Məhkəmə qərarları › İş №3(019)-130/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-130/2025

14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-130/2025 14.04.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi , məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi,inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşı, polis baş serjantı Nümayəndə Soltanhəmid oğlunun iştirakı ilə, ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs "xxxx" MMC barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında işə Balakən Rayon Məhkəməsinin inzinati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Hüquqi şəxs "xxxx" MMC xx.xx.2025-ci il tarixdə qəbul etdiyi sorğuya əsasən mülkiyyətində olan nəqliyyat vasitəsi ilə inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumatı qanunla müəyyən edilmiş 5 gün müddətində səlahiyyətli orqana-Balakən rayon Polis Şöbəsinə göndərməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “"xxxx" MMC-in sözügedən inzibati xətanı törətməsi məhkəmə iclasında aşağıdakı qaydada tam sübut olundu . İnzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşı, polis baş serjantı Nümayəndə Soltanhəmid oğlu məhkəmə iclasında göstərdi ki, hüquqi şəxs "xxxx" MMC-yə məxsus “LADA GRANTA” minik markalı 90YR951 dövlət qeydiyyatlı nəqliyyat vasitəsini idarə edən şəxs xx.xx.2025-ci il tarixdə saat 13:05-də Bakı- Qazax yolunun 156-cı km-də Bakı istiqamətində hərəkətdə olarkən,yolda müəyyən edilmiş hərəkət sürətini 12 km/saat həddində aşmışdır. Bu əməli ilə həmin şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.İnzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barəsində məlumat (adı, soyadı, atasının adı, sürücülük vəsiqəsinin seriya və nömrəsi) verilməsi üçün 11 mart 2025-ci il tarixdə "xxxx"-MMC-nə sorğu ünvanlanmışdır."xxxx" MMC ünvanlanmış sorğunu xx.xx.2025-ci il tarixdə almasına baxmayaraq qanunla müəyyən edilmiş 5 gün müddətində sorğuya cavab verməmişdir. Odur ki, hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə icraat başlanmış və inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir.Hüquqi şəxs "xxxx" MMC barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə "xxxx" MMC -in nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş "xxxx" MMC-yə ünvanlanmış sorğuda qeyd edilir ki, xx.xx.2025-ci il tarixdə saat 13:05-də "xxxx" MMC-yə məxsus LADA GRANTA minik markalı 90YR951 dövlət qeydiyyatlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən Bakı-Qazax yolunun 156-cı km-də Bakı istiqamətində yolda müəyyən edilmiş hərəkət sürətini 12 km/saat həddində aşmışdır. Törədilmiş xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində məsuliyyət nəzərdə tutulmuşdur. Odur ki, inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barəsində məlumat (adı, soyadı, atasının adı, sürücülük vəsiqəsinin seriya və nömrəsi) verilməsi xahiş olunur. İşdə olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, "xxxx" MMC-yə ünvanlanmış sorğunu xx.xx.2025-ci il tarixdə Hüseynov M. adlı şəxs almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı,mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını,ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, hüquqi şəxs "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, Cəmiyyətin əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin sanksiyasında vəzifəli şəxslər üçün yüz əlli manat məbləğində, hüquqi şəxslər üçün üç yüz manat məbləğində cərimə tənbehi nəzərdə tutulmuşdur. Hüquqi şəxs "xxxx" MMC-in təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edirəm ki, hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cərimə tənbehi tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: "xxxx" MMC Məhdud Məsuliyyətli Cəmiyyət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinsin, 300 manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxmış hakim vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar