Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-110/2022 18.03.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsinin nümayəndəsi-həmin idarənin Estetik Nəzarət şöbəsinin şöbə müdiri X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə Balakən rayonu Hənifə kəndində yaşayan, Balakən şəhəri H.Əliyev prospektində yerləşən “SKY Telecom” sahibkarlıq obyektində fəaliyyət göstərən, əvvəllər inzibati məsuliyyətə cəlb edilməyən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 428.7.1-ci maddəsilə Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsinin ENŞ-in böyük müfəttişi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsilə 03 mart 2022-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs tərəfindən Balakən şəhəri H. Əliyev prospektində yerləşən “SKY Telecom” sahibkarlıq obyektində 3 ədəd, ümumi ölçüsü 5.06 m2 fasad reklamları müvafiq icazə sənədləri olmadan yerləşdirilməklə Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərdi ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi (VÖEN:**********) Balakən şəhəri H. Əliyev prospektində yerləşən “SKY Telecom” sahibkarlıq obyektini işlədir. Göstərilən reklamları işlətdiyi “SKY Telecom” sahibkarlıq obyektində yerləşdirmiş, lakin buna müvafiq icazə alınmalı olmasını bilməmişdir. Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 15 fevral 2022-ci il tarixli İRY 001820 açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsi haqqında Aktı və ona ünvanlanmış 15.02.2022-ci il tarixli İMG 001820 nömrəli icrası məcburi olan Göstərişi almış, lakin xəstə olduğu üçün ona verilən 5 gün müddətində bu açıq reklamları sökə bilməmiş və onların yerləşdirilməsi üçün müvafiq icazə almamışdır. Barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət X6 Regional Reklam İdarəsinin nümayəndəsi- həmin idarənin Estetik Nəzarət şöbəsinin şöbə müdiri X3 vəzifəli şəxs Şəxs tərəfindən Balakən şəhəri H.Əliyev prospektində yerləşən “SKY Telecom” sahibkarlıq obyektində 0.7 m x 1.7 m x 1 ədəd=1.19 m2, 0.4 m x 2.3 m x 1 ədəd= 0.92 m2, 0.72 m x 4.1 mx 1 ədəd = 2.95 m2, ümumi sayı 3 ədəd, ümumi ölçüsü 5.06 m2 icazəsiz fasad reklamları yerləşdirilməsini, həmin rekların sökülməsi üçün 5 gün vaxt verildiyini, lakin həmin reklamların sökülmədyini və onların yerləşdirilməsi üçün reklam idarəsindən lazımi icazənin alınmadığını, Şəxs bunun hüquqi nəticələri barədə lazımi hüquqi bilginin verildiyini, Şəxs Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini göstərərək, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-vəzifəli şəxs Şəxs həmin inzibati xətanı törətməsi tədqiq olunan sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Belə ki, işdə olan Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 15 fevral 2022-ci il tarixli İRY 001820 açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsi haqqında Aktda göstərilmişdir ki, Şəxs «Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin tələbləri pozulmaqla açıq məkanda 0.7 m x 1.7 m x 1 ədəd=1.19 m2, 0.4 m x 2.3 m x 1 ədəd= 0.92 m2, 0.72 m x 4.1 mx 1 ədəd = 2.95 m2, ümumi sayı 3 ədəd, ümumi ölçüsü 5.06 m2 icazəsiz fasad reklamlarını müvafiq icazə sənədləri olmadan yerləşdirmiş və yayımlanmaqdadir. İşdə olan Şəxs ünvanlanmış 15.02.2022-ci il tarixli İMG 001820 nömrəli icrası məcburi olan Göstərişdən görünür ki, Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən müəyyən olunmuş mövcud qanunvericiliyin pozuntularına dair 15 fevral 2022-ci il tarixli İPY 001820 nömrəli Akt tərtib edilmişdir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26-ci maddəsini və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Qaydanın 3-cü bəndini rəhbər tutaraq müvafiq Aktda qeyd olunan qanun pozuntularının (bu halda reklam yayıcısı reklamın yayımını dərhal dayandırmalıdır) 5 (beş) gün ərzində aradan qaldırılması tələb olunur. Əks halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi əsas tutularaq inzibati xəta haqqında protokol tərtib olunacaqdır. İş materiallarından həmçinin görünür ki, Balakən rayonu Hənifə kəndində yaşayan Şəxs **********2 nömrəli VÖEN əsasında hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmaqla təşkilati-sərəncamverici funksiyalara malikdir, yəni Azərbaycan Respublikası İXM-nin tələbləri üçün vəzifəli şəxsdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinin «Qeyd» hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. «Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 26.1, 26.1-1, 26.2, 26.2- 1,26.2-2, 26.2-2.1, 26.2-2.2, 26.2-3, 26.3, 26.4, 26.5, 26.6, 26.7, 26.8, 26.9, 26.10-cu maddələrinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş müvafiq reklam qurğularının tikintisinə və istismarına icazə tələb olunur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir; açıq məkanda reklam yerləşdirilməsinə icazənin verilməsi və bu sahədə nəzarətin keçirilməsi qaydasını, həmçinin icazənin formasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; reklam yayıcısı, həmçinin reklam daşıyıcısının yerləşdiriləcəyi xüsusi mülkiyyətdə olan daşınmaz əmlakın mülkiyyətçisi ilə həmin əmlakın istifadəsinə dair müqavilə bağlamalıdır; reklam daşıyıcısının bələdiyyə mülkiyyətində olan daşınmaz əmlakda yerləşdiriləcəyi təqdirdə həmin əmlakın icarəsinə dair bələdiyyə ilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum arasında bağlanılacaq müqavilədən irəli gələn məbləği həmin quruma ödəməlidir; reklam yayıcısı açıq məkanda reklam yayımına görə bu Qanunun 35.3-cü maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödəyir; reklam qurğuları (reklam) tarix və mədəniyyət abidələrinin ərazilərində, memarlıq abidələrinin (binalarının) fasadlarında (divarlarında, hasarlarında) və dam örtüklərində müvafiq icra hakimiyyəti orqanının razılığı ilə, tarix və mədəniyyət abidələrinin mühafizə zonasında isə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun razılığı ilə yerləşdirilə bilər; yaşayış binasında yerləşdirilən reklam onun təhlükəsiz istismarına, mənzillərin havalandırılmasına, təbii işıqlandırılmasına mane olmamalı, sakinlərin rahatlığını pozmamalı, ətraf mühit üçün təhlükə törətməməlidir; açıq məkanda yerləşdirilən reklam yol hərəkətinin təhlükəsizliyi tələblərinə cavab verməli, yol hərəkəti iştirakçıları üçün təhlükə yaratmamalı, sürücülərin yol şəraitini qiymətləndirməsinə mane olmamalı və çətinləşdirməməli, yol hərəkəti nişanlarına və yazılarına bənzəməməlidir. Yol örtüyünün üzərində, yol hərəkəti nişanlarında, onların dirəklərində və digər tənzimləmə vasitələrində, yol qurğularında reklamın yerləşdirilməsi qadağandır; reklam qurğularının yol kənarında yerləşdirilməsi standartları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; tündlüyü 5 faizdən yuxarı olan alkoqollu içkilərin reklamının açıq məkanda yerləşdirilməsi qadağandır; birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir; yol hərəkəti iştirakçılarına maneə törədən, onların həyat və sağlamlığına təhlükə yarada bilən reklam daşıyıcılarını yerləşdirmək qadağandır; bu Qanuna görə reklam yerləşdirilməsinə yol verilməyən ərazilərdə reklamın yerləşdirilməsi yalnız dövlət bayramlarında, beynəlxalq və dövlət tədbirlərində bu Qanunun 26.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla konkret dövr üçün nəzərdə tutula bilər. Müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir və onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər üçün üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üçün min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üçün isə beş min manatdan on min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. İlk dəfə inzibati xəta törətməsini Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alıram. İş materialları ilə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-vəzifəli şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, ilk dəfə inzibati xəta törətməsi kimi məsuliyyətini yüngülləşdirilən halı və məsuliyyətini ağırlaşdırılan halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-113, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1500 (bir min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Z.C.Tahirov
Məhkəmə qərarları › İş №3(019)-110/2022
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-110/2022
18.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver