Məhkəmə qərarları › İş №3(019)-115/2023

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-115/2023

27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-115/2023 27.03.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, qərarından şikayət verilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDXnin Şəki şöbəsinin nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin 28 fevral 2023-cü il tarixli,MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyənetdim: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X7 Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin 28 fevral 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından Balakən Rayon Məhkəməsinə şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində Balakən rayonu Hənifə kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Torpaq sahəsinə kənd əhalisinin mal-qarası daxil olaraq əkininə zərər vurur. Buna görə də sahəni kənarını bağlamaq üçün digər sərhəd qonşuları ilə birlikdə xəndək qazdırmışlar. Həmin xəndək onlara məxsus olan torpaq sahəsində qazılmış, yol və digər əraziyə keçməmişdir. Xəndəyin qazılması torpağın təyinatı üzrə istifadəsinə zərər vurmamış, əksinə torpağın daha səmərəli istifadəsinə şərait yaratmışdır.Torpaq sahəsinin kənarına xəndək qazıldığına görə Balakən rayon polis şöbəsinə çağrılmışdır.Orada ondan izahat alınmış,boş kağıza imza çəkdirilmişdir.Daha sonra İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsindən ona məlumat verilərək barəsində İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə MN-1604644 nömrəli protokol tərtib edildiyi bildirilmişdir. Balakən rayon Polis Şöbəsi tərəfindən İXM-nin 244.2-ci maddəsi ilə tərtib olunmuş protokol -Məcəllənin həmin maddəsi torpaqların (meşə fondlu torpaqlarının) münbit qatının korlanmasına görə tətbiq edilir. Lakin hazırkı işin halları tərtib olunmuş protokolun mahiyyətinə ziddir. Xəndəyin qazılması torpağın münbit qatının korlanmasına təsir etməmişdir. Bu barədə ixtisaslandırılmış aqronom, heç bir ekspert rəyi alınmamışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xtidmətinin Şəki Ərazi Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixində onun barəsində MN ******* nömrəli qərar qəbul edilərək 600 manat inzibati cərimə tətbiq edilmişdir. Balakən rayon Polis Şöbəsi protokol tərtib edərkən İnzibati Xətalar Məcəlləsinin maddəsini düzgün tətbiq etməmiş, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin MN1388416 nömrəli qərarı tamamilə əsassız verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X5 şikayətini müdafiə edərək şikayətin məzmununa uyğun izahat verdi.O,əlavə olaraq göstərdi ki, onun Balakən rayonu Hənifə kəndi ərazisində yerləşən Gülzan çölü adlanan ərazidə 1,48 hektar pay torpaq sahəsi vardır. O,qonşuları X3 və X6 ilə birlikdə həmin ərazidə yerləşən, ümumi sahəsi 4.5 hektar torpaq sahəsinin kənarına ekskavator vasitəsi ilə təxminən 90 sm dərinliyində və 90 santimetr enində kanal qazdırmışlar. Bu əməlinə görə Balakən Rayon Polis Şöbəsi tərəfindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə MN-1604644 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir.Həmin protokol əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsi tərəfindən 28 fevral 2023-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş,o, 600 manat cərimə olunmuşdur. Həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Şəki şöbəsinin nümayəndəsi Nümayəndə göstərdi ki, Balakən Rayon Polis Şöbəsi tərəfindən X7 barəsində Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsi ilə MN seriyalı ******* nömrəli 07 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Şöbəsinə göndərilmişdir.Bu barədə X4 məlumat verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Şəki Şöbəsinin 28 fevral 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə təqsirli bilinib 600 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Şəki Şöbəsinin 28 fevral 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır. Həmin qərarın ləğv edilməsi üçün əsas yoxdur. Şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə olan xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X7 2022-ci ilin sentyabr ayında Balakən rayonu Hənifə kəndi ərazisində yerləşən pay torpağının sərhədlərini özbaşına qazaraq torpağın münbit qatını korlamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarda göstərilmişdir ki, X7 19 fevral 2021-ci il tarixdə 2022-ci ilin sentyabr ayında Balakən rayonu Hənifə kəndi ərazisində yerləşən pay torpağının sərhədlərini özbaşına qazaraq torpağın münbit qatını korlamışdır.O,bu əməlinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə 600 (altı yüz) manat cərimə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Balakən rayonu Hənifə kəndi ərazisində yerləşən 1.48 ha kənd təsərrüfatı təyinatlı torpaqlar daşınmaz əmlakın dövlət reyestrində 75 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində X2 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Şəki şöbəsinin nümayəndəsini və barəsində inzibati qərar qəbul edilmiş şəxsi dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək, hesab edirəm ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X5 mülkiyyətində olan,Balakən rayonu Hənifə kəndi ərazisində yerləşən Gülzan çölü adlanan ərazidəki 1,48 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kənarında ekskavator ilə kanal qazdıraraq torpağın münbit qatını korlamışdır. Bu əməlinə görə Balakən Rayon Polis Şöbəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə MN-1604644 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol qərar qəbul edilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin 28 fevral 2023-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə təqsirli bilinib 600 manat cərimə olunmuşdur. X5 həmin qərardan şikayət verərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin 28 fevral 2023-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını,onların sağlamlığını, əhalinin sanitariya–epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsində torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin yuxarıda qeyd edilmiş hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında qərar qanuni və əsaslı olduğundan şikayətin təmin edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Qeyd edilənlərə əsasən şikayət üzrə yekun olaraq bu nəticəyə gəlirəm ki,barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 şikayəti əsassız olduğundan təmin edilməməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin 28 fevral 2023-cü il tarixli,MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130, 134-cü maddələrini rəhbər tutaraq Qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X2 şikayəti əsassız olduğundan təmin edilməsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin 28 fevral 2023-cü il tarixli,MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlansın. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar