Məhkəmə qərarları › İş №3(019)-125/2025

Balakən Rayon Məhkəməsi Qərardad — İş №3(019)-125/2025

19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 3(019)-125/2025 19.03.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızı, Balakən Rayon Polis Şöbəsinin X2 sahə rəisi X7 tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə baxmağa hazırlıq zamanı, M Ü Ə Y Y Ə N E T D İ: X1 RPŞ-nin X2 sahə rəisi X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və barəsində başlanılmış inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə şikayətə baxmağa hazırlıq zamanı iş materiallarını araşdırıb hesab edir ki, X6 inzibati tənbeh vermə haqqında qərardan qanunvericilikdə nəzərdə tutulmuş şikayət vermə müddətini buraxdığından və müddətin bərpası üçün vəsatət vermədiyindən şikayətin icraata qəbuldan imtina olunmalı və geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. İş materiallarından görünür ki, inzibati tənbeh vermə haqqında qərar 24 fevral 2025-ci il tarixdə qəbul edilmiş, X6 tərəfindən verilmiş şikayət ərizəsi isə 10 gündən artıq müddət keçdikdən sonra, yəni 18 mart 2025-ci il tarixdə Balakən Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Balakən RPŞ-nin X2 sahə rəisi X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EPQ ******* nömrəli qərarından X6 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126, 130, 132-ci maddələrini rəhbər tutub QƏRARAALDİ: Balakən RPŞ-nin X2 sahə rəisi X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayət geri qaytarılsın. X4 qərardadda göstərilən nöqsanlar aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququ izah olunsun. Hakim Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar