Məhkəmə qərarları › İş №3(019)-109/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-109/2025

10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-109/2025 10.03.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin rəisi, İİ dərəcəli ədliyyə qulluqçusu Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1967-ci ildə Gürcüstanın Saqoreceo rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN-xxxxxxx olan, evli, işləməyən, inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonu Qazma kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 10 mart 2025-ci il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ki, o, Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(019)- 172/2023 nömrəli icra icra sənədi üzrə ödənilməmiş 709.24 manat borcu tələbkar X6 ödəməkdən imtina etmiş, bununla da icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şəxs göstərilən inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin rəisi Nümayəndə izahatında göstərdi ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(019)-172/2023 nömrəli icra icra sənədinə əsasən borclu Şəxs 709.24 manat məbləğ tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. Şəxs borcu ödəməmişdir və hazırda da ödəmir. Şəxs başqa qazancı, tələb yönəldilə biləcək daşınmaz və daşınar əşyaları müəyyən edilməmişdir. Odur ki, onun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(019)-172/2023 nömrəli icra icra sənədinə əsasən 709.24 manat pul tələbkar X4 xeyrinə ödənilməlidir.O, öz əmlak payı torpağını X6 icarəyə vermişdir.Həmin torpaq sahəsini Azər Rəsulovdan məhkəmə vasitəsi ilə geri götürmüşdür. Azər Rəsulov həmin torpaq sahəsində iki il əlavə olaraq əkin işləri görməklə istifadə etmiş və onun pulunu verməmişdir. O, məhkəmə qətnaməsinə əsasən Azərə ödəməli olduğu puldan heç bir ödəniş etməmiş və etməyəcəkdir. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. İşdə olan Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(019)-172/2023 saylı icra sənədindən görünür ki, cavabdehlər X5, Şəxs, X1 və X3 torpaq sahəsinə görə ödənilmiş 700 manat və ödəniliş dövlət rüsumunun 9.24 manatı alınıb iddiaçı X6 ödənilməlidir. İşdə olan Balakən Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Balakən Rayon Məhkəməsinin e-2(019)- 172/2023-044 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, borclu Şəxs, X7, X9 və X2 10 gün müddətinə icranı könüllü olaraq təmin etmələri təklif olunmuşdur. İşdə olan Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs, X7, X9 və X2 ünvanlanmış xx.xx.2023-cü il tarixli e305482/2023-46-1-003 nömrəli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başlanılmış Balakən Rayon Məhkəməsinin e-2(019)-172/2023-044 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etmələri xahiş edilmişdir. İşdə olan Balakən Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs, X7, X9 və X2 ünvanlanmış 03 fevral 2025-ci il tarixli e305482/2023-46-1-004 nömrəli xəbərdarlıqdan görünür ki, borclular Azərbaycan Respublikası İXM-nin 528.1-ci (500 manatdan 1000 manatadək cərimə və ya 1 ayadək inzibati həbs) maddəsini rəhbər tutaraq barələrində inzibati protokol tərtib edilərək məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişlər. İşdə olan 24 fevral 2025-ci il tarixli icra sənədlərinin digər icra məmurunun icraatına keçirilməsi haqqında qərardan görünür ki, Balakən Rayon Məhkəməsinin e-2(019)- 172/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası Balakən Rayon İcra və Probasiya Şöbəsinin rəisi Nümayəndə icraatına keçirilmişdir. İşdə olan Balakən Rayon İcra və Probasiya Şöbəsinin rəisi Nümayəndə tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş Aktın surətindən görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)-172/2023 nömrəli,xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu X8 qeydiyyatda olduğu və yaşadığı evə baxış keçirilsədə baxış zamanı evdə və həyətdə qanunvericilikdə üzərinə həbs qoyula biləcək əşya və ya əmlak aşkar olunmamışdır, İnzibati xəta haqqında icraat başlamış Balakən Rayon İcra və Probasiya Şöbəsinin rəisini, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs dinləyib, iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş hallara hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə ona cərimə cəzası təyin edilməlidir. Belə ki,iş materiallarından görünür ki Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(019)-172/2023 nömrəli icra sənədinə əsasən borclu Şəxs, X5, X3 və X1 700 manat və 9.24 manat ödənilmiş dövlət rusumu tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. Həmin icra sənədi icraya yönəldilmişdir. Borclu Şəxs tələbkar X6 709.24 manat pulu ödəməmiş və ödəməyəcəyini bildirərək icra məmurunun borcun ödənməsinə dair qanuni tələbini yerinə yetirməmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Sadalanan normaların tələbindən göründüyü kimi məhkəmə qərarlarının icrası məcburidir və icra olunmaması məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrası icra məmurları tərəfindən həyata keçirilir və icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1- ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o,həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materialları ilə Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, xətanın xarakterini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxmış hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar