Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-116/2021 12.08.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X30 qızının katibliyi, inzibati xətalar haqqında iş üzrə icraat başlamış Balakən rayon prokurorunun nümayəndəsi-Balakən rayon prokurorunun böyük köməkçisi Nümayəndə3 iştirakı ilə Şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1,198.1.6 və 198.1.7-ci maddələri ilə Balakən rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Balakən rayon prokurorunun 21 aprel 2021-ci il tarixli qərarı ilə Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-nin 192.1, 198.1.6 və 198.1.7-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və həmin iş baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Həmin qərarda göstərilir ki, Balakən rayonu Qazma kənd sakini X20 rayon prokurorluğuna ərizə ilə müraciət edərək, 01.08.2020-ci il tarixdə Balakən rayonunda əlillər üçün ev tikən şirkətdə işləyən Daşqın adlı şəxs tərəfindən əmək müqaviləsi bağlamadan evlərdə dam örtüyünün yapılması üçün çağrıldığını, 04.08.2020-ci il tarixdə dam örtüyü quraşdırarkən evin damından yerə yıxılaraq başı orada mişar daşlarına çırpıldığı üçün huşunu itirdiyini və üç gündən sonra özünə gəldikdə özünü Zaqatala Rayon Mərkəzi Xəstəxanasında beyin əməliyyatı olunmuş halda gördüyünü bildirmişdir. Material üzrə aparılan araşdırma zamanı 19.03.2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Material üzrə aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətini təmsil etmək səlahiyyətinə malik olan həmin Cəmiyyətdə briqadir vəzifəsində işləyən X21 tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində Şəxs Qapalı Səhmdar Cəmiyyətinin-hüquqi şəxsin işçisi-ustası, Balakən rayonu Tülü kənd sakini X26 tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə və onun maraqlarının qorunması üçün əmək müqaviləsi (kontraktı) bağlanmadan və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən 25.07.2020-ci il tarixdən 03.08.2020-ci il tarixinədək Balakən rayonu Qazma kənd sakini X4 rayonu Talalar kəndində yerləşən Qarabağ müharibəsi əlili X27 və X7 üçün inşa edilən fərdi yaşayış evlərinin dam örtüyünün quraşdırılması işlərinə cəlb edilmişdir. Bundan başqa 2020-ci ilin iyun ayının ortalarından etibarən Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Balakən rayonu Talalar kəndində yerləşən Qarabağ müharibəsi əlili X27 və X7 üçün inşa edilən fərdi yaşayış evlərinin tikintisi zamanı işçiləriusta X26, fəhlələr X28 və X3 tikinti müddəti ərzində pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri verilməmiş, işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsili, təlimatlandırılması, biliklərinin yoxlanılmasının təşkili və əməyin mühafizəsinin təbliği təmin edilməmişdir. Balakən Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli 3(019)-116/2021 nömrəli qərarı ilə Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməsi, Şəxs Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsininin 198.1.6 və 198.1.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilməsi qərara alınmışdır. Balakən Rayon Məhkəməsininin 21 may 2021-ci il tarixli 3(019)-116/2021 nömrəli qərarından Balakən rayon prokuroru, ədliyyə müşaviri Əhmədov Qoşqar Rizvan oğlu tərəfindən Şəki Apellyasiya Məhkəməsinə protest vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyul 2021-ci il tarixli 3(107)-197/2021 nömrəli qərarı ilə Balakən rayon prokuroru Qoşqar Əhmədov tərəfindən verilmiş protest qismən təmin edilmiş,Balakən Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli , 3(019)-116/2021 nömrəli qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş 02 avqust 2021-ci il tarixdə Balakən Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında Balakən rayon prokurorunun nümayəndəsi-prokurorun böyük köməkçisi Nümayəndə3 oğlu qərarı müdafiə edərək, izahatında göstərdi ki, Balakən rayonu Qazma kənd sakini X20 ərizə ilə rayon prokurorluğuna müraciət edərək, 01.08.2020-ci il tarixdə Balakən rayonunda əlillər üçün ev tikən şirkətdə işləyən Daşqın adlı şəxs tərəfindən əmək müqaviləsi bağlamadan evlərdə dam örtüyünün yapılması üçün çağrıldığını, 04.08.2020-ci il tarixdə dam örtüyü quraşdırarkən evin damından yerə yıxılaraq başı orada olan mişar daşlarına çırpıldığı üçün huşunu itirdiyini və üç gündən sonra özünə gəldikdə özünü Zaqatala Rayon Mərkəzi Xəstəxanasında beyin əməliyyatı olunmuş halda gördüyünü bildirmişdir. Material üzrə araşdırma aparılmış və 19 mart 2021-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Balakən rayon prokurorunun 21 aprel 2021-ci il tarixli qərarı ilə Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-nin 192.1, 198.1.6 və 198.1.7-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və həmin iş baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Araşdırma zamanı Şəxs Qapalı Səhmdar Cəmiyyəti ilə X20 arasında əmək müqaviləsinin bağlanması və X10 həmin cəmiyyətin işçisi olması müəyyən edilməmişdir. X2 cəmiyyətin rəhbər vəzifəli şəxsi olması, bu əsasla və ya etibarnamə ilə və ya digər xüsusi səlahiyyətlərlə Şəxs Qapalı Səhmdar Cəmiyyətinin adından hərəkət etməsi və cəmiyyətin adından X20 ilə əmək müqaviləsi və ya digər müqavilə bağlamaq səlahiyyətinin olması müəyyən edilməmişdir. X6 tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində Şəxs Qapalı Səhmdar Cəmiyyətinin işçisi-ustası X26 tərəfindən cəmiyyətin xeyrinə və onun maraqlarının qorunması üçün əmək müqaviləsi (kontraktı) bağlanmadan 25.07.2020-ci il tarixdən 03.08.2020-ci il tarixinədək Balakən rayonu Qzama kənd sakini X4 rayonu Talalar kəndində yerləşən Qarabağ müharibəsi əlili X27 və X7 üçün inşa edilən fərdi yaşayış evlərinin dam örtüyünün quraşdırılması işlərinə cəlb edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidməti 18 saylı region üzrə X12 04.05.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X26 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 1000 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində qanuni qərarın qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan Balakən rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsini icra edən X13 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19 mart 2021-ci il tarixli qərarından görünür ki, Balakən rayonu Qazma kənd sakini X10 rayon prokurorluğuna ərizə ilə müraciət edərək, 01.08.2020-ci il tarixdə Balakən rayonunda əlillər üçün ev tikən şirkətdə işləyən Daşqın adlı şəxs tərəfindən əmək müqaviləsi bağlamadan evlərdə dam örtüyünün quraşdırılması üçün çağrıldığını və 04.08.2020-ci il tarixdə dam örtüyü quraşdırarkən evin damından yerə yıxılaraq başının orada olan mişar daşlarına çırpıldığı üçün huşunu itirdiyini və üç gündən sonra özünə gəldikdə özünü Zaqatala Rayon Mərkəzi Xəstəxanasında beyin əməliyyatı olunmuş halda gördüyünü bildirməsi məlumatı əsasında araşdırma aparılmış, aparılmış ilkin yoxlama zamanı toplanmış materiallara əsasən X20 və X29 ilə hər hansı işəgötürən, o cümlədən Şəxs Qapalı Səhmdar Cəmiyyəti arasında əmək münasibətlərinin yaranmaması, həmçinin X10 X26 tərəfindən əmək müqaviləsi (kontraktı) bağlanmadan və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Balakən rayonu Talalar kəndində yerləşən Qarabağ müharibəsi əlili X7 üçün inşa edilən fərdi yaşayış evinin tikintisi işlərinə cəlb edilməsi, X1 ağır zərər vurulmasına səbəb olan texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarının pozulmasının deyil, onunla birlikdə işləyən X14 ayağının altındakı taxtanın qırılması nəticəsində yerə onun yıxılmasının qarşısını almaq istəyərkən sonuncunu tutmaq istəyərkən ehtiyatsızlıqdan müvazinətinin itirilməsinin səbəb olması müəyyən edilərək, toplanmış materialda cinayət hadisəsi olmadığından və cinayət işi başlanmasına əsas olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Balakən rayon prokuroru, ədliyyə müşaviri X8 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarından görünür ki, Bakı şəhəri Binəqədi rayonu, Cavadxan küçəsi, ev 3, mənzil 75-də yerləşən (VÖEN **********) "xxxx" Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-nin 192.1, 198.1.6 və 198.1.7-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin Balakən rayon prokurorluğuna ünvanlanmış 20 noyabr 2020-ci il tarixli, **********832700 №-li məktubundan görünür ki, idarədə olan reyestrə əsasən 07.04.2016cı ildə dövlət qeydiyyatına alınmış Şəxs Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN **********) hüquqi ünvanı ünvan 2yasına malik direktoru isə Nümayəndə1dur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətinin Balakən rayon prokuroruna ünvanladığı 02.12.2020-ci il tarixli, **********6 №-li məktubundan görünür ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin ustası X15 izahatında 04.08.2020-ci il tarixdə M.Şindiyevin iş icraçısından xəbərsiz Balakən rayonu Hənifə kənd sakini, Qarabağ müharibəsi əlili Çingiz Süleymanov üçün tikilən evin damına çıxdığını, oradan yıxılaraq xəsarət aldığını, hadisə zamanı özünün orada olmadığını bildirməsi, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin briqadiri X11 izahatında M.Şindiyevi tanımadığını və ona hər hansı işin tapşırılmadığını bildirməsi, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinə ünvanlanan müraciətə cavab olaraq M.Şindiyevin cəmiyyətdə işləmədiyi və heç bir əmək funksiyasını həyata keçirmədiyinin qeyd edilməsi, M.Şindiyev ilə hər hansı işəgötürən arasında əmək münasibətləri yaranmadığından onunla baş verimş hadisənin X25 Xidməti tərəfindən tədqiq edilməməsi göstərilmişdir. İş materiallarında olan Şəxs Qapalı Səhmdar Cəmiyyətinin direktorunun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 rəhbərliyinə ünvanladığı 19 noyabr 2020-ci il tarixli, 19-11/2020 №-li məktubundan görünür ki, X20 şirkətdə işləməyib və heç bir əmək funksiyasını həyata keçirməyib. İş materiallarında olan, sistemə daxil edilmə tarixi 12.06.2020-ci il göstərilən əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti ilə X21 arasında 01.06.2020-ci il tarixdən 31.08.2020-ci il tarixədək müddətli əmək müqaviləsi bağlanmış, X16 məşğulluq təsnifatı üzrə briqadir, evlərin tikintisi üzrə, əmək müqaviləsi üzrə briqadir funksiyası müəyyən edilmişdir. İş materiallarında olan, sistemə daxil edilmə tarixi 11.06.2020-ci il göstərilən əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti ilə X26 arasında 01.06.2020-ci il tarixdən 31.08.2020-ci il tarixədək müddətli əmək müqaviləsi bağlanmış, X19 məşğulluq təsnifatı üzrə usta, tikinti üzrə, əmək müqaviləsi üzrə usta funksiyası müəyyən edilmişdir. İş materiallarında olan, sistemə daxil edilmə tarixi 11.06.2020-ci il göstərilən əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti ilə X22 arasında 01.06.2020-ci il tarixdən 31.08.2020-ci il tarixədək müddətli əmək müqaviləsi bağlanmış, X17 məşğulluq təsnifatı üzrə inşaat fəhləsi, ənənəvi materiallar, əmək müqaviləsi fəhlə funksiyası müəyyən edilmişdir. İş materiallarında olan, sistemə daxil edilmə tarixi 11.06.2020-ci il göstərilən əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti ilə X5 arasında 01.06.2020-ci il tarixdən 31.08.2020-ci il tarixədək müddətli əmək müqaviləsi bağlanmış, X3 məşğulluq təsnifatı üzrə inşaat fəhləsi, ənənəvi materiallar, əmək müqaviləsi fəhlə funksiyası müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Şəxs Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 19 may 2020ci il tarixli «Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə fərdi evlərin tikinti işlərinin dövlət vəsaiti hesabına satılma müqaviləsi»ndən görünür ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün respublikanın 18 şəhər və rayonunda (Ağdam, Naftalan, Göyçay, Zərdab, İmişli, Ağstafa, Lənkəran, Kürdəmir, Xızı, Oğuz, Daşkəsən, Qəbələ, Quba, Fizuli, Şəki, Balakən, Gədəbəy, Lerik) 132 ədəd iki otaqlı və 158 ədəd üç otaqlı fərdi evlərin tikintisi Şəxs Qapalı Səhmdar Cəmiyyətinə havalə edilmiş, həmin tikinti işləri ilə bağlı müvafiq ödənişin həyata keçirilməsi öhdəliyini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidməti 18 saylı region üzrə X12 Balakən rayon prokuroruna ünvanlanmış 06 may 2021-ci il tarixli, **********1 №-li məktubundan görünür ki, Balakən rayon prokurorluğunun 20.04.2021-ci il tarixli inzibati icraata başlanılması ilə bağlı qərarı üzrə inzibati xəta haqqında işə X25 Xidmətinin Qax Regional Ərazi Şöbəsində baxılmışdır. Barəsində inzibati icraat aparılan Balakən rayonu Tülü kənd sakini X26 inzibati xəta haqqında işə baxılması üçün 04.05.2021-ci il tarixdə rəsmi məktubla DƏMXnin Qax Regional Ərazi Şöbəsinə dəvət edilmiş, həmin tarixdə inzibati xəta haqqında işə baxılmış və MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən fiziki şəxs X26 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə 1000 (min) manat inzibati cərimə tənbeh növü seçilmişdir. Balakən rayon prokurorunun nümayəndəsinin izahatını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edib hüquqi qiymət verərək hesab edir ki, hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-nin 192.1,198.1.6 və 198.1.7-ci maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsası ilə xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Balakən rayonu Qazma kənd sakini X20 rayon prokurorluğuna ərizə ilə müraciət edərək, 01.08.2020-ci il tarixdə Balakən rayonunda əlillər üçün ev tikən şirkətdə işləyən Daşqın adlı şəxs tərəfindən əmək müqaviləsi bağlamadan evlərdə dam örtüyünün yapılması üçün çağrıldığını, 04.08.2020-ci il tarixdə dam örtüyü quraşdırarkən evin damından yerə yıxılaraq başı orada mişar daşlarına çırpıldığı üçün huşunu itirdiyini və üç gündən sonra özünə gəldikdə özünü Zaqatala Rayon Mərkəzi Xəstəxanasında beyin əməliyyatı olunmuş halda gördüyünü bildirmişdir.Material üzrə aparılan araşdırma zamanı 19.03.2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Material üzrə aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətini təmsil etmək səlahiyyətinə malik olan həmin Cəmiyyətdə briqadir vəzifəsində işləyən X21 tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində Şəxs Qapalı Səhmdar Cəmiyyətinin-hüquqi şəxsin işçisi-ustası, Balakən rayonu Tülü kənd sakini X26 tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə və onun maraqlarının qorunması üçün əmək müqaviləsi (kontraktı) bağlanmadan və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən 25.07.2020-ci il tarixdən 03.08.2020-ci il tarixinədək Balakən rayonu Qazma kənd sakini X4 rayonu Talalar kəndində yerləşən Qarabağ müharibəsi əlili X27 və X7 üçün inşa edilən fərdi yaşayış evlərinin dam örtüyünün quraşdırılması işlərinə cəlb edilmişdir. Bundan başqa 2020-ci ilin iyun ayının ortalarından etibarən Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Balakən rayonu Talalar kəndində yerləşən Qarabağ müharibəsi əlili X27 və X7 üçün inşa edilən fərdi yaşayış evlərinin tikintisi zamanı işçiləri-usta X26, fəhlələr X28 və X3 tikinti müddəti ərzində pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri verilməmiş, işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsili, təlimatlandırılması, biliklərinin yoxlanılmasının təşkili və əməyin mühafizəsinin təbliği təmin edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci bəndinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46-cı maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-2-ci bəndinə əsasən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 2-ci bəndinə əsasən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 2-2-ci bəndinə əsasən bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 3-cü bəndinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmçinin Azərbaycan Respublikası İXM-nin 198.1.6-cı maddəsində işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməməsinə və həmin Məcəllənin 198.1.7-ci maddəsində işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkilinin və əməyin mühafizəsinin təbliğinin təmin edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. İşin faktiki hallarına müvafiq qanun normalarına uyğun hüquqi qiymət verərək, belə nəticəyə gəlirəm ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 192.1, 198.1.6 və 198.1.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirlidir.Eyni zamanda hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 38 -ci maddəsinə əsasən: 38.1. İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 38.2. Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. 38.3. Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. 38.4. On altı yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın törətdiyi inzibati xəta haqqında iş yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə” ilə müəyyən edilmiş qaydada müvafiq dövlət orqanına qaytarıldıqda, inzibati tənbeh həmin iş qaytarıldığı gündən ən geci üç ay keçənədək verilə bilər. 38.5. İnzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. İş materiallarından görünür ki,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 192.1, 198.1.6 və 198.1.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları 04 avqust 2020-ci il tarixə kimi törətmiş, həmin vaxtdan bir ildən artıq müddət keçmişdir. Həmçinin bu iş üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar 19.03.2021-ci il tarixdə qəbul edilmiş, həmin gündən də üç aydan artıq müddət keçmişdir. Göründüyü kimi hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində qanunda nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.6-ci maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, hesab edirəm ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən hüquqi şəxs Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1, 198.1.6 və 198.1.7-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsası ilə xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 31, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1, 198.1.6 və 198.1.7-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsası ilə xitam verilsin. Hüquqi şəxs Şəxs QSC inzibati məsuliyyətdən azad edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş Balakən Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-116/2021
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-116/2021
12.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver