Məhkəmə qərarları › İş №3(019)-114/2024

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-114/2024

04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-114/2024 04.03.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis X3 Bölməsinin (bundan sonra Balakən RPŞ-nin İTB-nin) sahə rəisi X5, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili X6 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1961-ci ildə Balakən rayonu Tülü kəndində anadan olmuş, orta təhsilli, evli, inzibati məsuliyyətə cəlb olunmayan, Balakən rayonu Tülü kəndində qeydiyyatda olan və yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 206-cı maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2023-cü il tarixdə saat 19 radələrində əynində olan göy rəngli cins şalvarın sol cibində 01 ədəd kibrit qutusunda təmiz çəkisi 1,79 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı şəxsi istehlak miqdarında üzərində saxlamışdır. Bu barədə Balakən RPŞ-nin İTB-nin sahə rəisi X10 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilmiş, həqiqətən də xx.xx.2023-cü il tarixdə saat 19 radələrində əynində olan göy rəngli cins şalvarın sol cibində 01 ədəd kibrit qutusunda təmiz çəkisi 1,79 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı şəxsi istehlak miqdarında üzərində saxladığını etiraf etmiş, inzibati xəta törətməsindən səmimi peşmançılıq çəkdiyini bildirmiş, lakin işin halları ilə bağlı ətraflı izahat verməmişdir. Layıcov X8 RPŞ-də verdiyi izahatında isə göstərmişdir ki, uzun müddətdir əsəb xəstəliyindən əziyyət çəkir və əsəblərinin sakitləşməsi üçün narkotik vasitə marixuanadan istifadə edir. O, Zaur İslamovdan bir neçə dəfə kibrit qutularında 30-50 manat qiymətlər arasında narkotik vasitə marixuana almışdır. Lakin o, Zaurun həmin narkotik vasitə qurudulmuş marixuananı haradan əldə etməsini bilməmişdir. Sonuncu dəfə də 14 sentyabr 2023-cü il tarixdə o, günorta saatlarında Zaura zəng edib ona narkotik vasitə marixuana satmasını istəmiş, Zaur da onunla razılaşmış və onlar yolda görüşmüşlər. Orada Zaur cibindən çıxarıb ona 01 ədəd kibrit qutusunda narkotik vasitə marixuana satmış və əvəzində ondan 30 manat pul istəmişdir. O da Zaura 01 ədəd 20 manat və 01 ədəd 10 manat olmaqla ümumilikdə 30 manat pul vermişdir. O, aldığı narkotik vasitə marixuananı əynində olan göy rəngli cins şalvarın sol cibinə qoyaraq evinə getmiş, aldığı narkotik vasitə marixuananın bir qismini evdə siqaretə doldurub çəkmişdir. Bundan sonra da qalan narkotik vasitə marixuananı olduğu qaydada kibrit qutusunda qoyaraq cibinə qoymuşdur. Bir qədər sonra axşam saatlarında o, evdən çıxıb yaxınlıqda olan çayxanaya getmək istəmiş, yola çıxıb piyada gedən zaman 3 nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, bundan sonra üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirərək onun üzərində şəxsi axtarış keçirilməsi üçün polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarının dəvəti ilə heç bir etiraz etmədən polis şöbəsinə gəlmişdir. Polis şöbəsində onun hüquqlarının müdafiəsi üçün vəkillərin adlı siyahısı ona təqdim edilmiş, o, təqdim edilmiş vəkillərin siyahısından X2 hüquqların müdafiə etməsini istəmişdir. Onun seçdiyi müdafiəçi Məlahət Emçiyevanın iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra ona şübhəli şəxs qismində tutulduğu elan edilmiş və müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ondan üzərində hər hansı narkotik vasitə və ya əşya, predmet olub-olmadığı soruşulduqda, o, əynindəki göy rəngli cins şalvarın sol yan cibindən Zaur İslamovdan adlığı bir ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmiş və aşkar edilmiş narkotik vasitəni Zaur İslamovdan 30 manat müqabilində pul verməklə aldığını etiraf etmişdir. Üzərində əlavə olaraq şəxsi axtarış aparılan zaman başqa hər hansı qanunla qadağan edilmiş əşya, predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı üzərində aşkar edilmiş bir ədəd kibrit qutusu içərisindəki narkotik vasitə maruxuana ilə birlikdə elektron tərəzidə çəkildikdə ümumi çəkisi 4,66 qram olmuş və həmin narkotik vasitə olan kibrit qutusu qablaşdırılaraq və möhürlənərək götürülmüşdür. Məhkəmə Ekspertizası Mərkəzinin X11 Balakən RPŞ-yə daxil olmuş 15 sentyabr 2023- cü il tarixli 17/691 nömrəli ekspert rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, onun üzərindən aşkar edilmiş bir ədəd kibrit qutusunda təmiz çəkisi 1,79 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmçinin, Zaur İslamovun üzərindən bir ədəd kibrit qutusunda aşkar edilmiş təmiz çəkisi 7,33 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. X1 üzərindən aşkar edilmiş 02 ədəd kibrit qutularında təmiz çəkiləri 4,90 qram və 5,22 qram, ümumi çəkiləri 10,12 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Bundan başqa, X4 yaşadığı evdən aşkar edilmiş 25 ədəd kibrit qutularında ümumi çəkiləri 93,00 qram və bir ədəd sellofan tordada təmiz çəkisi 890 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır və qeyd edilən qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. O, üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı 14 sentyabr 2023-cü il tarixdə Zaur İslamovdan 30 manat müqabilində almış və öz şəxsi istifadəsi üçün saxlamışdır. Həmin narkotik vasitənin onda olmasını heç kim bilməmiş, o, bu barədə heç kimə bir söz deməmişdir. O, uzun müddətdir əsəblərinin sakitləşməsi üçün narkotik vasitə marixuanadan istifadə edir. Zaur İslamovdan aldığı narkotik vasitənin bir qismini də yaşadığı evdə siqaretə doldurub 01 dəfə istifadə etmişdir. O, həmin içərisində narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutusunu üzərində saxlamışdır. Balakən RPŞ-də ona qarşı hər hansı bir psixi və fiziki təsir göstərilməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən RPŞ-nin İTB-nin sahə rəisi X10, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi nəticəsinə gəlindiyi üçün Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başladığını, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin iş materialları ilə təsdiq olunduğunu bildirərək, Şəxs barəsində qanuni tədbir görürlməsini xahiş etmişdir. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X16 Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Çingiz Aslanova ünvanladığı 26 fevral 2024-cü il tarixli raportda göstərirlir ki, icraatında Azərbaycan Respublikası CM-nin 234.2 və 234.4.3cü maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin tərkib əlamətləri olmadığına görə, onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanmasının rədd edilmiş, Şəxs barəsində qanunsuz olaraq şəxsi istehlak miqdarında narkotik vasitə qurudulmuş marixuana əldə edib saxlamağa görə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin aidiyyəti üzrə Balakən RPŞ-nin İTB-nə göndərilməsi barədə qərar qəbul edilmişdir. Odur ki, qərarın icrasına aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:35-də şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə, saat 15.00-da azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X15 Bölməsinin 15 sentyabr 2023-cü il tarixli 17/691 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində "Şəxs üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusunda olan qurudulmuş marixuanaya oxşar kütlədən ibarət maddi sübut." sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi 1,79 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. İş materiallarında olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin 26 fevral 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkib əlamətləri olmadığına görə 16 sentyabr 2023-cü il tarixdə tərəfindən onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanmasının rədd edilməsi nəzərə alınmış, Şəxs barəsində qanunsuz olaraq şəxsi istehlak miqdarında narkotik vasitə qurudulmuş marixuana əldə edib saxlamağa görə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəis ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin aidiyyəti üzrə Balakən RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmış, təqsirləndirilən şəxs X7 faktiki olaraq öz üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusunda təmiz çəkisi 7,33 qram olan narkotik vasitə qurudulmuş marixuanaya və Şəxs üzərindən aşkar edilmiş 01 ədəd kibrit qoutusunda təmiz çəkisi 1,79 qram olan narkotik vasitə qurudulmuş marixuanaya, yəni ümumi təmiz çəkisi 9,12 qram olan narkotik vasitə qurudulmuş marixuanaya uyğun olaraq ittiham elan edilməsi nəzərə alınmışdır. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarını araşdırıb, iş üzrə mötəbər sübutlarla müəyyən edilmiş işin hallarına hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə düzgün tövsif edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə, işin hallarına və xəta törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiqi nəzərdə tutulmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qurudulmuş marixiananın təmiz çəkisi 5 qram və artıq olduqda cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab edilmişdir. İnzibati xəta törətməsindən səmimi peşmançılığını Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alıram. İş materialları ilə Şəxs İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, inzibati xəta törətməsindən səmimi peşmançılığı kimi məsuliyyətini yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan məbləğdə inzibati cərimə tənbehinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması, qanunçuluq və ədalətlilik prinsiplərinin təmin edilməsi nöqteyinəzərindən ədalətli, qanuni və əsaslı hesab edirəm. Həmçinin belə nəticəyə gəlirəm ki, Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Şəxs 14 sentyabr 2023-cü il tarixdən 16 sentyabr 2023-cü il tarixədək tutulması nəzərə alınmaqla ona təyin ediləcək cərimə tənbehinin həddi təqsirli bilindiyi Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında müəyyən edilmiş inzibati cərimənin yuxarı həddinin dörddə üç hissəsindən çox olmamalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X9 hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 3 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Balakən rayon Vəkil Bürosunun vəkili X13 tərəfindən Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X14 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 18 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, ***-**** və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən onun 14 sentyabr 2023-cü il tarixdən 16 sentyabr 2023-cü il tarixədək 2 (iki) gün tutulması nəzərə alınmaqla Şəxs üzərində qəti olaraq 300 (üç yüz) manat məbləğində inzibati cərimə saxlanılsın. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X9 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X14 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 18 manat köçürülsün. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar