Məhkəmə qərarları › İş №3(019)-12/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-12/2025

06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-12/2025 06.01.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Gürcüstanda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN nömrəsi xxxxxxx olan, evli, orta təhsilli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmuş, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:50 radələrində Balakən şəhəri H.Əliyev prospekti ərazisində-sərxoş vəziyyətdə ictimai yerdə ucadan ünvansız nalayiq sözlər işlədərək ictimai qaydanı pozmuş, həmin vaxt onu intizama dəvət edən polis əməkdaşları X1 və X2 qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs sözügedən inzibati xətaları törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. İnzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis X3 sahə rəisi Nümayəndə məhkəmə iclasında göstərdi ki, Balakən Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Süleyman Əliyevin raportu əsasında Balakən şəhər sakini Şəxs ictimai qaydanı pozması və onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması ilə bağlı törətdiyi inzibati xətalar haqqında araşdırmanın aparılması ona həvalə edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.1989-cu il təvəllüdlü Balakən şəhər sakini Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tərkibi vardır. Odur ki, onun barəsində həmin maddələr ilə inzibati xəta haqqında protokollar tərtib olunaraq baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək göstərdi ki, 04 yanvar 2025-ci il tarixdə günorta yemək yeyərkən dörd stəkan spirtli içki içmiş,tam sərxoş olmuşdur. Saat təxminən 16:50 radələrində Balakən şəhəri Heydər Əliyev prospektində sərxoş vəziyyətdə hərəkətlərini idarə edə bilməmiş, ictimai qaydanı pozaraq ucadan nalayiq ifadələr işlətmişdir. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq onu nizam-intizama dəvət etmişlər. Lakin o, öz hərəkətlərini davam etdirərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır.Etdiyi əməldən peşmandır.Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. İşdə olan, Balakən Rayon Polis Şöbəsinin PPXB polis nəfəri X1 ifadəsində göstərilmişdir ki, 04 yanvar 2025-ci il tarixdə təxminən saat 16:50 radələrində rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı X5 şəhəri, H.Əliyev prospektində xidmətdə olmuşlar. Həmin vaxt bir nəfər şəxsin H.Əliyev adına prospektində uca səslə ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozduğunu görmüşlər. Onlar həmin şəxsə yaxınlaşaraq onu nizam-intizama dəvət etmişlər. Lakin həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmamış, öz qanunsuz hərəkətlərini davam etdirərək ünvansız söyüşlər söyməyə davam etmişdir. Sonra həmin şəxs qaçaraq oradan uzaqlaşmaq istəmiş, lakin o ayağı burxularaq yerə yıxılmışdır. Onlar həmin şəxsi yerdən qaldıraraq nizam-intizama dəvət etmiş və özləri ilə birlikdə rayon Polis Şöbəsinə gətirmişlər. Polis Şöbəsində həmin şəxsin Balakən şəhər sakini-Şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra bu barədə tədbir görülməsi üçün RPŞ-nin rəhbərliyinə raport ilə məruzə etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 04 yanvar 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 04 yanvar 2025-ci il tarixdə saat 17:30-da inzibati qaydada tutulmuş,06 yanvar 2025-ci il tarixdə saat 14:00-da azad edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 05 yanvar 2025-ci il tarixli 1133 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs 04 yanvar 2025-ci il tarixdə saat 17:13-də sərxoş olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 06 yanvar 2025-ci il tarixli arayışdan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan Şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə və xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı,mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan,qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə isə həmin Məcəllənin 535.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməlləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hallar yoxdur, inzibatı xətanı sərxoş vəziyyətdə törətməsi və İXM-nin 510cu maddəsində nəzərdə tutulan inzibati xətanı il ərzində təkrar törətməsi onun məsuliyyətini ağırlaşdıran hallardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında 15 günədək inzibati həbs, 535.1-ci maddəsinin sanksiyasında isə bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında bir ayadək müddətə inzibati həbs tənbehi nəzərdə tutulduğundan o daha ciddi xəta hesab edilir, ona görə də Şəxs həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmamasını, məsuliyyəti ağırlaşdıran halları, törədilmiş xətaların xarakterini, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati həbs tənbehi tətbiq edilməlidir. İş materiallarından göründüyü kimi , barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 04 yanvar 2025-ci il tarixdə saat 17:30-da inzibati qaydada tutulmuş və 06 yanvar 2025-ci il tarixə saat 14:00-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Odur ki, hesab edirəm Şəxs tutulub saxlandığı 02 (iki) gün müddət ona təyin ediləcək inzibati həbs müddətinə daxil edilməklə həmin müddətdən çıxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 09 (doqquz ) gün müddətə inzibati həbs edilsin. Onun 04 yanvar 2025-ci il tarixdə saat 17:30-dan 06 yanvar 2025-ci il tarixə saat 14:00-a kimi inzibati qaydada tutulduğu 02 (iki) gün müddət təyin edilmiş inzibati həbs müddətindən çıxılsın və üzərində 07 (yeddi) gün müddətə inzibati həbs tənbehi saxlansın. İnzibati həbs müddətinin əvvəli 06 yanvar 2025-ci il tarixdən saat 14:55-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan surəti rəsmi qaydada alındığı vaxtdan 10 (on) gün müddətində işə baxmış hakim vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar