Məhkəmə qərarları › İş №3(019)-111/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-111/2025

10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-111/2025 10.03.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, protokol tərtib etmiş şəxs Balakən rayon İcra və Probasiya şöbəsinin rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1988-ci ildə Balakən rayonunun Tülü kəndində anadan olmuş, orta təhsilli, evli, işləməyən, Balakən rayonunun Tülü kəndində yaşayan Şəxs barəsində Balakən Rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Balakən Rayon İcra və Probasiya şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 10 mart 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokoldan görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)-673/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs olan 5700 manat aliment borcunu ödəməkdən imtina etmişdir. Bununla da icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Balakən rayon İcra və Probasiya şöbəsinin rəisi X3 izahatında bildirmişdir ki, icra sənədi üzrə icraata başlanılmış və icraata başlamaq haqqında qərarın, bildirişin surəti icra edilməsi üçün borcluya göndərilmişdir. Şəxs alimenti ödəməmiş, hazırda onun 5700 manat borcu yaranmışdır. Ona görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, hər ay yalnız 20 manat ödəməyə imkanı çatır. Balakən Rayon Məhkəməsinin tərəfindən xx.xx.2020-ci il tarixdə həbs olunandan sonra tələbkarla razılığa gəlmişlər. Tələbkar başqa şəxslə evlənəcəyi üçün alimentdən imtina etmişdir. Onun alimenti yenidən tələb etməsi barədə məlumatı olmamışdır. Bugün şöbədə məlumatı olmuşdur. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 2(019)-673/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2013-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Şəxs hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Qarayeva (Atayeva) Mətanət İbadullah qızının xeyrinə ödənilməlidir. xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)-673/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmış, borcluya dərhal icranı könüllü təmin etməsi təklif olunmuşdur. xx.xx.2021-ci il tarixli icraatın dayandırılması haqqında qərardan görünür ki, tələbkarın xahişi olduğundan Balakən Rayon Məhkəməsinin 2(019)-673/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraat dayandırılmışdır. xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)-673/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmış, borcluya dərhal icranı könüllü təmin etməsi təklif olunmuşdur. xx.xx.2025-ci il tarixli məlumatdan görünür ki, Şəxs barəsində axtarış barədə qərar icra olunması üçün göndərilmişdir. xx.xx.2025-ci il tarixli icraatın təzələnməsi haqqında qərardan görünür ki, tələbkarın ərizəsi olduğundan Balakən Rayon Məhkəməsinin 2(019)-673/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraat təzələnmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun izahatını dinləyib hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. 17.1.10-cu maddəsinə əsasən tələbkarın müvafiq xahişi olduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. 19.2-ci maddəsinə əsasən icraatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra icra məmuru və ya icra qurumunun rəhbəri tələbkarın ərizəsi, yaxud öz təşəbbüsü ilə icra sənədi üzrə icraatı təzələyir. 21.8-ci maddəsinə əsasən dayandırılmış icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-673/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədi üzrə xx.xx.2019-cu il tarixdə icraata başlanılmış, xx.xx.2021-ci il tarixdə icraat dayandırılmışdır. xx.xx.2025-ci il tarixdə isə icraatın təzələnməsi haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək icraat dayandırılmışdır. İcraatın dayandırıldığı müddətdə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmədiyi halda xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar, borclunun axtarışı barədə qərar qəbul edilmişdir. İcraatın təzələnməsi barədə borcluya məlumat verilmədən barəsində axtarış elan edilmiş və inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün ilk növbədə borcluya qarşı icra məmurunun məhkəmə qərarlarının icrası ilə əlaqədar qanuni tələbi olmalıdır. Lakin icraat təzələndikdən sonra icra məmuru tərəfindən borcludan icra sənədinin icrasının tələb edilməsinə dair iş materiallarına sübut əlavə edilməmişdir. Bununla da Şəxs icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməməsi və ya icra məmurunun digər qanuni tələblərinin yerinə yetirməməsi öz təsdiqini tapmamışdır. Məhkəmə işin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi yoxdur, ona görə də iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar