Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-124/2025 01.04.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X5 və Balakən Rayon Polis Şöbəsinin DYPB-nin inspektoru , polis baş serjantı X6 iştirakları ilə, Balakən Rayon Polis Şöbəsinin DYPB-nin xx.xx.2025-ci il tarixli TP7111767 nömrəli “İnzibati tənbehvermə haqqında” qərarından X10 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyənetdim: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X4 rayon Polis Şöbəsinin DYPB-nin xx.xx.2025-ci il tarixli, TP7111767 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından Balakən Rayon Məhkəməsinə şikayət verərək Balakən rayon Polis Şöbəsinin DYPB-nin “inzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, TP7111767 nömrəli elektron qərarın ləğv edilərək, barəsində olan inzibati xətaya dair iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X10 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə ona məxsus “Opel Vectra” markalı 99BT569 dövlət qeydiyyat nişanlı avtomobillə Balakən şəhəri, H.Əliyev prospektində hərəkətdə olduğu zaman Balakən RPŞ-nin X20 Bölməsinin əməkdaşları tərəfindən heç bir səbəb olmadan dayandırılmışdır. Avtomobili saxladıqda polis əməkdaşları ondan spirtli içki qəbul edib-etmədiyini soruşmuşlar . O, son 3-4 gün ərzində spirtli içki qəbul etmədiyini bildirmişdir.Onlar onu xidməti avtomobilə əyləşdirib alkotestr vasitəsi ilə müayinədən keçməyi tələb etmişlər. Müayinə nəticəsinin 03 promil olduğunu bildirmişlər.O,ixtisasca hüquqşünasdır və sərxoşluq hallarının müəyyən edilməsi ilə bağlı qanunvericiliklə tanışdır. Spirtli içki qəbul etmədiyi halda yuxarıda qeyd edilən göstəricinin ona təqdim edilməsinə təəccüblənmişdir.Ona görə də qanda spirtin müəyyən olunması üçün həkim müayinəsi tələb etmişdir. Balakən MRX-nə getdikdə ona təqdim edilən tanımadığı həkimdən qan müayinəsini tələb etsə də həkim onu yenidən alkotestr müayinəsindən keçirmiş, müayinənin nəticəsi barədə akt tərtib etmədən və ona vermədən şifahi şəkildə sərxoş olduğunu bildirmişlər. Lakin onu tələb etdiyi qanda spirtin müəyyən olunması üçün müayinədən keçirməmişlər. Hadisə xx.xx.2025-ci il tarixdə baş verməsinə baxmayaraq xx.xx.2025-ci il tarixdə Balakən RPŞ-nə gedib tələb etdikdə barəsində əsassız və qanunsuz protokol tərtib edilmiş, lakin protokolun və digər sənədlərin surətini ona verməmişlər. Daha sonra yazılı şikayət etdikdən sonra xx.xx.2025-ci il tarixdə qeyd edilən sənədlərin surətlərini almış, lakin orada inzibati protokolun ona tərtib edilən yox,xx.xx.2025-ci il tarixdə tərtib edilmiş İXP ******* nömrəli inzibati protokol olduğu ona məlum olmuşdur. Barəsində çıxarılmış xx.xx.2025-ci il tarixli,TP7111767 nömrəli elektron qərar əsasında Azərbaycan Respublikası İXM-nin 329.3, 333.1-ci maddələrinə əsasən 400 manat məbləğində inzibati cərtimə növündə pul tənbehi tətbiq edilmişdir. Əslində isə ona ilkin olaraq yazılan protokola o, etiraz etmiş, inzibati protokolda müvafiq qeydiyyat aparmış və imza etməkdən imtina etmişdir. Həmin protokol dəyişdirilmiş,saxtalaşdırılmışdır. Hal-hazırda ona təqdim olunan İXP6921373 nömrəli inzibati protokol onun iştirakı ilə tərtib edilən inzibati protokol deyildir. İnzibati xəta haqqında icraat materialları aidiyyətı üzrə Balakən Rayon Məhkəməsinə göndərmək əvəzinə polis qanunsuz olaraq ona inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul etmişdir.Sonradan ona polis tərəfindən göndərilmiş sənədlərin içərisində olan sərxoş vəziyyətinin tibbi müayinəsi aktının 8-ci bəndində “deməsinə görə dünən alkoqol qəbul edib” ifadəsi də tamamilə yalandır. Azərbaycan Respublikası İXM-ninin 329.3, 333.1-ci maddələrinə əsasən 400 manat məbləğində inzibati cərimə növündə pul tənbehi tətbiq edilməsi barədə TP7111767 nömrəli elektron qərar xx.xx.2025-ci il tarixdə çıxarılsa da qeyd edilən maddənin tətbiqi üçün bilvasitə əsas olan sərxoşluq vəziyyətininin tibbi müayinəsi aktı xx.xx.2025-ci il tarixə aiddir. Göründüyü kimi barəsində çıxarılmış olan aşağıdakı əsaslara görə qərar tamamilə, qanunsuz, əsassızdır və ləğv edilməlidir. Belə ki,1). polis əməkdaşları tərəfindən saxlanılarkən sərxoş olmamışdır.O,alkotestr müayinəsi ilə razılaşmayaraq qan analizi tələb etdiyi halda həkim onu yenidən eyni müayinədən keçirmişdir.2.Müayinənin nəticəsi həkim tərəfindən ona təqdim edilməmişdir.3.Azərbaycan Respublikası İXM-nin 329.3, 333.1-ci maddələrinə əsasən 400 manat məbləğində inzibati cərimə növündə pul tənbehi tətbiq edilməsi barədə TP7111767 nömrəli elektron qərar xx.xx.2025-ci il tarixdə çıxarılsa da qeyd edilən maddənin tətbiqi üçün bilavasitə əsas olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı xx.xx.2025-ci il tarixə-yəni qərarın qəbulundan 3 gün sonraya aiddir.4.Barəsində tərtib edilmiş inzibati protokol qanunla müəyyən olunmuş müddəti ötürməklə tərtib edilib və elektron kabinetdə gec yerləşdirilmişdir . 5.Barəsində iştirakı ilə tərtib edilən və etirazı əks olunmuş inzibati protokol onun xəbəri olmadan yeni inzibati protokola əvəz edilmişdir.Qanunvericilikdə müəyyən olunmuş aidiyyət qaydası pozulmuşdur. Yəni o, inzibati protokolla razılaşmadığına görə toplanmış inzibati xəta haqqında icraat materialları məhkəməyə göndərilməli olduğu halda göndərilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X10 məhkəmə iclasında şikayəti müdafiə edərək və şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Balakən rayon X18 patrul xidməti inspektoru , polis baş serjantı X11 məhkəmə iclasında göstərdi ki, Balakən rayon Polis Şöbəsinin DYPB-nin Yol patrul xidməti inspektoru vəzifəsində xidmət edir, polis baş serjantıdır. 18 fevral 2025-ci il tarixdə xidmətdə olduğu zaman “Opel Vectra” markalı 99BT569 dövlət qeydiyyat nişanlı avtomobillin Balakən şəhəri Heydər Əliyev prospektində yolun işıqlandırılmasına, zərurət olmamasına baxmayaraq uzaqvuran işıqdan istifadə edilməklə hərəkət etdiyini görmüşdür. Bu səbəbdən o, həmin avtomaşını saxlatmışdır. Sürücü ilə ünsiyyət zamanı onun nəfəsindən spirt qoxusu gəldiyindən onu sərxoşluğunun müayinə olunması üçün xidməti avtomobilinə dəvət etmiş, sürücü X10 etiraz etdiyindən onu həkim müayinəsi üçün Balakən Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Orada həkim tərəfindən X1 müayinə olunmuş və 0,348 promill sərxoş olduğu aşkar olunmuşdur. Müayinənin nəticəsi həm Elşən Mahmudova, həm də ona bildirilmişdir. Həmin vaxt Elşən Mahmudov “dünən” spirtli içki qəbul etdiyini bildirmişdir. 24 saat ərzində protokol tərtib edilmiş və protokolun surəti də Elşən Mahmudova verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X14 göstərdi ki, Balakən Rayon Mərkəzi X3 müdiri işləyir , eyni zamanda Narkoloji kabinetin müdiridir. 18 fevral 2025-ci il tarixdə saat 22 radələrində Balakən rayon Polis Şöbəsinin DYPB-nin inspektoru X13 şəhər sakini X2 müayinəsindən keçməsi üçün narkoloji kabinetə gətirmişdir. O, Elşən Mahmudovu alkotester vasitəsi ilə sərxoşluq müayinəsindən keçirtmiş və onun 0,348 promill sərxoş olduğu müəyyən olunmuşdur. Həmin vaxt Elşən Mahmudov əvvəlki gün spirtli içki qəbul etdiyini bildirmişdir. Həmin vaxt alkotesterin nəticəsi çap olunaraq həm Balakən rayon Polis Şöbəsinin DYPB-nin inspektoru Murad Məmmədzadəyə, həm də müayinə olunan X9 təqdim edilmişdir. Həmin ərəfədə işi ilə bağlı akt tərtib edilməmiş, 07 mart 2025-ci il tarixdə inspektor Murad Məmmədzadənin müraciəti əsasında Sərxoşluq vəziyyətinin tibbi müayinə aktı tərtib olunaraq ona verilmişdir. İşdə olan 07 mart 2025-ci il tarixli 12380 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, X7 xx.xx.2025-ci il tarixdə saat 22:16 radələrində 0,348%promill alkoqol sərxoşluğu olmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli İXP-6921373 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokol X10 xx.xx.2025-ci il tarixdə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyi üçün onun barəsində Azərbaycan Respublikası İXM-nin 329.3, 333.1-ci maddələri ilə tərtib edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə Aktdan görünür ki, Opel-Vectra minik markalı, 99BT569 nömrəli avtomobil duracağa yerləşdirilmiş, xx.xx.2025-ci il tarixdə nəqliyyat vasitəsinin saxlanma səbəbi aradan qaldırıldığından nəqliyyat vasitəsi duracaqdan buraxılmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli TP-7111767 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 333.1-ci maddələrinin tələblərini pozduğuna görə həmin maddələrlə təqsirli bilinib 400 (dörd yüz) manat cərimə edilmişdir. Şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edirəm ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2025-ci il tarixdə saat 22 radələrində barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X10 “Opel-Vectra” minik markalı, 99BT569 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Balakən şəhəri ərazisində idarə edərkən, həmin ərazinin yolun kənarında quraşdırılmış avadanlıqlarla işıqlandırıldığı, baxmayaraq zərurət olmadığı halda uzaqvuran işıqdan istifadə etdiyi üçün Balakən rayon Polis Şöbəsinin DYPB-nin inspektoru, polis baş serjantı X11 tərəfindən saxlanmış və ünsiyyət zamanı onun nəfəsindən spirt qoxusu gəldiyindən sərxoşluq vəziyyətinin müayinəsi üçün o, Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. X15 sərxoşluq vəziyyəti həkim tərəfindən alkotestr vasitəsi ilə yoxlanmış, X7 0,348 promil alkoqol sərxoşluğu müəyyən edilmişdir. X10 “Opel-Vectra” minik markalı, 99BT569 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyindən o, maşının idarə edilməsindən kənarlaşdırılmış və “Opel-Vectra” minik markalı, 99BT569 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mühafizə olunan dayanacağa yerləşdirilmişdir. Balakən rayon Polis Şöbəsinin DYPB-nin polis baş serjantı X11 tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 333.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli İXP-6921373 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Balakən rayon Polis Şöbəsi tərəfindən həmin inzibati xəta haqqında protokol əsasında Elşən Mahmudov xx.xx.2025-ci il tarixdə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə 400 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını,onların sağlamlığını, əhalinin sanitariya–epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin maddənin sanksiyasında dörd yüz manat məbləğində cərimə və nəqliyyat vasitəsini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması tənbehləri nəzərdə tutulmuşdur. X5 xx.xx.2025-ci il tarixdə saat 22 radələrində Opel-Vectra minik markalı, 99BT569 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Balakən şəhəri ərazisində 0,348% alkoqol sərxoşluğu ilə idarə etməsi iş materialları ilə təsdiq olunduğundan hesab edirəm ki, onun əməli İXM-in 329.3, 333.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh düzgün tətbiq olunmuşdur. Heç bir əsas olmadan Balakən rayon Polis Şöbəsinin DYPB-nin inspektoru, polis baş serjantı X11 tərəfindən saxlanması barədə şikayətin dəlili ilə bağlı qeyd edilməlidir ki, məhkəmə iclasında müəyyən edildi ki, X10 xx.xx.2025-ci il tarixdə özünə məxsus “Opel Vectra” markalı 99BT569 dövlət qeydiyyat nişanlı avtomobillə işıqlandırımış yolda zərurət olmadığı halda “uzaqvuran” işıqdan istifadə etdiyi vizual şəkildə aşkar olunduğundan Balakən RPŞ-nin X20 Bölməsinin əməkdaşı tərəfindən dayandırılmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 85-ci maddəsinə görə yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ya avtomobil yollarından istifadə qaydalarının pozulduğu vizual şəkildə aşkar etdikdə nəqliyyat vasitəsini saxlaya bilər. Onun spirtli içki qəbul etməməsi, sərxoşluq dərəcəsinin düzgün müəyyən edilməməsi barədə şikayətin dəlili ilə bağlı bildirirəm ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2-ci maddəsinə əsasən: 2.1. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir: 2.1.1. nəfəsindən alkoqollu içki qoxusu gəldikdə; 2.1.2. ayaq üstə sərbəst dayana bilmədikdə; 2.1.3. özünü idarə edə bilmədikdə. 2.2. Nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. 2.3. Alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. 2.4. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. İş materiallarından göründüyü kimi X5 nəfəsindən alkoqollu içki qoxusu gəldiyinə görə onun sərxoşluq vəziyyəti polis əməkdaşı X6 iştirakı ilə həkim tərəfindən müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitədən – alkotestrdən istifadə olunmaqla yoxlanmış, onun nəqliyyat vasitəsini 0,348% alkoqol sərxorşluğu ilə idarə etdiyi müəyyən edilmişdir. Onun alkotestr ilə müayinə edilməyə etiraz etməsi, qan analizindən keçirilməyini tələb etməsi barədə göstərdikləri iş materialları ilə təsdiq olunmur. Avtomobilinin dayanacaqda yerləşdirilməsi, qanunla qorunan hüquqlarının YPX-nin rəisi və əməkdaşları tərəfindən pozulması barədə şikayətin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, İnzibati Xətalar Məcəlləsinin 96.1 və 96.1.4-cü maddələrinə əsasən fiziki şəxslər dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır. Həmin Məcəllənin 97.1 və 97.2-ci maddələrinə əsasən bu Məcəllənin 346.1 və 346.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədildiyi halda (əgər sürücü həmin nəqliyyat vasitəsinin yanında deyildirsə), həmçinin bu Məcəllənin 96.1-ci maddəsində göstərilən hallarda nəqliyyat vasitəsi müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın mühafizə olunan duracağında saxlanılır. Nəqliyyat vasitəsinin saxlanılması səbəbinin aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya xətaya görə inzibati tənbeh verildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Protokol üzrə inzibati xəta haqqında məsələyə baxmağın qanunla məhkəmənin səlahiyyətinə aid olduğu halda Balakən rayon Polis Şöbəsinin DYPB tərəfindən baxılması barədə şikayətin dəlili ilə bağlı izah olunur ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanının 5.1-ci maddəsinə əsasən 329.3, 333.1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə Azərbaycan Respublikasının daxili İşlər Nazirliyi baxır. Qəbul edilən qərarın ona təqdim olunmaması,başqa qərarın verilməsi, hüquqlarının izah edilməməsi barədə şikayətin dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, iş materiallarından göründüyü kimi X4 rayon YPX-nin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarını almış və ondan şikayət vermişdir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, şikayətin dəlilləri əsassızdır, Balakən rayon Polis Şöbəsinin DYPB-nin xx.xx.2025-ci il tarixli İXP6921373 nömrəli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP-7111767 nömrəli qərarının ləğv edilməsi və ya dəyidirilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-in 134-cü maddəsinə əsasən: 134.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X5 şikayəti əsassız olduğundan təmin edilməməli, Balakən rayon Polis Şöbəsinin DYPB-nin xx.xx.2025-ci il tarixli TP-7111767 nömrəli qərarı dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130, 134-cü maddələrini rəhbər tutaraq Qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X5 şikayəti təmin edilməsin, Balakən rayon Polis Şöbəsinin DYPB-nin xx.xx.2025-ci il tarixli TP-7111767 nömrəli qərarı dəyişdirilmədən saxlansın. Qərardan rəsmi qaydada verildiyi gündən 10(on) gün müddətində işə baxmış hakim vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-124/2025
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-124/2025
01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver