promili alkoqol sərxoşluğunun müəyyən edildiyini və bu faktın sərxoşluq vəziyyətinin tibbi yoxama aktında qeyd edildiyini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında göstərmişdir ki, Bəhruzu həmin gün o, çay içməyə dəvət etmişdir. Sonra onlar onun işlətdiyi İzmir kafesinə yemək yeməyə getmişlər. Orada yemək yeyən zaman YPX-nin əməkdaşları gəlmiş və Bəhruzu polis şöbəsinə dəvət etmişlər. Orada dedilər ki, Bəhruz avtomaşınla yolu keçərkən rəisin üzərinə su çiləmişdir. Bəhruzu polis şöbəsinə gətirmiş və orada alkotestrdən keçirmişlər. Şöbənin birinci mərtəbəsində Bəhruz alkatestrə üç-dörd dəfə üfürdü, heç bir şey çıxmadı, sonra xəstəxanadan şöbəyə gəldilər və orada deyildi ki, alkotestr düzəlib, üfürəndə içkili çıxıbdır. İşdə olan alkotestr yoxlamasının kağız daşıycıda əks olunmuş məlumatından görünür ki, X9 hadisə vaxtı 1,032 promili alkoqol sərxoşluğu aşkar edilmişdir. İşdə olan Balakən RPŞ DYPB-nin yol patrul xidməti baş inspektoru, polis leytenantı Nümayəndə tərtib etdiyi xx.xx.2023-cü il tarixli İXP5743755 №-li inzibati xəta haqqında potokoldan görünür ki, X15 barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib olunaraq, inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycan X7 Hüquqi Şəxsinin GVY № 1119** RN ***890 №-li Ölçmə vasitələrinin yoxlanılması haqqında CERTİFİKATE on verification of measuring instruments Şəhadətnaməsindən görünür ki, AR DİN Balakən RPŞ DYPB-nin Almaniyada istehsal olunmuş zavod (seriya) nömrəsi 642173 olan ACEZ-Series tipli Alkometri xx.xx.2023-cü il tarixdə dövlət yoxlamasından keçirilmişdir. İş materiallarına əlavə olunmuş Balakən RMX-nın tibbi müayinə jurnalından görünür ki, X15 tibbi müayinə üçün qəbul olunmuş və bununla bağlı jurnalda müvafiq qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş 09 oktyabr 2023-cü il tarixli, 516 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, tibbi müayinə zamanı X9 hadisə vaxtı 1,032 promili alkoqol sərxoşluğu aşkar edilmişdir. İşdə olan Balakən RPŞ DYPB-nin xx.xx.2023-cü il tarixli TP6152721 nömrəli elektron qərarından görünür ki, X15 Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinərək barəsində 400 manat məbləğində cərimə tənbehi tətbiq edilmişdir. İşdə olan avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə xx.xx.2023-cü il tarixli aktdan görünür ki, X8 idarə etdiyi 10UX717 qeydiyyat nömrəli avtomaşın xx.xx.2023-cü il tarixdə avtonəqliyyat vasitəsinin saxlanma duracağına yerləşdirilmiş və xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsinin saxlanma səbəbi aradan qaldırıldığından nəqliyyat vasitəsi duracaqdan buraxılmışdır. İş materiallarına əlavə olunmuş «Balakən Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsinin 10 yanvar 2023-cü il tarixli PHŞ-6-27/3-1-4/2023 əmrindən görünür ki, «Balakən Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsin əməliyyatxana bölməsinin Bölmə müdiri (həkim ümumi cərrah) vəzifəsində çalışan Şahid1 narkoloq işinin aparılması həvalə edilmişdir. Məhkəmə, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Balakən RPŞ DYPB-nin xx.xx.2023-cü il tarixli TP6152721 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, inzibati xəta hadisəsi 04 oktyabr 2023-cü il tarixdə saat 22.00-da aşkar olunmuş, həmin vaxt X15 onda alkoqol sərxoşluğunu göstərən alkotestr məlumatına etiraz etdiyinə görə qanunu tələbinə əsasən o, həkim müayinəsinə aparılmış və həkim narkoloqun sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı 05 oktyabr 2023-cü il tarixdə tərtib olunub yol polisi bölməsinə təqdim olunduğu üçün İXM-nin 101.2ci maddəsinə əsasən onun barəsində inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli İXP ******* №-li inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib olunmuşdur. Yəni bu protokolun inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib olunması barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs barəsində məlumatların əlavə aydınlaşdırılmasının tələb olunduğu halla bağlı olmuşdur. Bu da qanunvericiliyin tələbinə tam uyğundur (İXM-nin 101.2-ci maddəsi). Bundan başqa xx.xx.2023-cü il tarixli İXP ******* №-li inzibati xəta haqqında protokol tərtib olunarkən qanunun (İXM-nin 100-cü maddəsi və sair) digər tələblərinə də əməl edilmişdir. Belə ki, həmin inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitənin göstəriciləri, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan qanunda nəzərdə tutulmuş digər məlumatlar göstərilmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə İXM-də nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə izahat vermək, protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək və protokolu imzalamaq təklif edilmiş, X15 tərəfindən protokola hər hansı qeyd daxil edilməmişdir. Eyni zamanda iş materiallarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs protokolun surətini də almışdır. Qeyd olunan sözügedən inzibati xəta haqqında protokolun qanunvericiliyin tələblərinə uğyun tərtib edilməməsi barədə şikayətin tamamilə əsassız olmasını göstərir. X8 barəsində olan xx.xx.2023-cü il tarixli TP6152721 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğvi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə gəldikdə isə hesab edirəm ki, bununla bağlı şikayət əsassızdır və həmin xx.xx.2023-cü il tarixli TP6152721 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli İXP ******* №-li inzibati xəta haqqında protokolda X15 barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış, xx.xx.2023-cü il tarixli TP6152721 saylı inzibati tənbeh vermə haqqında qərarla o, Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində isə dörd yüz manat məbləğində cərimə və nəqliyyat vasitəsini idarə etmə hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqnıda» 15 fevral 2016-cı il tarixli 795 №-li Fərmanının 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən baxılması müəyyən edilmişdir. Belə olan halda Balakən RPŞ DYPB tərəfindən bu xətalar haqqında işə baxılması və xx.xx.2023-cü il tarixli TP6152721 nömrəli inzibati tənbeh vermə haqqında qərarla X15 haqqında Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 400 manat cərimə tənbehinin tətbiq olunması qanunun tələblərinə uyğundur. Məhkəmə nəzərə çatdırır ki, Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. X4 vaxtda alkoqol sərxoşluğunda olmaqla Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi işdəki sübutlarla təsdiq olunur. X8 şikayət ərizəsində sərxoş olmadığı halda İXM-nin 333.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsini əsassız hesab etmiş və bu əsasla barəsində şikayət etdiyi qərarın ləğv edilməsini xahiş etmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İXM-nin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Nəqliyyat vasitəsini idarə edənin sərxoşluq vəziyyəti isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 29 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları» ilə müəyyən edilir. Belə ki, həmin Qaydaların 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promili və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir göstərən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən xüsusi texniki vasitələrlə yoxlanılması zamanıi alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən Azərbaycan Respublikası İXM-nin 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən sənəd 2 nüsxədə tərtib olunur. Həmin sənədin bir surəti nəqliyyat vasitəsini idarə edən şəxsə verilən protokola əlavə edilir, digər surəti isə polis əməkdaşında saxlanılır. «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»nın 2.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasını müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibb müayinəyə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkimnarkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqol sərxoşluğunun təyin edilməsi qanda alkoqolun bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş konsentrasiyasına əsasən müəyyənləşdirilir. Yenə də həmin Qaydaların 3.3-cü bəndinə əsasən narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir göstərən malddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir göstərən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»nın 3.4-cü bəndinə əsasən müayinə aparan həkim-narkoloq bu Qaydaların əlavəsinə uyğun formada 3 nüsxədən (əsli və surəti) ibarət tibbi müayinə aktı tərtib edir. Aktda yoxlanılan şəxs barədə məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix, sürücülük vəsiqəsinin nömrəsi), müayinə aparılması barədə qərar qəbul edən orqanın adı və müayinənin səbəbi göstərilir. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən müayinənin nəticələri aktda qeyd olunur və aktın bir surəti müayinə edilən şəxsə, bir surəti isə onu müayinəyə təqdim etmiş vəzifəli şəxsə təqdim edilir. İşdəki sübutlardan görünür ki, X15 xx.xx.2023-cü il tarixdə saat 22-də Balakən rayonu ərazisində istifadəsində olan Mercedes Benz S500L minik markalı 10UX717 minik markalı avtomobilini idarə edərkən Balakən RPŞ DYPB-nin yol patrul xidməti tərəfindən saxlanılmış, müvafiq qaydada dövlət yoxlamasından keçirilmiş alkotestdən keçirilmiş və alkotestr müayinəsi zamanı onda 1,032 promili alkoqol sərxoşluğu müəyyən edilmişdir. Həmçinin bu alkotestr cihazının məlumatı ilə razılaşmayan X15 həkim narkoloqun müayinəsindən keçirilmiş və qanunda nəzərdə tutulmuş qaydada aparılan tibbi müayinədən sonra onda 1,032 promili alkoqol sərxoşluğu müəyyən edilərək, bu barədə xx.xx.2023-cü il tarixli, 516 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli, 516 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə X9 1,032 promili alkoqol sərxoşluğunun olması təsdiq edilmişdir. Bununla da Azərbaycan Respublikası İXM-nin 96.2-ci maddəsinin tələbi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 29 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»nın tələbinə əsasən xüsusi texniki vasitə və həkim narkoloqoun müayinəsi ilə X9 alkoqolun konsentrasiyasının 0,3 promilindən artıq olması (1,032 promili) müəyyən edildiyi üçün onun həmin vaxt avtomaşını alkoqol sərxoşluğu vəziyyətində idarə etməsi faktoloji hal olaraq müəyyən olunmuşdur. Bu hal məhkəmədə tərəfindən qiymətləndirilmiş dövlət yoxlamasından keçirilmiş alkotestr yoxlamasının kağız daşıyıcıda əks olunmuş məlumatı və xx.xx.2023-cü il tarixli, 516 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə yanaşı, məhkəmə iclasında şahid qismində dindirilmiş Balakən Rayon Mərkəzi Xəstəxanasının həkimi X6 izahatı, Balakən Rayon Mərkəzi Xəstəxanasının həkim narkoloqu vəzifəsi həvalə edilmiş Şahid1 izahatı, Balakən RPŞ DYPB-nin yol patrul xidməti baş inspektoru, polis leytenantı Nümayəndə tərtib etdiyi xx.xx.2023-cü il tarixli İXP5743755 №-li inzibati xəta haqqında potokol, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycan X7 Hüquqi Şəxsinin GVY № 1119** RN ***890 №-li Ölçmə vasitələrinin yoxlanılması haqqında CERTİFİKATE on verification of measuring instruments Şəhadətnaməsi, Balakən RMX-nın tibbi müayinə jurnalı, Balakən RPŞ DYPB-nin xx.xx.2023-cü il tarixli TP6152721 nömrəli qərarı, «Balakən Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsinin 10 yanvar 2023-cü il tarixli PHŞ-6-27/3-1-4/2023 əmri il əvə işdə olan digər sübutlarla tam təsdiq olunmuşdur. Ona görə də X15 haqlı olaraq Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 400 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. X3 vaxtda alkoqol sərxoşluğu vəziyyətində avtomobili idarə etməməsi, Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməməsi və İXM-nin 333.1-ci maddəsilə əsassız olaraq 400 manat məbləğində cərimə olunması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu xüsusda məhkəmə X8 şahidi qismində dindirilmiş X5 izahatını mötəbər sübut kimi qəbul etmir. Belə ki, həmin şahidin izahatı X3 vaxtda alkoqol sərxoşluğu vəziyyətində olmaması və alkoqol sərxoşluğu vəziyyətində avtomobili idarə etməməsini təsdiq etmir. Qanunvericiliyin tələbinə əsasən (İXM-nin 96.2-ci maddəsi) şəxsin o cümlədən alkoqol sərxoşluğu vəziyyətində olması xüsusi texniki cihazın göstəricilərinə əsasən və ya həkimnarkoloqun müayinəsi ilə müəyyən olunur. Digər tərəfdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 29 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»na əsasən şəxsin o cümlədən alkoqol sərxoşluğu vəziyyətində olması alkotestrdən keçmə yolu və ya həkim-narkoloqun tibbi müayinəsinin nəticələri ilə müəyyən edilir. İşdə olan alkotestr məlumatı və həkim-narkoloqun xx.xx.2023-cü il tarixli, 516 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə X8 həmin vaxt avtomaşını idarə edərkən alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, Balakən RPŞ DYPB-nin X8 Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinərək barəsində 400 manat məbləğində cərimə tənbehinin tətbiq edilməsinin faktoloji və hüquqi baxımdan əsaslı olması tam təsdiq edilmiş, iş üzrə bütün sübutlar əldə edilib, araşdırılmış, o cümlədən X8 vəsatəti əsasında şahidlərin dindirilməsi həyata keçirilmiş, onların izahatları və təqdim edilmiş yazılı sənədlərin hüquqi qiymətləndirilməsi həyata keçirilmiş və bu nəticəyə gəlinməyə tam əsas yaradan işin bütün faktiki halları aydınlaşdırılmışdır. Həmçinin aydınlaşdırılmışdır ki, işdə barəsində şikayət edilən xx.xx.2023-cü il tarixli TP6152721 nömrəli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi üçün qanunda nəzərdə tutulmüş əsaslar, o cümlədən İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Ona görə də həmin qərarın ləğv edilməsi və işin icraatına xitam verilməsi barədə şikayətdə göstərilən dəlillər əsassızdır və heç bir faktoloji hal və hüquqi əsaslara malik deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, yekun olaraq bu nəticəyə gəlirəm ki, X8 verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, Balakən Rayon X17 Yol Polisi X2 Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinərək barəsində 400 manat məbləğində cərimə tənbehinin tətbiq edilməsi barədə xx.xx.2023-cü il tarixli TP6152721 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 115, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X8 şikayəti təmin edilməsin. Balakən Rayon X17 Yol Polisi X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinərək barəsində 400 manat məbləğində cərimə tənbehinin tətbiq edilməsi barədə xx.xx.2023-cü il tarixli TP6152721 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar