Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-114/2021 28.04.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs , onun müdafiəçisi- Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1977-ci ildə Zaqatala rayonunun Gözbarax kəndində anadan olmuş, orta təhsilli, evli, işləməyən, deməsinə görə əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Zaqatala rayonu Gözbarax kəndində yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxx 2021-ci il tarixdə Balakən rayonu Kortala meşəliyində X4 ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun baş nahiyəsinə vuraraq, ona sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək göstərdi ki, X3 Balakən rayon İtitala kəndində yerləşən fermasında çoban işləyir. Əmək müqaviləsi vardır. xx.xx.2021-ci il tarixdə Balakən rayon İtitala kəndində yerləşən otlaq sahəsində 300 baş qoyunu otaran zaman qoyunlardan biri doğmağa başlamışdır. Qoyunu doğuzduran zaman qoyunların meşəyə daxil olduğunu görmüş, qoyunları meşədən çıxartmaq üçün meşəyə daxil olmuş, Elminə zəng edərək doğan qoyunu gəlib aparmasını bildirmişdir. Meşədə olan zaman İmamın əlində telefonla gəlib onu telefona çəkdiyini görüb əsəbiləşmişdir. Ayağa qalxıb İmamın üstünə getmiş və nəyə görə onu çəkdiyini deyib əlindəki çomağı ona tərəf fırlamışdır. Daha sonra telefonu onun əlindən almağa çalışmış, lakin telefonu onun əlindən ala bilməmişdir. Həmin zaman ətrafda heç kim olmamışdır. İmamı nə çomaqla,nə də əli ilə vurmamışdır. O, İmamı itələmişdir ki, onu telefonla çəkməsin. Barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmədiyini göstərsə də onun həmin inzibati xətanı törətməsi məhkəmə iclasında zərərçəkmiş şəxsin ifadəsi və tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında göstərdi ki, xx.xx.2021-ci il tarixdə Balakən rayon Kortala meşəbəyliyinin ərazisində olan zaman Ələskərin qoyunları meşə ərazisində otardığını görüb bu halı mobil telefonunun kamerası ilə qeydə almaq qərarına gəlmişdir. Telefonla qoyunların meşə ərazisində otarılmasını çəkən zaman Ələskər onun əlində telefonu görüb heç bir səbəb olmadan onun üstünə hücum edərək əlindəki çomaqla onun baş nahiyyəsinə vurmuş və nəticədə sol göz altından xəsarət almışdır.O,Şəxs şikayətçidir, onun barəsində qanuni tədbir görülməsini xahiş etdi. İşdə olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx xxxx 2021-ci il tarixli qərardan görünür ki, Balakən rayon İtitala kənd sakini X1 DİN-nin 102 xidmətinə verdiyi məlumat əsasında toplanmış HK-1-164 nömrəli material üzrə cinayət işi başlanılması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci (döymə) maddəsinin tərkibi yarandığından sonuncunun qeyd edilən maddə əsasında inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün qəbul edilmiş qərarın surəti Balakən RPŞ-nin İTB-yə, eyni zamanda İXM-nin 257-ci (Meşə fondu sahələrində özbaşına mal-qara otarılması) maddəsi əsasında inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün qəbul edilmiş qərarın surəti Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 X5 və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir Qərardan görünür ki, Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin xx.xx.2021-ci il tarixli 68 nömrəli rəyində göstərilmişdir ki, X2 müəyyən edilmiş xəsarətlər- sol göz altında qançır bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə yəni xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-113, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz ) manat məbləğində cərimə edilsin . Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-114/2021
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-114/2021
28.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver