Məhkəmə qərarları › İş №3(019)-113/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-113/2021

15.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-113/2021 15.04.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) İTB-nin sahə rəisi, polis baş leytenantı Nümayəndə oğlunun, Zərərçəkmiş şəxs Rəsul oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nağıyev Fərman Şirin oğlunun və müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1973-cü ildə Balakən rayonu Mahamalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmuş, Balakən şəhəri, H.Əliyev küçəsi ev 150 ünvanında yaşayan- Şəxs oğlu haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157-ci maddəci ilə icraatı başlanmış inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs oğlu 14.03.2021-ci il tarixdə, saat 15 radələrində Balakən H.Əliyev prospekti 150 ünvanında aralarında yaranmış mübahisə ilə əlaqədar atası Zərərçəkmiş şəxs oğlunun qarnının altından-qasıq nahiyyəsindən bir dəfə təpiklə vuraraq, ona qəsdən sağlamlığa zərər vurmayan xəsarət yetirməklə qəsdən fiziki ağrı yetirmişdir. Bu barədə Balakən RPŞ-nin sahə rəisi, polis baş leytenantı Nümayəndə oğlu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 14 aprel 2021-ci il tarixli, MN seriyalı, ******* №li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərdi ki, onun yaşadığı evin həyətyanı torpaq sahəsindən 3 sot torpağı 12250 manata atası Şirin sataraq, ona həmin puldan 3000 manat pul vermiş, 5000 manat pulu isə uşaqlarının adına bankda hesab açaraq oraya depozitə qoymuşdur. Özünün deməsinə görə onun dəfn mərasiminə 2000 manat pul saxlamış, həmin puldan ona vermədiyinə görə aralarında mübahisələri yaranmışdır 14.03.2021 -ci il tarixdə, saat 15 radələrində atasının inəyi onun pay torpağına keçdiyinə görə onun inəyini qovmuşdur. Atası Zərərçəkmiş şəxs oraya gələrək, “niyə inəyi qovursan “ demiş, ona görə aralarında mübahisələri yaranmışdır. Mübahisə nəticəsində atası Şirinin qarın nahiyyəsinə bir dəfə təpiklə vurmuş və oradan evə getməsini bildirmişdir. Aralarındakı mübahisə 3-4 dəqiqə davam etmişdir. 2019-cu ildə iki dəfə atası Zərərçəkmiş şəxs döydüyünə görə müxtəlif müddətlərə inzibati qaydada həbs edilmişdir. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Balakən şəhərində dəmiryolu istiqamətinə gedən yolun kənarında böyük oğlu Arif Nağıyevin 16 sot həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsini Şəxs görə sataraq, pulunu ona verməsini bildirmişdir. Bundan sonra Fərman həmin pulu qaytara bilmədiyinə görə onun yaşadığı evin arxa tərəfində yerləşən 12 sot pay torpaq sahəsini böyük oğlu Arif tərəfindən istifadə etməsinə razılıq vermişdir. Həmin torpaq sahəsini Arifin öz adına notarial qaydada rəsmiləşdirmədiyinə görə həmin sahədən Fərman özü istifadə etmişdir. 14.03.2021-ci il tarixdə evinin arxasında yerləşən pay torpaq sahəsinə inəyi otlamaq üçün buraxmışdır. Fərmanın əlində ağac ilə inəyini qovmasını görərək, ona inəyini vurmamağını bildirmişdir. Bu zaman Fərman onun yanına gələrək, yaxasından tutaraq silkələmiş və qarnının altına bir dəfə təpik vurmuşdur. O, özündən gedərək yerə yıxılmış, özünə gələndə gəlini Xuraman yanında olmuş və onu evə gətirərək, təcili tibbi yardım çağırmışlar. O, Şəxs şikayətçidir, onun barəsində ciddi tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında göstərdi ki, 14.03.2021 -ci il tarixdə, saat 15 radələrində inəklərinin evin arxasında yerləşən pay torpaq sahəsində otlamasını və Fərmanın qaynatası Şirinin inəyini qovmasını görmüşdür. Fərmanın inəyini qovmasını görən qaynatası Şirin Fərmana açıqlanmışdır ki, oraya getməsin. Fərman atası Şirin ilə mübahisə edərək, Zərərçəkmiş şəxs qarnının altına bir dəfə təpiklə vurmuşdur. Həmin vaxt o, Şirinin yerə yıxılmasını görərək, oraya qaçmışdır. Bunu görən Fərman oradan qaçaraq evlərinə getmişdir. Sonra Şirinə təcibi tibbi yardım çağırmışlar. 2019-cu ildə də Fərmanı bir neçə dəfə Şirini döymüş və ona görə də həbs olunmuşdur. İşdə olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 20 mart 2021-ci il tarixli qərardan görünür ki, həmin qərarla Şəxs 14.03.2021-ci il tarixdə, saat 15 radələrində Balakən H.Əliyev prospekti 150 ünvanında aralarında yaranmış mübahisə ilə əlaqədar atası Zərərçəkmiş şəxs oğlunun qasıq nahiyyəsindən bir dəfə təpiklə vuraraq, ona qəsdən sağlamlığa zərər vurmayan xəsarət yetirməklə qəsdən fiziki ağrı yetirməsi müəyyən olunaraq, ünvan 1 ünvanında yaşayan X1 şikayəti əsasında aparılmış araşdırma nəticəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində inzibati tədbir görülməsi məsələsinə baxılması üçün Balakən RPŞ-nin İTB-nə göndərilmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 18.03.2021-ci il tarixli, 76 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarət-sağ qasıqda qançır-bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 14.03.2021 -ci il tarixdə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarından həmçinin görünür ki, Şəxs 24.02.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsilə inzibati məsuliyyət cəlb edilərək, cərimə edilmişdir, onun əlilliyi yoxdur. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs oğlu Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin inzibati xətanın obyekti insanın fiziki toxunulmazlığını və onun sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. İnzibati xətanın obyektiv cəhəti döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmədən ibarətdir. Döymə sağlamlığa vurulan zərərin ayrıca, xüsusi bir növünü təşkil etmir. Döymə, dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. Azərbaycan Respublikası İXMnin 157-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan sair zorakı hərəkətlər dedikdə, zərərçəkmiş şəxsə tək-tək zərbələrin vurulması, onun çimdiklənməsi, qolunun burulması, badalaq verilərək yıxılması, müxtəlif əşyalardan, habelə bitki (məsələn gicitikanlardan, tikanlı bitkilərdən və s.) və heyvanlardan (itdən, arıdan və s.) istifadə etməklə ona qarşı digər ağrıverici hərəkətlər edilməsi başa düşülür. Döymə və ya sair zorakı hərəkətlər yalnız fiziki ağrı verdikdə, göstərilən maddə üzrə məsuliyyət yaranır. Bu inzibati xətanın subyektiv cəhəti həm birbaşa, həm də dolayı qəsddən ibarətdir. Döymə və sair zorakı hərəkətlər törətmənin məqsədi fiziki ağrı yetirməkdən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İş materialları ilə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirilən və məsuliyyətini ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tənbehinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından məqsədəuyğun hesab edirəm. Həmin inzibati həbsin başlanğıcı hazırki qərarın elan olunduğu 15 aprel 2021-ci il tarixdən saat 10.20-dən hesablanmalıdır. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 2 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil tərəfindən Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X3 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 12 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-113, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 15 aprel 2021-ci-ci il tarixdən saat 10:20-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil tərəfindən Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X3 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 12 manat köçürülsün. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar