Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 3(019)-129/2022 08.04.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1 və 253-1.1.3-cü maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev tərəfindən Balakən rayon İcra Hakimiyyəti başçısının Balakən şəhəri üzrə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyən Şəxs (FİN-xxxxxxx) “Yaşıllıqların mühafizəsi haqqında” 02 may 2014-cü il tarixli 957-İVQ nömrəli Azərbaycan Respublikası Qanununun 12.2 və 12.3-cü maddələrinin, həmçinin “Yaşıllıqların mühafizəsi haqqında Qanunun tətbiq edilməsi” barədə Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2014-cü il tarixli Fərmanının 3.1-1, 3.3 və 3.4-cü bəndlərinin, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2018-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”-nın 1.4, 2.4, 2.5 və 3.7-ci bəndlərinin tələblərinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının və bələdiyyələrin mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlar istisna olmaqla, Balakən rayon İcra Hakimiyyətin başçısının Balakən şəhəri üzrə icra nümayəndəliyi tərəfindən digər torpaq sahələrində olan yaşıllıqların uçotu müvafiq qaydada aparılaraq məlumatlar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilməli olduğu halda, qeyd olunan qanunvericilik aktlarının tələblərinə riayət etməyərək, icra nümayəndəliyinin balansında olan Balakən şəhəri, Heydər Əliyev prospekti, “Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkı”-nda mövcud olmuş yaşıllıqların 2021-ci il ərzində uçotu və monitorinqinin aparılmasını təşkil etməmiş və müvafiq metodika əsasında hazırlanmalı olan məlumatların uçotunu aparmaması, uçota alınan yaşıllıqlar barədə məlumatları hər il yanvarın 1-nə ümumiləşdirməklə tərtib olunmuş hesabatları fevralın 20-dək təsdiq edilmiş kağız və elektron daşıyıcılarda (gücləndirilmiş elektron imza ilə), yaşıllıqların monitorinqinin nəticələri çərçivəsində yaşıllıqlarda baş verən dəyişikliklər barədə məlumatları isə hər il yanvarın 1-nə ümumiləşdirməklə uçot hesabatları ilə birlikdə yaşıllıqların kadastrını aparan orqana - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim etməməsi, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1 və 253-1.1.3-cü maddələri ilə nəzərdə tutulmuş yaşıllıqların uçotunun və monitorinqinin aparılması qaydasının pozulması, yəni mövcud yaşıllıqların uçota alınmaması və yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsi əsası ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1 və 253-1.1.3-cü maddələri ilə 16 mart 2022-ci il tarixli, inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərar qəbul edilərək baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəsatətlə məhkəməyə müraciət edərək, hazırki inzibati xəta haqqında 3(019)-129/2022 saylı iş materiallarını qanunvericiliyin tələblərinə riayət edilməsi məqsədilə geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında iş materiallarına baxaraq hesab edirəm ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253- 1.1.1 və 253-1.1.3-cü maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərar və ona əlavə olunmuş materiallar Azərbaycan Respublikası Baş prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsinə geri qaytarılmalıdır. Belə ki, inzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokuror nəzarətinin əsaslarını müəyyən edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.1-ci maddəsində qeyd edilir ki, prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə əsasən bu Məcəllənin 191.1, 195.1, 197.3, 197.4, 197.5, 205,253-1.1.1 (yaşıllıqların kadastrının aparılmamasına münasibətdə), 253-1.1.2 (yaşıllıqların kadastr məlumatlarının təhrif edilməsinə münasibətdə), 284.2, 339.2 - 339.5, 340.2, 341, 376, 399, 410.3, 440-1.1 (dövlət orqanlarına (qurumlarına) və bələdiyyələrə münasibətdə), 440-1.2, 440-1.3,445-1, 516-1.2 (qəbiristanlıqların qorunması tələblərinin pozulmasına münasibətdə), 516-1.3 (dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə münasibətdə), 528- 1.3,531,538-1.4-538-1.6,540.5, 550.2-550.5, 558.2, 558.3, 559, 563.2, 567, 568, 569, 573, 594-1, 594-2, 595.2, 596, 601, 606.1 və 610-618-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul edilir. Prokuror bu Məcəllənin 99.3-cü maddəsinə əsasən digər inzibati xətalar haqqında işlər üzrə də icraatın başlanması haqqında qərar qəbul etmək hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.3-cü maddəsinə əsasən prokuror, həmçinin inzibati xətalar haqqında işlərin baxılmasında iştirak etmək, işin baxılması zamanı baş verən məsələlər üzrə rəy və ya vəsatət vermək, inzibati xəta haqqında iş üzrə qəbul edilən qərardan və ya qərardaddan onun surətinin bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində protest vermək hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.4-cü maddəsinə əsasən prokuror bu Məcəllənin 99.1.2 və 99.1.3-cü maddələrində nəzərdə tutulan məlumatlara baxaraq, on beş gün müddətində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar və ya inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad qəbul edir. Qərardadın surəti məlumatları vermiş şəxslərə göndərilir. Həmin qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində yuxarı prokurora və ya məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.5-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarda bu Məcəllənin 100-cü maddəsində olan məlumatlar göstərilir. Bu Məcəllənin 102.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar bu Məcəllənin 103-cü maddəsində müəyyən edilmiş müddətdə baxılması üçün hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.6-cı maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında, habelə öz təşəbbüsü ilə başlanmış inzibati xətalar haqqında işlərin baxılmasının yeri və vaxtı prokurora bildirilir. Həmin işə prokurorun iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamənin 5-ci bəndində İnzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin vəzifə və səlahiyyətləri qeyd olunmuşdur. Həmin Əsasnamənin 5-ci bəndində Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması ilə bağlı hər hansı müddəa öz əksini tapmamışdır. Azərbaycan Respublikası Prezidentinin 03 may 2017-ci il tarixli, 1361 saylı Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”n 19-cu bəndində rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokolun aşağıda göstərilən vəzifəli şəxslər tərəfindən tərtib edildiyi göstərilmişdir: İnzibati Xətalar Məcəlləsinin 229, 253-1.1.1 (yaşıllıqların uçota alınmamasına münasibətdə), 253-1.1.2 (yaşıllıqların uçotu məlumatlarının təhrif edilməsinə münasibətdə), 253-1.1.3, 262, 264.0.3 və 264.0.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi adından – ekologiya və təbii sərvətlər naziri, onun müavinləri, Aparatın rəhbəri, şöbə müdiri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Nazirliyin yanında X1 Xidmətinin rəisi, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, regional və rayon (şəhər) ekologiya və təbii sərvətlər orqanının rəhbəri, onun müavini, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi, Naxçıvan Muxtar Respublikasında müvafiq sahəyə cavabdeh dövlət orqanının rəhbəri, onun müavinləri tərtib olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 may 2018-ci il tarixli 217 saylı qərarı ilə təsdiq edilmiş Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydasının 1.4-cü maddəsində göstərilir: yaşıllıqların uçotu və monitorinqi istifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrində (bələdiyyə mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) yerli icra hakimiyyəti orqanları, yaşıllıqların kadastrının aparılması isə bu Qaydaya uyğun olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 may 2018-ci il tarixli 217 saylı qərarı ilə təsdiq edilmiş Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydasının 1.9-cu maddəsində göstərilir: Fiziki və hüquqi şəxslərin yaşıllıqların kadastrı barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, yaşıllıqların uçotu və monitorinqi barədə istifadəsində olan torpaq sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanlarından, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinə münasibətdə bələdiyyələrdən, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanlarından məlumat almaq hüquqları vardır. Göründüyü kimi, Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydasının 1.4-cü bəndinə əsasən yaşıllıqların uçotu və monitorinqi istifadəsində olan torpaq sahələrində mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrində (bələdiyyə mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) yerli icra hakimiyyəti orqanları, yaşıllıqların kadastrının aparılması isə bu Qaydaya uyğun olaraq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilir. Yəni bu Qaydaya görə yaşıllıqların uçotu və monitorinqi yerli icra hakimiyyəti orqanları, yaşıllıqların kadastrı isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları tərəfindən aparılmalıdır. Həmin sahədə törədilən inzibati xətalar haqqında icraat da buna məsul şəxslərin barəsində başlanmalıdır. Yuxarıda istinad olunan rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısının 19cu bəndinə əsasən rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1-ci (yaşıllıqların uçota alınmamasına münasibətdə) Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin adından onun məsul vəzifəli şəxsləri tərəfindən tərtib edilməlidir. İstinad olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsində bu Məcəllənin 253-1.1.1-ci maddəsində (yaşıllıqların kadastrının aparılmamasına münasibətdə) nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarın prokuror tərəfindən qəbul edilməsi qeyd edildiyindən, yaşıllıqların kadastrının aparılması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmədiyindən Azərbaycan Respublikası Baş prokurlorluğunun cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Balakən rayon İcra Hakimiyyəti başçısının Balakən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi kimi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərar qəbul edərək həmin qərarın baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərmək səlahiyyəti olmamışdır. Yaşıllıqların uçota alınmamasına münasibətdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi adından onun məsul vəzifəli şəxsləri tərəfindən inzibati xətalar haqqında işlər üzrə protokol tərtib edilməli olduğu halda, hazırki işdə prokurorluq tərəfindən yuxarıda qeyd edilən qanun normalarının tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsində qeyd edilir ki, bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1 və 253-1.1.3-cü maddələri ilə inzibati xətalar haqqında protokolun tərtib edilib-edilməməsi məsələsinin həll edilməsi üçün iş materialları aidiyyəti üzrə müvafiq orqana (Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi) göndərilməli olduğu halda, qanunun tələblərinə zidd olaraq 16 mart 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərar qəbul edilmiş və baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1 və 253-1.1.3-cü maddələri ilə tərtib olunmuş 16 mart 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərar və ona əlavə olunmuş materiallar Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayevə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair 3 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 54.1-54.6, 100 və 109.1.6 maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.1.1 və 253-1.1.3cü maddələri ilə tərtib olunmuş 16 mart 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərar və ona əlavə olunmuş materiallar Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayevə geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-129/2022
Balakən Rayon Məhkəməsi Qərardad — İş №3(019)-129/2022
08.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver