Məhkəmə qərarları › İş №3(019)-121/2024

Balakən Rayon Məhkəməsi Qərardad — İş №3(019)-121/2024

07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 3(019)-121/2024 07.03.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, X2 tərəfindən verilmiş şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: X2 şikayətlə məhkəməyə müraciət edərək, şikayətin giriş hissəsində inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli İXP-5883963 nömrəli protokol üzrə qəbul edilmiş qərardan şikayət etdiyini göstərməklə, Balakən rayon X3 Yol Patrul Xidmətinin xx.xx.2023-cü il tarixli, İXP - ******* nömrəli protokol əsasında qəbul edilmiş TP6265090 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ona xx.xx.2024- cü il tarixdə təqdim olunduğunu, inzibati qərardan məlumatının olmadığını, onun həmin inzibati qərarla tanış olmadığını və müdafiə hüququnun pozulduğunu nəzərə alaraq Balakən rayon X3 Yol Patrul Xidmətinin xx.xx.2023-cü il tarixli, İXP - ******* nömrəli protokol əsasında qəbul edilmiş, TP6265090 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından şikayət müddətinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş şikayəti, ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq hesab edirəm ki, X2 tərəfindən verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Adı çəkilən hüquq normalarından göründüyü kimi protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qərardaddan şikayət verilməsi isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Göstərilən qanun normalarının analogiya üzrə tətbiq edilməklə müəyyən olunur ki, qanunvericilikdə inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi göstərilmişdir. X2 şikayətlə məhkəməyə müraciət edərək, Balakən rayon X3 Yol Patrul Xidmətinin xx.xx.2023-cü il tarixli, İXP - ******* nömrəli protokol əsasmda qəbul edilmiş TP6265090 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ona xx.xx.2024- cü il tarixdə təqdim olunduğunu, inzibati qərardan məlumatının olmadığını, onun həmin inzibati qərarla tanış olmadığını və müdafiə hüququnun pozulduğunu nəzərə alaraq Balakən rayon X3 Yol Patrul Xidmətinin xx.xx.2023-cü il tarixli, İXP - ******* nömrəli protokol əsasında qəbul edilmiş, TP6265090 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından şikayət müddətinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətin giriş hissəsində inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli İXP-5883963 nömrəli protokol üzrə qəbul edilmiş qərardan şikayət etdiyini göstərsə də, şikayətin xahiş etdi hissəsində xx.xx.2023-cü il tarixli İXP-5883963 nömrəli protokol əsasında qəbul edilmiş TP6265090 nömrəli xx.xx.2024-cü il tarixli qərardan şikayət müddətinin bərpa edilməsini xahiş edir. Yəni şikayətin predmeti qeyri-müəyyəndir. Belə ki, Azərbaycan Respublikası İXM-də inzibati xəta haqqında qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Qanunda inzibati xəta haqqında protokoldan şikayət nəzərdə tutulmamışdır. Həmçinin inzibati xəta haqqında qanunvericilikdə (İXM-nin 130.2-ci maddəsi) inzibati xəta haqqında qərardan şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası üçün şikayətlə deyil, vəsatətlə məhkəməyə müraciət olunmalıdır ki, X2 da buraxılmış prosessual müddətin bərpa olunması üçün vəsatətlə məhkəməyə müraciət etməmişdir. Bundan başqa şikayət verən şəxs tərəfindən Balakən rayon X3 Yol Patrul Xidmətinin xx.xx.2023-cü il tarixli, İXP - ******* nömrəli protokol əsasında qəbul edilmiş, TP6265090 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı və həmin qərarın ona xx.xx.2024- cü il tarixdə təqdim olunmasını təsdiq edən sübut şikayətə əlavə olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair 3 may 2019-cu il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, X2 tərəfindən verilmiş şikayəti geri qaytarılmalı və X1 qeyd etdiyi TP6265090 nömrəli xx.xx.2024-cü il tarixli qərardan şikayətin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpa edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmək hüququ, həmçinin TP6265090 nömrəli xx.xx.2024cü il tarixli qərarın buraxılmış prosessual müddətinin bərpa edilməsi barədə vəsatətlə əlavə edilməli olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6 və 128-130-cu maddələrini rəhbər tutub q ə r a r a a l d ı m: X2 tərəfindən verilmiş şikayəti geri qaytarılsın. X1 qeyd etdiyi TP6265090 nömrəli xx.xx.2024-cü il tarixli qərardan şikayətin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpa edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmək hüququ, həmçinin TP6265090 nömrəli xx.xx.2024-cü il tarixli qərarın buraxılmış prosessual müddətinin bərpa edilməsi barədə vəsatətlə əlavə edilməli olması izah edilsin. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar