Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-115/2021 21.04.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin sahə rəisi Hüseynov Eldəniz Məhəmməd oğlunun, Zərərçəkmiş şəxs, müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Qüdrət oğlunun iştirakı ilə, xx.xx.1962-ci ildə Balakən rayonunun Qazma kəndində anadan olmuş, ali təhsilli, evli, işlməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Bakı şəhəri, Xətai rayonu General Mehmandarov küçəsi 74, mənzil 115-də qeydiyyatda olan və Balakən rayonu Qazma kəndində yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157-ci maddəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən (bundan sonra Balakən RPŞ) daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Balakən RPŞ-nin sahə rəisi, polis mayoru X2 tərəfindən Şəxs oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə 21 aprel 2021-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Həmin inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs oğlu 10.11.2020-ci il tarixdə, saat 18:00 radələrində yaşadığı Balakən rayonu Qazma kəndində yerləşən fərdi yaşayış evində aralarında baş vermiş mübahisə ilə bağlı qardaşı Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, o, Balakən rayonu Qazma kəndində yerləşən evində X8 və qardaşı Zərərçəkmiş şəxsla birlikdə yaşayır. Təxminən 4 ildir ki, qardaşı Zərərçəkmiş şəxsla aralarında yaşadıqları evin bölgüsü ilə bağlı mübahisələri vardır. Zərərçəkmiş şəxs bu barədə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin qərarına əsasən Zərərçəkmiş şəxs onun yaşadığı evə köçürülmüş, bununla bağlı etirazı olmamışdır. X8 ilə birlikdə yenidən Balakən Rayon Məhkəməsinə müraciət etmişdir, hal-hazırda işlərinə məhkəmədə baxılır. Zərərçəkmiş şəxs evə köçürülməsinə baxmayaraq, onlarla tez-tez mübahisə edir. 10.11.2020-ci il tarixdə, saat 18 radələrində Zərərçəkmiş şəxs evə gəlmiş, bu zaman divanda oturaraq televizora baxmışdır. Sabit də onunla bir yerdə divanda otruraraq, televizora baxmışlar. Bu zaman televizorun pultunu götürərək kanalı dəyişmiş, Zərərçəkmiş şəxs nə üçün kanalı dəyişdiyini bildirərək, onunla mübahisə etməyə başlamışdır. Ona öz iradını bildirdikdə Sabit stolun üzərindəki stəkanı ataraq televizorun ekranını sındırmışdır. Bundan sonra Zərərçəkmiş şəxs “get, yeni televizor al” sözünü demiş, Sabit evdən çıxıb getmişdir. Mübahisə zamanı qardaşı Zərərçəkmiş şəxs sillə və təpiklə vurmamış, onu evdən qovmamış, təhqir etməmişdir. Mübahisə zamanı yanında X8 olmuşdur. Ona məxsus olan televizorun ekranının sınması nəticəsində ona 300-350 manat maddi ziyan dəymişdir. Əvvəllər Zərərçəkmiş şəxsla aralarında mübahisə olsa da, onu döyməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs oğlu izahatında göstərdi ki, 2016-cı ildən sonra böyük qardaşı Şəxsla aralarında yaşadıqları evin bölgüsü ilə bağlı mübahisələri vardır. Bununla bağlı 2018-ci il tarixdə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin qərarına əsasən onun 2020-ci ilin sentyabr ayında mərhum atasının tikdiyi yaşayış evinə köçürülmüşdür, lakin həyat yoldaşı və azyaşlı oğlu ondan ayrı yaşayırlar. Onların da yaşadığı evə köçürülmələri ilə bağlı Balakən Rayon Məhkəməsinə müraciət etmiş, X8 və qardaşı Şəxsla birgə yaşadıqları evdə sonuncularla yola getməmişlər. 10.11.2020-ci il tarixdə, saat 18 radələrində yaşadığı evdəki divanda oturaraq televizora baxdığı zaman qardaşı Şəxs gələrək, ondan icazəsiz kanalı dəyişmişdir. Ona öz narazılığını bildirən zaman Şəxs onu təhqir etmiş və başına 2 dəfə şillə vurmuşdlur. Bu zaman əsəbləşərək, stolun üstündəki stakanı televizorun ekranına vurmuş və ekran zədələnmişdir. Bundan sonra Şəxs onu 3-4 dəfə təpiklə də vurmuş və onu evdən qovmuşdur. Həmin hadisəni X8 görmüşdür. Şəxs tərəfindən sillə və təpiklə döyülməsi nəticəsində hər hansı bir xəsarət almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərmişdir ki, Balakən rayonu Qazma kəndində yerləşən evində oğlanları Şəxs və Zərərçəkmiş şəxsla birlikdə yaşayır. Ailəsində kiçik oğlu Zərərçəkmiş şəxsla yaşadıqları evin bölgüsü ilə bağlı mübahisələri vardır. Hal-hazırda həmin mübahisəli məsələyə məhkəmədə baxılır. Zərərçəkmiş şəxs iməhkəmə qərarı əsasında onlarla birlikdə yaşayır, lakin Sabit evdə teztez Şəxsla mübahisə edir. 10.11.2020-ci il tarixdə, saat 18 radələrində Zərərçəkmiş şəxs evdə televizora baxmış, bu zaman Şəxs otağa daxil olaraq divanda oturmuş və pultu götürərək, kanalı dəyişmişdir. Bununla əlaqədar olaraq Sabit Mehmanla mübahisə etməyə başlamış və bu zaman Sabit stolun üstündəki stəkanı ataraq, televizorun ekranını sındırmışdır. Həmin “LG” markalı televizoru Şəxs 4-5 il əvvəl Bakı şəhərində almışdır. Onları sakitləşdirməyə başlamış, bu zaman Şəxs əsəbləşərək, Sabitə “çıx get” sözünü demiş və Sabit də evdən çıxaraq getmişdir. 10.11.2020-ci il tarixdə, saat 18 radələrində, nə də 10.11.2020-ci il tarixdə başqa vaxt Şəxs Zərərçəkmiş şəxs vurmamış, döyməmiş və ona hər hansı xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs 10.11.2020-ci il tarixdə, saat 18 radələrində Şəxs onu sillə və təpiklə vurması barədə bildirdikləri tamamilə yalandır. 11.11.2020-ci il tarixdə oğlu Zərərçəkmiş şəxs yaşadığı evin həyətində yerləşən talvarın altında oturaraq, əlindəki çəkiclə qoz sındırmış, bu zaman Şəxs evə gəlmiş, Sabitə yaxınlaşaraq, ona nə üzlə evə gəldiyini demişdir. Zərərçəkmiş şəxs cavabında ona yaxşı edib gəldiyini, evin qapısını və şüşələrini sındıracağını bildirmişdir. Bu zaman Mehman Zərərçəkmiş şəxs əlindəki çəkici götürərək, evə daxil olmuşdur. Mübahisə etdikləri zaman onları sakitləşdirmişdir. Bir daha qeyd edir ki, 10.11.2020-ci il tarixdə baş vermiş mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs sillə və təpiklə vurmamış və Sabiti döyməmişdir. Həmçinin 11.11.2020-ci il tarixdə Mehman Zərərçəkmiş şəxs başına çəkiclə vurmamış, onu təhqir etməmiş, evdən qovmamışdır. Şəxs və Zərərçəkmiş şəxs arasında mübahisə baş verən zaman Mehman, Sabit və ondan başqa həmin vaxt orada heç kim olmamışdır. İşdə olan məhkəmə-tibbi ekspertizasının 16.11.2020-cu il tarixli, 331 nömrəli rəyinin nəticə hissəsində qeyd edilmişdir: Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarət-təpə nahiyyəsində qançır- bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 11.11.2020-ci il tarixdə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan Balakən RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X4 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18 fevral 20201-ci il tarixli qərarından görünür ki, həmin qərarın 3-cü səhifəsinin 2-ci abzasında aparılmış araşdırma zamanı toplanmış materialda Zərərçəkmiş şəxs qardaşı Şəxs tərəfindən 10.11.2020-ci il tarixdə yaşadıqları evdə sillə və təpiklə döyülməsi faktının öz təsdiqini tapmadığı müəyyən edilmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və şahidin izahatlarını dinləyib, işdəki sübutları araşdırıb, onlara hüquqi qiymət verərək, hesab edirəm ki, əməlində inzibati xətanın tərkibi olmadığı üçün 21 aprel 2021-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, 21 aprel 2021-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokolda Şəxs 10.11.2020-ci il tarixdə, saat 18:00 radələrində yaşadığı Balakən rayonu Qazma kəndində yerləşən fərdi yaşayış evində aralarında baş vermiş mübahisə ilə bağlı qardaşı Zərərçəkmiş şəxs döyməsi istinad edilməklə, onun barəsində İXM-nin 157-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Lakin işdəki sübutlarla Şəxs 10.11.2020-ci il tarixdə, saat 18:00 radələrində yaşadığı Balakən rayonu Qazma kəndində yerləşən fərdi yaşayış evində aralarında baş vermiş mübahisə ilə bağlı qardaşı Zərərçəkmiş şəxs döyməsi təsdiq olunmur. Belə ki, Zərərçəkmiş şəxs Şəxs 10.11.2020-ci il tarixdə, saat 18:00 radələrində yaşadığı Balakən rayonu Qazma kəndində yerləşən fərdi yaşayış evində ona sillə və təpiklə vurduğunu göstərmişdir. Lakin işdə olan Balakən RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X4 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18 fevral 20201-ci il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, aparılmış araşdırma zamanı toplanmış materialda Zərərçəkmiş şəxs qardaşı Şəxs tərəfindən 10.11.2020-ci il tarixdə yaşadıqları evdə sillə və təpiklə döyülməsi faktı öz təsdiqini tapmamışdır. Həmçinin iş üzrə şahid qismində dindirilmiş X3 izahatında Şəxs 10.11.2020-ci il tarixdə, saat 18 radələrində, nə də başqa vaxt Zərərçəkmiş şəxs sillə və təpiklə vurmadığını, döymədiyini və ona hər hansı xəsarət yetirmədiyini, həmçinin 11.10.2021-ci il tarixdə də döymədiyini, Şəxs və Zərərçəkmiş şəxs arasında mübahisə baş verən zaman Mehman, Sabit və ondan başqa həmin vaxt orada heç kimin olmadığını göstərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs da 10.11.2020-ci il tarixdə, saat 18 radələrində Zərərçəkmiş şəxs sillə və təpiklə döymədiyini, vurmadığını, həmçinin 11.11.2020-ci il tarixdə də Zərərçəkmiş şəxs döymədiyini bildirmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 16.11.2020-cu il tarixli, 331 nömrəli rəyində Zərərçəkmiş şəxs təpə nahiyyəsində qançırın 11.11.2020-ci il tarixdə əmələ gələ bilməsi göstərilmişdir ki, bu da 21 aprel 2021-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokolla Şəxs istinad edilən onun 10.11.2020-ci il tarixdə, saat 18:00 radələrində yaşadığı Balakən rayonu Qazma kəndində yerləşən fərdi yaşayış evində aralarında baş vermiş mübahisə ilə bağlı qardaşı Zərərçəkmiş şəxs döyməsi halını təsdiq etmir. Digər tərəfdən, qeyd edildiyi kimi, Balakən RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X4 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18 fevral 20201-ci il tarixli qərarı ilə aparılmış araşdırma zamanı toplanmış materialda Zərərçəkmiş şəxs qardaşı Şəxs tərəfindən 10.11.2020-ci il tarixdə yaşadıqları evdə sillə və təpiklə döyülməsi faktının öz təsdiqini tapmamasının müəyyən olunması bu halı aradan qaldırır. Həmçinin Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında 10.11.2020-ci il tarixdlə, saat 18 radələrində Şəxs tərəfindən sillə və təpiklə döyülməsi nəticəsində hər hansı bir xəsarət almadığını göstərmişdir. Ona görə də məhkəmə, məhkəmə-tibbi ekspertizasının 16.11.2020-cu il tarixli, 331 nömrəli rəyini 21 aprel 2021-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokolla Şəxs 10.11.2020-ci il tarixdə, saat 18:00 radələrində yaşadığı Balakən rayonu Qazma kəndində yerləşən fərdi yaşayış evində aralarında baş vermiş mübahisə ilə bağlı qardaşı Zərərçəkmiş şəxs döyməsi əsası ilə barəsində icraatı başlanmış İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi üçün mötəbər sübut saymır. Məhkəmə həmçinin Zərərçəkmiş şəxs izahatını da işdəki mötəbər sübutlarla təsdiq olunmadığı üçün 21 aprel 2021-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol əsasında Şəxs istinad olunan onun 10.11.2020-ci il tarixdə, saat 18:00 radələrində yaşadığı Balakən rayonu Qazma kəndində yerləşən fərdi yaşayış evində aralarında baş vermiş mübahisə ilə bağlı qardaşı Zərərçəkmiş şəxs döyməsini təsdiq edən mötəbər sübut kimi qəbul etmir. Ümumiyyətlə işdə Şəxs 10.11.2020-ci il tarixdə, saat 18:00 radələrində yaşadığı Balakən rayonu Qazma kəndində yerləşən fərdi yaşayış evində aralarında baş vermiş mübahisə ilə bağlı qardaşı Zərərçəkmiş şəxs döyməsi və buna əsasən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmasını təsdiq edən hər hansı mötəbər sübut yoxdur və məhkəməyə də belə sübutlar təqdim edilməmişdir. Bununla da Şəxs 10.11.2020-ci il tarixdə, saat 18:00 radələrində yaşadığı Balakən rayonu Qazma kəndində yerləşən fərdi yaşayış evində aralarında baş vermiş mübahisə ilə bağlı qardaşı Zərərçəkmiş şəxs döyməsi və bununla da İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübut olunmamışdır. Halbuki bunu sübut etmə vəzifəsi Şəxs barəsində İXM-nin 157-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlamış vəzifəli şəxsin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, əməlində inzibati xətanın tərkibi olmadığı üçün 21 aprel 2021-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən şəxsin əməlində inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azəbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda, hakim inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 1 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil tərəfindən Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X6 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 6 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikasının İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105.1, 112, 113,114-115-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Əməlində inzibati xətanın tərkibi olmadığı üçün 21 aprel 2021-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil tərəfindən Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X6 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ******************** hesabına 6 manat köçürülsün. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-115/2021
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-115/2021
21.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver