Məhkəmə qərarları › İş №3(019)-115/2024

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-115/2024

17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-115/2024 17.05.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, xx.xx.1995-ci ildə Astara rayonu Asxanakəran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, inzibati məsuliyyətə cəlb olunmamış, Astara rayonu Asxanakəran kəndində qeydiyyatda olmaqla yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 272.3-cü maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Balakən rayonu Mahamalar kəndi ərazisində yerləşən təbii göldə tordan istifadə etməklə qadağan olunmuş üsulla balıq tutmuşdur. Bu barədə Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahəsi rəisi X10 tərəfindən xx.xx.2024-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamış, yaxud belə vəsatət rədd edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən hazırki işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki,Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X11, Şəxs xx.xx.2024cü il tarixdə saat 01 radələrində Balakən rayonu Mahamalar kəndi ərazisində yerləşən təbii göldə tordan istifadə etməklə qadağan olunmuş üsulla balıq tutduğunun iş materialları ilə təsdiq olunduğunu və onun barəsində İXM-nin 272.3-cü maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlandığını bildirərək, Şəxs barəsində qanuni qərarın çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Balakən RPŞ-nin PPXB-nin manqa komandiri, polis baş serjantı X8 RPŞ-nin rəisinə ünvanladığı xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Balakən RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Teyyub Nabatovla birlikdə Balakən rayonu Mahamalar kəndi ərazisində xidmətdə olduqları zamanı həmin kəndin ərazisində yerləşən təbii göldə iki nəfər şəxsin tor vasitəsilə balıq ovu etmələrini aşkar etmişlər. Patrul avtomobilinin gəldiyini gördükdə həmin şəxslərdən biri qaçaraq oradan uzaqlaşdı, digər şəxs isə gölün kənarında dayandı. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, bundan sonra ovladığı bir ədəd balığı, eyni zamanda ov aləti olan toru götürərək şəxsi müvafiq araşdırma aparılması üçün Balakən RPŞ-yə dəvət etmişlər. Rayon Polis Şöbəsində aparılan ilkin yoxlama zamanı həmin şəxsin ünvan 2i Şəxs, onunla birlikdə balıq ovlayan şəxsin isə sonuncunun qaynı Balakən rayonu Mahamalar kənd sakini X12 olması məlum oldu. Odur ki, yuxarıda qeyd olunanlar əsasında müvafiq araşdırma aparılması üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilir. İş materiallarında AQTA-nın X1 aparıcı məsləhətçisi X6 RPŞ-nin İTB-nin polis sahə rəisi v.m.i.e., polis kapitanı Sahil Bayramovun və 7 saylı RETSİ-nin ƏMMN və EM sektorunun aparıcı məsləhətçi müfəttişi Kənan Musayevin iştirakı ilə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akitdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Balakən rayonu Mahamalar kəndi ərazisində yerləşən təbii göldə Balakən rayonu Mahamalar kənd sakini X4 bacısının həyat yoldaşı Astara rayon sakini Şəxs ilə birlikdə qadağan olunmuş üsullarla ovladıqları bir ədəd «Enlialın» növlü balıq qidaya yararsız olduğundan məhv edilmişdir. İş materiallarında olan Şəxs Balakən RPŞ-yə yazdığı izahatdan görünür ki, 0, 2013cü ildə Balakəni rayonu Şambul kənd sakini X9 ilə rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahından 2 qız övladları vardır. Bundan başqa o, ailəsini dolandırmaq məqsədilə Balakən rayonu Mahamalar kəndində yerləşən İlqar adlı şəxsin yanında həyat yoldaşı ilə birlikdə iri buynuzlu mal-qaralara baxırlar. Onlar orada 3 aydır ki, çalışırlar və buna görə də onlara 300 manat pul verirlər. xx.xx.2024-cü il tarixdə qaynı X12 ilə birlikdə Balakən rayonu Mahamalar kəndi ərazisində yerləşən təbii gölə getmiş və oradan tor vasitəsilə balıq ovlamaq qərarına gəlmişlər. İkisi birlikdə gölə toru atdıqdan sonra gözləməyə başlamışlar. Saat təxminən 01 radələrində göldən toru dartmağa başlamış və tora düşmüş 1 ədəd təxmini çəkisi 1,5 kiloqramlıq olan balığı çıxarmışlar. Həmin vaxt oraya polis əməkdaşları gəldilər. Bunu görən Rüstəm tez oradan uzaqlaşsa da, o, orada qalmış və bundan sonra onu müvafiq araşdırma aparılması üçün Balakən RPŞ-yə gətirmişlər. Onun balıq ovu etmək üçün xüsusi lisenziyası yoxdur. İş materiallarında olan Balakən RPŞ-nin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Akif Məmmədova ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ünvan 2i xx.xx.1995-ci il təvəllüdlü Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN2037557 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə onlara göndərilmişdir. Qeyd: ovlanmış 1 ədəd «Enlialın» növlü balıq qidaya yararsız olduğundan məhv edilmişdir və ov aləti olan 1 ədəd tor Balakən RPŞ-də saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X5 26 fevral 2024-cü il tarixli qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ünvan 2i xx.xx.1995-ci il təvəllüdlü Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN2037557 nömrəli inzibati xəta haqqında protokol və protokola əlavə olunmuş sənədlər aidiyyəti üzrə baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X5 Balakən RPŞ-yə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 01.00 radələrində Balakən rayon Mahamalar kəndi ərazisində yerləşən təbii göldən Astara rayon Asxanakəran kənd sakini Şəxs qadağan olunmuş üsulla ovladığı 1 (bir) ədəd tolstolob (elmi adı enlialın) adlı balığın ovlanması nəticəsində təbiətə dəymiş ziyan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 06 sentyabr tarixli 146 nömrəli qərarına əsasən 33 (otuz üç) manat təşkil edir. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamalığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsində məsuliyyət nəzərdə tutulmuş və həmin maddənin sanksiyasında inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılması tənbehləri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin həmin Məcəllənin 27.1, 152 və 153-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12 sentyabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan ov qaydalarının kobud şəkildə pozulmasında təqsirli olan şəxsə ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsi həmin Məcəllənin xüsusi hüququn məhdudlaşdırılmasının tətbiqi əsaslarını tənzimləyən 27.1-ci maddəsinin hüquqi mahiyyətinə uyğun olaraq, yalnız həmin şəxsdə belə bir xüsusi hüququn (ov etmək hüququnun) olması halında mümkündür. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir və onun əməli Azərbaycan Respublikası İXM-nin 272.3cü maddəsilə düzgün tövsif edilmişdir. Şəxs barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qanun normasının tələbinə və iş materiallarına əsasən ilk dəfə inzibati xəta törətiməsini Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alıram. İş materialları ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Balakən rayonu Mahamalar kəndi ərazisində yerləşən təbii göldən torla 1 ədəd enlialın balığı tutulmaqla Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə 33 (otuz üç) manat məbləğində maddi ziyan vurulmuş və Şəxs bu halı polis şöbəsində verdiyi izahatında etiraf etmişdir. Ona görə də hazırki işdə vurulmuş ziyanın ödənilməsi məsələsinə də baxılmalı və Şəxs tərəfindən vurulmuş 33 manat məbləğində maddi ziyan ondan tutularaq 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ödənilməlidir. Eyni zamanda iş materiallarından görünür ki, X7 münasibətdə çıxarılan Balakən Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli 3(019)-116/2024 nömrəli qərarına əsasən İXM-nin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində alət olmuş Balakən Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd tor müsadirə edilmişdir. Törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ilk dəfə inzibati xəta törətməsi kimi məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Həmçinin hesab edirəm ki, Şəxs vurulmuş 33 (otuz üç) manat məbləğində maddi ziyan tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilməli, eyni zamanda Balakən Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli 3(019)-116/2024 nömrəli qərarına əsasən inzibati xətanın törədilməsində alət olmuş Balakən Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd torun müsadirə edilməsi nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1000 (min) manat məbləğində cərimə edilsin; Şəxs vurulmuş 33 (otuz üç) manat məbləğində maddi ziyan tutularaq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilsin; Balakən Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli 3(019)-116/2024 nömrəli qərarına əsasən inzibati xətanın törədilməsində alət olmuş Balakən Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd torun müsadirə edilməsi nəzərə alınsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar