Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 3(019)-12/2021 19.02.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi ilə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi tərəfindən barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərarından inzibati məsuliyyətə cəlb olunmuş X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: X3 Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi tərəfindən barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərarından Balakən Rayon Məhkəməsinə şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs X3 məhkəməyə teleqram göndərərək işlədiyi “xxxx” MMC tərəfindən cəriməsi ödənildiyini, göstərilən səbəbdən şikayətə baxılması zəruri olmadığını göstərərək şikayətini və əlavə olunmuş sənədləri baxmadan geri qaytarılmasını xahiş etmişdir. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, X1 şikayəti və ona əlavə edilmiş sənədlər X2 qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-cu maddələrini rəhbər tutaraq Qərara aldım: X1 Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər X2 qaytarılsın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim H.Q.Səlimov
Məhkəmə qərarları › İş №3(019)-12/2021
Balakən Rayon Məhkəməsi Qərardad — İş №3(019)-12/2021
19.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver