Məhkəmə qərarları › İş №3(019)-114/2023

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-114/2023

06.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-114/2023 06.04.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, X4 katibliyi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin nümayəndəsi-həmin şöbənin baş məsləhətçisi Nümayəndə Muxtar oğlunun və xx.xx.2023-cü il tarixdə məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X1 iştirakı ilə X1 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin müdir müavini X7 28 fevral 2023-cü tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X3 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin müdir müavini X7 28 fevral 2023-cü tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin 28 fevral 2023cü tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X3 şikayətini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində Balakən rayonu Hənifə kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin ərazidə əkin-biçin etməklə ailəsini saxlayır. Torpaq sahəsinə kənd əhalisinin mal-qarası daxil olaraq əkinlərinə zərər vurur. Buna görə də sahənin kənarını bağlamaq üçün digər sərhəd qonşuları ilə birlikdə xəndək qazdırmışlar. Həmin xəndək onlara məxsus olan torpaq sahədə qazılmış, yol və digər əraziyə keçməmişdir. Xəndəyin qazılması torpağın təyinatı üzrə istifadəsinə zərər vurmamış, əksinə torpağın daha səmərəli istifadəsinə şərait yaratmışdır. Torpaq sahəsinin kənarına xəndək qazıldığına görə Balakən Rayon Polis şöbəsinə çağırılmışdır. Orada ondan izahat alınmış, boş kağıza imza çəkdirilmişdir. Daha sonra İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsindən ona məlumat verilərək, barəsində İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə MN10604645 nömrəli protokol tərtib edildiyi bildirilmişdir. Balakən RPŞ tərəfindən ona protokolun surəti verilməmiş, bu barədə heç bir izah olunmamışdır. Balakən Rayon Polis Şöbəsi tərəfindən İXM-nin 244.2 ci maddəsi ilə tərtib olunmuş protokol -Məcəllənin həmin maddəsi torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanmasına görə tətbiq edilir. Lakin hazırki işin hallan tərtib olunmuş protokolun mahiyyətinə ziddir. Xəndəyin qazılması torpağın münbit qatının korlanmasına təsir etməmişdir. Bu barədə ixtisaslaşdırılmış orqanın heç bir ekspertiza rəyi olmamışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şəki Ərazi Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə onun barəsində MN ******* nömrəli qərar qəbul edilərək, 600 manat inzibati cərimə tətbiq edilmişdir. Balakən RPŞ protokol tərtib edərkən İnzibati Xətalar Məcəlləsinin maddəsini düzgün tətbiq etməmiş, iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin MN ******* nömrəli qərarı tamamilə əsassız verilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin 28 fevral 2023-cü tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsini xahiş edir. 27 mart 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermis, həmçinin torpaq sahəsində qazılmış xəndəyin eninin 80 sm, dərinliyinin 1 metr, uzunluğunun 70-80 metr olduğunu bildirərək, barəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin müdir müavini X7 28 fevral 2023-cü tarixli, MN seriyalı ******* nömrəli qərarının ləğv edilməsini və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixə saat 11.40-a təyin edilən məhkəmə iclasının vaxtı və yeri haqqında vaxtında məlumatlandırılmış barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X3 06 aprel 2023-cü il tarixə saat 11.40-a təyin edilmiş məhkəmə iclasına üzrlü səbəb olmadan gəlməmişdir. Ona görə də hazırki işə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X1 iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 133.2.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən fiziki şəxsin və hüquqi şəxsin nümayəndəsinin, habelə şikayətə və ya protestə baxılmada iştirak etmək üçün çağrılmış digər şəxslərin gəlib-gəlmədiyi müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 133.2.4cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətə və ya protestə baxılma təxirə salınır, şikayətə və ya protestə baxılma üçün vacib olan şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Məhkəmə iclasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin nümayəndəsi-həmin şöbənin baş məsləhətçisi Nümayəndə Muxtar oğlu X1 torpağın üst münbit qatını korladığını, buna görə X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-cü maddəsi ilə 07 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunduğunu, həmin protokol əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin müdir müavini X7 inzibati tənbeh vermə haqqında 28 fevral 2023-cü tarixli, MN seriyalı ******* saylı qərarı ilə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı 600 (altı yüz) manat cərimə edildiyini, həmin qərarın tamamilə qanuni və əsaslı olduğunu göstərərək, şikayətin rədd edilməsini və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin müdir müavini X7 inzibati tənbeh vermə haqqında 28 fevral 2023-cü tarixli, MN seriyalı ******* saylı qərarının qüvvədə saxlanmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin müdir müavini X7 28 fevral 2023-cü tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 2022-ci ilin sentyabr ayında Balakən rayonu Hənifə kəndi ərazisində yerləşən pay torpağının sərhədlərini özbaşına qazaraq torpağın münbit qatını korlaması əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 600 manat məbləğdə inzibati qaydada cərimə edilmişdir. Məhkəmənin sorğusu əsasında alınaraq, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli MN1604643 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 barəsində 2022-ci ilin sentyabr ayında Balakən rayonu Hənifə kəndi ərazisində yerləşən pay torpağının sərhədlərini özbaşına qazaraq torpağın münbit qatını korlaması əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi istinad olunmaqla onun haqqında həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Məhkəmə, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsində torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanmasına görə-fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli MN1604643 nömrəli inzibati xəta haqqında protokola əsasən X3 barəsində 2022-ci ilin sentyabr ayında Balakən rayonu Hənifə kəndi ərazisində yerləşən pay torpağının sərhədlərini özbaşına qazaraq torpağın münbit qatını korlaması əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi istinad olunmaqla onun haqqında həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış, İXM-də nəzərdə tutulmuş hüquq və vəzifələri ona izah olunmuş və protokolun surəti X2 təqdim edilmiş, Abdulməcid Bayramov həmin protokolu imzalamış, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin müdir müavini X7 28 fevral 2023-cü tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X3 2022-ci ilin sentyabr ayında Balakən rayonu Hənifə kəndi ərazisində yerləşən pay torpağının sərhədlərini özbaşına qazaraq torpağın münbit qatını korlaması əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 600 manat məbləğdə inzibati qaydada cərimə edilmişdir. X1 şikayətdə qeyd etdiyi onun tərəfindən inzibati xətanın törədilməməsi, araşdırma aparılmadan barəsində inzibati xəta haqqında protokolun tərtib olunması və inzibati tənbehin verilməsi barədə əsaslar iş materialları ilə tam təkzib olunur. Məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, X1 Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməsi tam təsdiq edilmiş, iş üzrə bütün sübutlar əldə edilib, araşdırılmış, həmin şəxs inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati tənbehə məruz qalmış, bu nəticəyə gəlinməyə tam əsas yaradan işin bütün faktiki halları aydınlaşdırılmışdır. Azərbaycan Respublikası İXMnin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlirəm ki, X1 verdiyi şikayət əsassız olduğundan təmin edilməməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin müdir müavini X7 28 fevral 2023-cü tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X1 şikayəti təmin edilməsin; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin müdir müavini X7 28 fevral 2023-cü tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar