Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-13/2025 07.01.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Mustafayeva Kərimə Şamil qızının katibliyi, Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1987-ci Balakən şəhərində anadan olmuş, orta təhsilli, subay, şəhid ailəsi üzvü, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsilə Balakən rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 tərəfindən Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə 07 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokola əsasən Şəxs Balakən Rayon Məhkəməsinin 2(019)-1058/2015, 2(019)-621/2019, e-2(019)-316/2022, e- 2(019)-618/2024 və Bakı şəhəri 54 saylı Notariat Kontorunun 8İ-11206 nömrəli icra sənədlərinə əsasən 11933 manatı tələbkarlara ödəməkdən imtina edir. Bununla da Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 bildirmişdir ki, Balakən Rayon Məhkəməsinin 2(019)-1058/2015, 2(019)-621/2019, e- 2(019)-316/2022, e-2(019)-618/2024 və Bakı Şəhəri 54 saylı Notariat Kontorunun 8İ- 11206 saylı icra sənədlərinə əsasən cavabdeh Şəxs 11933 manat borc tutularaq tələbkarlara ödənilməlidir. Xəbərdarlıq edilməsinin nəticəsi olmamışdır. Şəxs borcunu ödəməkdən yayınır. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərmişdir ki, icra sənədlərinə əsasən 11933 manatı tələbkarlara ödəməlidir. Onun icra sənədlərini icra etməməsi çətin maddi vəziyyəti ilə bağlı olmuşdur. Belə ki o, heç bir yerdə işləmir. Borcunun hissə-hissə ödəmək üçün vaxt verilməsini xahiş edir. Şəhid ailəsidir, himayəsində 1 uşağı vardır. Adına heç bir əmlakı yoxdur. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Hizbullah qızı, Zərərçəkmiş şəxs5, BOKT "xxxx" MMC-nin, "xxxx" ASC-nin və Zərərçəkmiş şəxs1 QSC-nin nümayəndələri məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən hazırki işə zərərçəkmiş şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin 2(019)-1058/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 661,68 manat pul vəsaiti tutularaq tələbkar Unibank ASC-nin xeyrinə ödənilməlidir. Balakən Rayon Məhkəməsinin 2(019)-621/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs kredit ödənişinə görə hesablanmış 7453 manat kompenssiya məbləği alınaraq tələbkar Zərərçəkmiş şəxs5 xeyrinə ödənilməlidir. Balakən Rayon Məhkəməsinin e-2(019)-316/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs cəmi 2968 manat pul və 50 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs2 Hizbullah qızına verilməlidir. Balakən Rayon Məhkəməsinin e-2(019)-618/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 218.5 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri 54 saylı Notariat Kontorunin 8İ-11206 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, Şəxs cəmi 618 manat pul vəsaiti tutularaq tələbkar Bank Olmayan Kredit X6 Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Balakən rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2015-ci il tarixli qərarı ilə Balakən Rayon Məhkəməsinin 2(019)-1058/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraat başlanmış və borclu Şəxs 10 gün müddətinə icranı könüllü olaraq təmin etmələri təklif olunmuş, əks təqdirdə məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq olunmuş, tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. Balakən rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Balakən Rayon Məhkəməsinin 2(019)-621/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraat başlanmış və borclu Şəxs 10 gün müddətinə icranı könüllü olaraq təmin etməsi təklif olunmuş, əks təqdirdə məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq olunmuş, tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. Balakən rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Balakən Rayon Məhkəməsinin e-2(019)-316/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraat başlanmış və borclu Şəxs 10 gün müddətinə icranı könüllü olaraq təmin etmələri təklif olunmuş, əks təqdirdə məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq olunmuş, tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. Balakən rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Balakən Rayon Məhkəməsinin e-2(019)-618/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraat başlanmış və borclu Şəxs 10 gün müddətinə icranı könüllü olaraq təmin etməsi təklif olunmuş, əks təqdirdə məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq olunmuş, tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmurunun xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Şəhəri 54 saylı Notariat Kontorunin 8İ-11206 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraat başlanmış və borclu Şəxs 10 gün müddətinə icranı könüllü olaraq təmin etmələri təklif olunmuş, əks təqdirdə məcburi icra tədbirlərinin görüləcəyi barədə xəbərdarlıq olunmuş, tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. İş materiallarından görünür ki, Şəxs xx.xx.2009-cu il təvəllüdlü X4 adlı uşağı var və o, şəhid ailəsi üzvüdür. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. "Burdov Rusiya Federasiyasına qarşı" məhkəmə işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. Məhkəmə qətnaməsinin icra edilməməsi şəxsin ədalətli məhkəmə araşdırması hüququnu xəyali bir hüquqa çevirir və Konvensiyanın 6-cı maddəsinin pozuntusu ilə yanaşı, 1 saylı protokolunun 1-ci maddəsinin də pozuntusudur. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədlərinin icra edilməməsinin ondan asılı olmayan səbəblərdən baş verməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Göstərilənlər onun sözügedən icra sənədləri üzrə 11933 manat borcu üzrlü səbəb olmadan ödəmədiyini göstərir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun izahatına və iş materiallarında olan sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli həmin maddə ilə düzgün tövsif edilmişdir. O, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.2-ci maddəsinə əsasən bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs yetkinlik yaşına çatmayan uşağının olmasını inzibati məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati qaydada cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №3(019)-13/2025
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-13/2025
07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver