Məhkəmə qərarları › İş №3(019)-11/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-11/2021

07.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-11/2021 07.01.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə hüquqi ünvanı ünvan 1 olan «xxxx» MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 483-cü maddəsilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i m: «xxxx» MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, «xxxx» MMC tərəfindən xx.xx.2020-ci il tarixdə, **********6897 saylı gömrük bəyannaməsi ilə dəyəri 11708.50 ABŞ dolları olan 1659.8 kiloqram qurudulmuş xurma yükü Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən Gömrük Postunda rəsmiləşdirilərək Ukrayna Respublikası, Kiyev şəhəri, Böyük Vasilkevska küçəsi, ev 72, ofis 21 ünvanında qeydiyyatda olan “xxxx” MMC şirkətinin ünvanına konsiqnasiya yolu ilə ixrac olunmuş, ixrac olunan malın müqabilində əldə olunmuş, şirkətin müvəkkil bankdakı hesabına məcburi qaydada köçürülməli olan 7708.50 ABŞ dolları (13104,45 manat) məbləğində xarici valyutanı geri qaytarmamışdır. Bu barədə Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli, 11000-1729/2020 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İşə baxılmasının yeri və müddəti barədə vaxtında bildirilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «xxxx» MMC və inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İnzibati materialda olan sənədlərdən görünür ki, «xxxx» MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsilə inzibati xəta haqqında iş üzrə icraata başlanmış, «xxxx» MMC tərəfindən konsiqnasiya yolu ilə ixrac olunmuş və şirkətin müvəkkil bankdakı hesabına məcburi qaydada köçürülməli olan 7708.50 ABŞ dolları məbləğində xarici valyutanın geri qaytarılmamasının səbəbinin aydınlaşdırılması məqsədilə «xxxx» MMC-nin nümayəndəsi X2 Şöbəsinə dəvət olunaraq, sorğu-sual olunmuşdur. «xxxx» MMC-nin nümayəndəsi X4 izahatında bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə Ukrayna Respublikasının Kiyev şəhərində yerləşən “xxxx” şirkəti ilə «xxxx» MMC arasında BH006 saylı müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən ümumi dəyəri 11708.50 ABŞ dolları olan 1659.8 kiloqram qurudulmuş xurma yükü xx.xx.2020-ci il tarixdə **********897 saylı gömrük bəyannaməsi ilə Balakən Gömrük İdarəsində rəsmiləşdirilərək ixrac edilmişdir. Göndərilən yükə görə 4000 ABŞ dolları vəsait şirkətin Rabitəbankdakı hesabına oturmuş, ödənilməyən 7708.50 ABŞ dolları ilə bağlı isə alıcı şirkət olan “xxxx” şirkəti vaxt istəmişdir. Həmin şirkətin səlahiyyətli şəxsləri ilə bir neçə dəfə əlaqə saxlanılmışdır. “xxxx” şirkətinin nümayəndələri qeyd olunan vəsaiti ödəməkdən imtina etməmiş, lakin hazırki vəziyyətdə Ukrayna Respublikasındakı koronavirus pandemiyası ilə əlaqədar şirkətin ödəmə qabiliyyətinin aşağı olmasını bildirmiş və pulun ödənilməsi üçün vaxt istəmişdir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «xxxx» MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığı üçün hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarında olan sənədlərlə (xx.xx.2020-ci il tarixli Gömrük bəyannaməsi, BH006-xx/xx/2019 saylı müqaviləyə dair 05/20 №-li invoice, Balakən Gömrük Postunun rəisi X8 Ərazi Baş Gömrük İdarəsinin rəis müavini Arif Mehdiyevə ünvanladığı xx.xx.2020ci il tarixli raport, «xxxx» MMC-nin nümayəndəsi X1-sual edilməsi barədə xx.xx.2020-ci il tarixli protokol, Qərb Ərazi Baş Gömrük İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Əlifxan Yusifovun xx.xx.2020-ci il tarixli arayışı, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2020-ci il tarixdən etibarən xarici valyutaların və bank metallarının Azərbaycan manatına qarşı X7 və xx.xx.2020-ci il tarixli,11000-1729/20 №-li inzibati xəta haqqında protokolla) təsdiq olunur ki, xx.xx.2019-cu il tarixdə Ukrayna Respublikasının Kiyev şəhərində yerləşən “xxxx” şirkəti ilə «xxxx» MMC arasında BH006 saylı müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən ümumi dəyəri 11708.50 ABŞ dolları olan 1659.8 kiloqram qurudulmuş xurma yükü xx.xx.2020-ci il tarixdə **********897 saylı gömrük bəyannaməsi ilə Balakən Gömrük İdarəsində rəsmiləşdirilərək ixrac edilmişdir. Göndərilən yükə görə 4000 ABŞ dolları vəsait şirkətin Rabitəbankdakı hesabına oturmuşdur. Ödənilməyən 7708.50 ABŞ dollarının (13104,45 manatın) ödənilməsi ilə bağlı isə alıcı şirkət olan “xxxx” şirkəti vaxt istəmişdir. «xxxx» MMC tərəfindən“xxxx” şirkətinin səlahiyyətli şəxsləri ilə bir neçə dəfə əlaqə saxlanılmışdır. “xxxx” şirkətinin nümayəndəsi qeyd olunan vəsaiti ödəməkdən imtina etməmiş, lakin hazırki vəziyyətdə Ukrayna Respublikasında koronavirus pandemiyası ilə əlaqədar şirkətin ödəmə qabiliyyətinin aşağı olmasını bildirmiş və pulun ödənilməsi üçün şirkət vaxt istəmişdir. İxrac olunmuş yükə dair 7708.50 ABŞ dolları (13104.45 manat) məbləğində xarici valyutanın geri qaytarılmamasının səbəbi alıcı şirkət olan “xxxx” şirkətinin Ukrayna Respublikasında koronavirus pandemiyası ilə əlaqədar ödəmə qabiliyyətinin aşağı olmasına görə qalan məbləği ödəməməsi və qalan məbləğin ödənilməsi üçün vaxt istəməsi ilə bağlı olmuşdur. Faktiki olaraq «xxxx» MMC 7708.50 ABŞ dolları (13104.45 manat) vəsaiti əldə etməmişdir. Yəni 7708.50 ABŞ dolları (13104.45 manat) məbləğin Azərbaycan Respublikasına qayıtmaması barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «xxxx» MMC-nin təqsiri olmadan baş vermişdir. Göstərilənləri, 7708.50 ABŞ dollarının (13104.45 manatın) Azərbaycan Respublikasına qayıtmamasının barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «xxxx» MMC-nin iradəsindən asılı olmayaraq baş verməsini və bunda onun təqsirinin olmamasını nəzərə alaraq, hesab edirəm ki, «xxxx» MMC Azərbaycan Respublikası İXMnin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Başqa sözlə, «xxxx» MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. «xxxx» MMC barəsində inzibati xəta haqqında iş üzrə icraat başlamış orqanın vəzifəli şəxsi tərəfindən «xxxx» MMC-nin Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olmasını təsdiq edən əsaslı şübhədən uzaq, faktlar barəsində eyni cür təkzibedilməz nəticələrə gəlməyə əsas yaradan hər hansı mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Halbuki qanuna görə bu vəzifə həmin orqanın vəzifəli şəxsinin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göründüyü kimi, «xxxx» MMC xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan qalan 7708.50 ABŞ dolları (13104.45 manat) məbləğində vəsaiti faktiki olaraq əldə etməmişdir və bunda onun təqsiri mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, hesab edirəm ki, «xxxx» MMC-nin Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri sübut yetirilmədiyindən, onun əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, «xxxx» MMC barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 31, 53, 105.1, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Əməlində inzibati xəta tərkibinin olmamasına görə «xxxx» MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş Balakən Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar