Məhkəmə qərarları › İş №3(019)-11/2023

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-11/2023

31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-11/2023 31.01.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən rayon Polis Şöbəsinin DYPB YPXnin Yol patrul xidməti inspektoru, polis serjantı Şahid2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi-Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1994-cü ildə Balakən rayonunun Talalar kəndlində anadan olmuş, Ali təhsilli, subay, işləməyən, inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1ində yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Balakən rayon Polis Şöbəsinin DYPB-nin YPX tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə 12 dekabr 2022-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ki, o, 12 dekabr 2022-ci il tarixdə saat 11:50-də idarə etdiyi VAZ-21099 markalı 10 NC-173 dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla Balakən şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən avtomaşını qəflətən sürətləndirməklə təkərləri yolun səthi ilə sürtülməsi səsləri çıxartmış, əhalinin dincliyini pozaraq avtoxuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında icraat başlamış Balakən rayon Polis Şöbəsinin DYPB YPX-nin Yol patrul xidməti inspektoru, polis serjantı Şahid2 göstərdi ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 10 radələrində o və RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis serjantı X4 **-YP-*** dövlət qeydiyyat nömrə nişanlı, KİA markalı xidməti avtomobildə Balakən şəhəri H.Əliyev prospektində xidmətdə olduğu zaman “ratsiya” ilə onlara məlumat verilmişdir ki, VAZ-21099 markalı **-NC-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərinin yolun səthi ilə sürtünməsi səslərini çıxartmış, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik edib yol hərəkəti qaydalarını davamlı olaraq pozmuşdur. Həmin avtomobilin sürücüsü Balakən rayon İcra Hakimiyyətinin başçısına təhkim olunmuş “Toyota” markalı, **-AA-*** dövlət nömrə nişanlı xidməti avtomobilin qarşısına keçərək bu hərəkətləri etməyə davam etmişdir. Buna görə də həmin avtomobili saxlamaları barədə onlara göstəriş verilmişdir. Bundan sonra həmin avtomaşın cərimə meydançasına gətirilmişdir. Müəyyən edilmişdir ki, həmin sürücü ünvan 1i ünvanında yaşayan, xx.xx.1994-cü il təvəllüdlü Şəxsdur. Odur ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. O,həmçinin göstərdi ki, lakin o, özü Şəxs avtoxuliqanlıq hərəkətlərini görməmiş, ona saxla işarəsi verməmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Balakən rayonunun Talalar kəndində yaşayır. xx.xx.2022-ci il tarixdə atası Əliyev Şahid Bəşir oğluna məxsus VAZ-21099 markalı 10 NC-173 nömrə nişanlı avtomaşınla Balakən şəhəri, H.Əliyev prospektində sol zolaqda hərəkətdə olduğu zaman sağ zolaq boş olduğu üçün ötmə əməliyyatı etmişdir. Yol iki zolaqlı yol olduğu üçün və xəstəxanaya tələsdiyi üçün ötmə əməliyyatı etmişdir. İdarə etdiyi avtomaşın 1999-cu il buraxılışlı olmaqla nasaz avtomaşındır. O, heç bir avtoxuliqanlıq əməli törətməmişdir. Əgər bu barədə videogörüntü varsa təqdim edilsin. Polis Şöbəsi onun barəsində əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X4 göstərdi ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 10 radələrində o və RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis serjantı Rasul Qantayev **-YP-*** dövlət qeydiyyat nömrə nişanlı KİA markalı xidməti avtomobildə Balakən şəhəri H.Əliyev prospektində xidmətdə olduğu zaman ratsiya” ilə onlara məlumat verilmişdir ki, VAZ-21099 markalı **-NC-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərinin yolun səthi ilə sürtünməsi səslərini çıxartmış, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik edib yol hərəkəti qaydalarını davamlı olaraq pozmuşdur. Həmin avtomobilin sürücüsü Balakən rayon İcra Hakimiyyətinin başçısına təhkim olunmuş “Toyota” markalı, **-AA-*** dövlət nömrə nişanlı xidməti avtomobilin qarşısına keçərək bu hərəkətləri etməyə davam etmişdir. Buna görə də həmin avtomobili saxlamaları barədə onlara göstəriş verilmişdir. Bundan sonra həmin avtomaşın cərimə meydançasına gətirilmişdir. Müəyyən edilmişdir ki, həmin sürücü ünvan 1i ünvanında yaşayan, xx.xx.1994-cü il təvəllüdlü Şəxsdur. Buna görə də bu barədə qanuni tədbir görülməsi üçün RPŞ-nin rəhbərliyinə raport ilə məruzə etmişdir. Lakin o, özü Şəxs avtoxuliqanlıq hərəkətlərini görməmiş, ona saxla işarəsi verməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş şahid X1 rayon Polis Şöbəsinə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2022-ci ii tarixdə təxminən saat 10 radələrində o, Balakən rayon İcra Hakimiyyətinin başçısına təhkim olunmuş “Toyota” markalı, **-AA-*** dövlət nömrə nişanlı xidməti avtomobili ilə Balakən şəhəri H.Əliyev prospektində idarə edən zaman VAZ- 21099 markalı **-NC-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü avtomobili qəflətən sürətləndirməklə onun idarə etdiyi avtomobili sağ tərəfdən keçərək davamlı olaraq təkərlərinin yolun səthi ilə sürtünməsi səslərini çıxartmağa və cəmiyyətə açıqca hörmətsizlik edib yol hərəkəti qaydalarını davamlı olaraq pozmağa başladı. Həmin avtomobilin sürücüsü onun qarşısına keçdikdən sonra da bu hərəkətləri etməyə davam etdi. Buna görə də H.Əliyev prospektində xidmət aparan YPXnin əməkdaşları da həmin avtomobilə saxla işarəsi verdilər. Lakin, avtomobili idarə edən sürücü maşını saxlamayaraq sürüb getmişdir. O, avtomobili idarə edən şəxsin ünvan 1 sakini Şəxs olduğunu görmüşdür. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İşin hallarını müəyyən edib, işdəki sübutları yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi cəhətdən dəyərləndirərək hesab edirəm ki, Şəxs İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetmir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında iş üzrə izahatları alınmış, Balakən RPŞ-nin DYPB-nin YPX-nin inspektorları Temur Ağcayev və Rasul Qantayev göstərdilər ki, onlar Şəxs 12 dekabr 2022-ci il tarixdə saat 11:50-də idarə etdiyi VAZ-21099 markalı 10 NC-173 dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla Balakən şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən avtomaşını qəflətən sürətləndirməklə təkərləri yolun səthi ilə sürtülməsi səsləri çıxartmasını, əhalinin dincliyini pozaraq avtoxuliqanlıq hərəkətləri etməsini görməmişlər, bu barədə onlara “ratsiya” vasitəsi ilə məlumat verilmişdir. Şahid qismində dindirilən Həşimov İlham oğlunun işdə olan izahatından isə Şəxs nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması.yəni İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulan xətanın törədilməsi təsdiq olunmur. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsirli olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Əməldə inzibati xətanın tərkibinin olmaması isə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilmiş əsaslardan biridir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. İşdəki sübutlara hüquqi qiymət verərək, yekun olaraq bu nəticəyə gəlirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Xətalar haqqında Azərbaycan Respublikası Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilsin. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar