Məhkəmə qərarları › İş №3(019)-131/2023

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-131/2023

27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-131/2023 27.03.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) İTB-nin sahə rəisi X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi-Balakən rayon Vəkil Bürosunun vəkili X10 iştirakı ilə, xx.xx.1996-cı ildə Balakən rayonu Mahamalar kəndində anadan olmuş, orta təhsilli, evli, işləməyən, Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 157-ci maddəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2023-cü il tarixdə saat 13.20 radələrində Balakən rayonu Mahamalar kəndində yerləşən özlərinə məxsus evdə Zərərçəkmiş şəxs hər iki əli ilə sinəsindən itələyib yerə yıxaraq ona sağlamlığa zərər vurmayan xəsarət yetirməklə qəsdən fiziki ağrı yetirmişdir. Bununla bağlı Şəxs barəsində Balakən RPŞ-nin İTB-nin sahə rəisi X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* №li inzibati xəta haqqında protokol tərtib edilib, inzibati xəta haqqında iş üzrə icraat başlanaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, anası Ziyafət Uzunovanın xərçəng xəstəsi olduğunu xx.xx.2023-cü il tarixdə Bakı şəhərində olduğu zaman öyrənmiş və ona görə anasını yaşadığı evə gətirmişlər. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində anası Ziyafətin halı anidən pisləşmiş, bu səbəbdən o və atası Cəmaləddin saat 13:12 radələrində 103 xidmətinə zəng etmiş və həkim çağırmışlar. Həmin gün saat 13:25 radələrində təcili tibbi yardım avtomaşını ilə tanımadığı, sonradan adının Zərərçəkmiş şəxs olmasını öyrəndiyi həkim və onun yanında olan tanımadığı bir nəfər tibb bacısı həyətlərinə daxil olmuşlar. Təcili tibbi yardım gəlincə anası Ziyafət artıq vəfat etmişdi. Ayşə həkim evə daxil olduqda onlara “bu şey ölübdü də niyə məni çağırırsan” sözünü demiş, bu zaman atası Cəmaləddin əsəbləşərək “çıxın burdan gedin” sözünü onlara demişdir. Evin həyətinə düşmüş, bu zaman Ayşə həkim evin pilləkənlərində “pis olmuşam” sözünü deyərək, yerə oturmüşdür. Sonra Ayşə həkim onlardan şikayət edəcəyini bildirmiş və çıxıb təcili yardım avtomaşını ilə getmişdir. X23 həkimi telefonda və evdə təhqir etməmişdir. X17 sinəsinə bir dəfə yumruqla vurmasını görməmişdir. Həmçinin o, Ayşəni sinəsindən iki əli ilə itələyərək yıxdırmamışdır. Zərərçəkmiş şəxs düz danışmır. Həmin gün onun anası vəfat etmiş, evlərində faciə baş vermiş, ona görə də əsəbi olmuşdur. Barəsində qanuni qərarın qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Balakən RMX-nın təcili yardım şöbəsində çağırışçı həkim terapevt vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 09 radələrində xidmətə gəlmiş, xx.xx.2023cü il tarixdə təcili yardım şöbəsində olduğu zaman saat 13:12 radələrində şöbənin 103 nömrəsinə xəstə çağırışı gəlmişdir. Balakən rayonu Mahamalar kənd sakini Cəmaləddin Uzunovun çağırışına getməyə hazırlaşaraq saat 13:14 radələrində təcili tibbi yardım avtomaşını ilə Balakən RMX-dan çıxmışdır. Həmin gün saat 13:20 radələrində Balakən rayonu Mahamalar kəndi ərazisində olduğu zaman istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə çağırışcı Cəmaləddin Uzunovun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək dəqiq ünvanı ondan soruşmaq istəmiş, bu zaman Cəmaləddin Uzunov telefonu açan kimi onu əsassız yerə nalayiq söyüşlərlə təhqir edərək, ona “gəlin çatın görün sizin başınıza nə oyun açacağam” sözünü demişdir. Təxminən 1 dəqiqədən sonra Cəmaləddin Uzunovun yaşadığı evə çatmış, o və yanında olan tibb bacısı Şahid1 Cəmaləddin Uzunovun həyətinə daxil olmuşlar. Evə doğru hərəkət etdikdə Cəmaləddin Uzunov ona evin pilləkənlərində dayanaraq söyüş söymüş, Cəmaləddin Uzunovun yaşadığı evə daxil olmuş, bu zaman Cəmaləddinin həyat yoldaşı, adını bilmədiyi şəxsin xərçəng xəstəliyindən dünyasını dəyişməsini görmüşdür. Cəmaləddin Uzunovun yaşadığı evə daxil olduqda artıq onun arvadı vəfat etmişdi. Bu zaman Cəmaləddin həyat yoldaşının guya onların çağırışa gec gəlmələri səbəbindən öldüyünü bildirmiş və onun üzərinə evin içərisində hücum çəkərək sinəsinə 1 dəfə yumruqla vurmuşdur. Həmin vaxt X6 da onun üzərinə hücum edərək hər iki əli ilə onu sinəsindən itələmiş, nəticədə yerə yıxılmışdır. Həmin vaxt orada olan tanımadığı şəxslər və yanında olan tibb bacısı Şahid1 onu ayağa qaldırmış, Cəmaləddini sakitləşdirməyə çalışmış, lakin bu mümkün olmadıqda tibb bacısı Adilə gedərək təcili tibbi yardım avtomaşınının sürücüsü Eldar Xipiyevi çağırmışdır. Eldar gələrək Cəmaləddin Uzunovu sakitləşdirmiş, sonra isə tibb bacısı ilə birlikdə Balakən RPŞ-yə şikayət etmək üçün getmişdir. Cəmaləddin Uzunovun xəstə çağırışı daxil olduqdan 10 dəqiqə sonra Balakən rayonu Mahamalar kəndinə çatmış, lakin Cəmaləddin Uzunovun həyat yoldaşı əvvəldən ağır xərçəng xəstəsi olduğundan onlar çatana qədər vəfat etmiş, ona heç bir köməklik edə bilməmişlər. Hadisə zamanı yanında tibb bacısı Şahid1 və tanımadığı digər şəxslər olmuş, təcili tibbi yardım avtomaşının sürücüsü Eldar Xipiyev həmin hadisəni görməmiş, sonradan gələrək Cəmaləddini sakitləşdirmişdir. Şəxs barəsində qanuni tədbirin görülməsini xahiş edir. Məhkəmə iclasında şahid qimində dindirilmiş Şahid1 izahatında göstərmişdir ki, Balakən RMX-nın təcili yardım şöbəsində çağırışçı tibb bacısı vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 09 radələrində xidmətə gəlmiş,xx.xx.2023-cü il tarixdə təcili yardım şöbəsində olduğu zaman saat 13:12 radələrində şöbənin 103 nömrəsinə xəstə çağırışı daxil olmuşdur. Balakən rayonu Mahamalar kənd sakini Cəmaləddin Uzunovun çağırışına getməyə hazırlaşaraq saat 13:14 radələrində təcili tibbi yardım avtomaşını ilə Balakən RMX-dan çıxmış, həmin gün saat 13:20 radələrində Balakən rayonu Mahamalar kəndi ərazisində həkim Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə çağırışcı Cəmaləddin Uzunovun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək dəqiq ünvanı ondan soruşmaq istəmiş, bu zaman Cəmaləddin Uzunov telefonu açan kimi Ayşəni əsassız yerə nalayiq söyüşlərlə təhqir etmiş və ona “gəlin çatın görün sizin başınıza nə oyun açacağam” sözünü demişdir. Təxminən 1 dəqiqədən sonra Cəmaləddin Uzunovun yaşadığı evinə çatmış, Ayşə həkim və o, Cəmaləddin Uzunovun həyətinə daxil olmuş, evə doğru hərəkət etdikdə Cəmaləddin Uzunov evin pilləkənlərində dayanaraq söyüş söymüşdür. Ayşə həkim ilk əvvəl Cəmaləddin Uzunovun yaşadığı evə daxil olmuş, bu zaman Cəmaləddinin həyat yoldaşı, adını bilmədiyi şəxsin xərçəng xəstəliyindən dünyasını dəyişməsini öyrənmişlər. Cəmaləddin Uzunovun yaşadığı evə daxil olduqda artıq onun həyat yoldaşı vəfat etmişdi. Cəmaləddin həyat yoldaşının guya onların çağırışa gec gəlmələri səbəbindən öldüyünü bildirmiş və Zərərçəkmiş şəxs üzərinə evin içərisində hücum çəkərək onun sinəsinə 1 dəfə yumruqla vurmuşdur. Həmin vaxt X6 da Zərərçəkmiş şəxs üzərinə hücum edərək hər iki əli ilə onu sinəsindən itələmiş, bu zaman Ayşə həkim yerə yıxılmışdır. Həmin vaxt orada olan tanımadığı şəxslər və o, Ayşə həkimi ayağa qaldırmış və Cəmaləddini sakitləşdirməyə çalışmışlar. Lakin bu mümkün olmadıqda o, gedərək təcili tibbi yardım avtomaşınının sürücüsü Eldar Xipiyevi çağırmışdır. Eldar gələrək Cəmaləddin Uzunovu sakitləşdirmiş, sonra isə Ayşə həkim Balakən RPŞ-yə şikayət etmək üçün getmişdir. Cəmaləddin Uzunovun xəstə çağırışı daxil olduqdan 10 dəqiqə sonra Balakən rayonu Mahamalar kəndinə çatmış, lakin Cəmaləddin Uzunovun həyat yoldaşı əvvəldən ağır xərçəng xəstəsi olduğundan onlar çatana qədər vəfat etmiş, ona heç bir köməklik edə bilməmişlər. Hadisə zamanı yanında tanımadığı digər şəxslər də olmuş, təcili tibbi yardım avtomaşının sürücüsü Eldar Xipiyev həmin hadisəni görməmiş, sonradan gələrək Cəmaləddini sakitləşdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 izahatında göstərmişdir ki, Balakən RMX-nın təcili yardım şöbəsində sürücü vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 09 radələrində xidmətə gəlmiş, xx.xx.2023-cü il tarixdə təcili yardım şöbəsində olduğu zaman saat 13:12 radələrində şöbənin 103 nömrəsinə xəstə çağırışı gəlmişdir. Balakən rayonu Mahamalar kənd sakini Cəmaləddin Uzunovun çağırışına getməyə hazırlaşaraq saat 13:14 radələrində idarə etdiyi təcili tibbi yardım avtomaşını ilə Balakən RMX-dan çıxmış, həmin gün saat 13:20 radələrində Balakən rayonu Mahamalar kəndi ərazisində həkim Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə çağırışcı Cəmaləddin Uzunovun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək dəqiq ünvanı ondan soruşmaq istəmiş, bu zaman Cəmaləddin Uzunov telefonu açan kimi Ayşəni əsassız yerə nalayiq söyüşlərlə təhqir etmiş və ona “gəlin çatın görün sizin başınıza nə oyun açacağam” sözünü demişdir. Təxminən 1 dəqiqədən sonra Cəmaləddin Uzunov yaşadığı evə çatmış, küçədə dayanaraq avtomaşında gözləmiş, Ayşə həkim və tibb bacısı Şahid1 Cəmaləddin Uzunovun həyətinə daxil olmuşlar. Təxminən 3-4 dəqiqədən sonra Şahid1 onun yanına gələrək evdə X21 həkimi söyüb təhqir etdiyini, onun sinəsindən 1 dəfə yumruqla vurduğunu, həmçinin Cəmaləddinin oğlunun Ayşə həkimi itələyərək yıxdırdığını deyib, gəlib Cəmaləddini sakitləşdirməyini xahiş etmişdir. Dərhal Cəmaləddinin evinə daxil olmuş, bu zaman Ayşə həkimin evin içərisində yerə yıxılmış vəziyyətdə olduğunu görmüşdür. Zərərçəkmiş şəxs yerdən qaldırmışdır. Evdə Cəmaləddin və oğlu Elnur səs-küy salmış, bu zaman onları sakitləşdirmiş və çıxıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 izahatında göstərimşdir ki, qaynanası Ziyafət Uzunova xərçəng xəstəsi olmuş, xx.xx.2023-cü il tarixdə Bakı şəhərində olduğu zaman bunu öyrənmiş, nəticədə qaynanası Ziyafəti yaşadığı evə gətirmişlər. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Ziyafətin halı anidən pisləşmiş, bu səbəbdən saat 13:12 radələrində qaynı Şəxs 103 xidmətinə zəng etmiş və həkim çağırmışdır. Həmin gün saat 13:25 radələrində təcili tibbi yardım avtomaşını ilə tanımadığı, sonradan adının Ayşə olduğunu öyrəndiyi həkim və onun yanında olan tanımadığı 1 nəfər tibb bacısı həyətə daxil olmuş, lakin təcili tibbi yardım gəlincə qaynanası Ziyafət artıq vəfat etmişdir. Ayşə həkim evə daxil olduqda qaynatası Cəmaləddinə “bu şey ölübdü də niyə məni çağırırsan” sözünü demiş, Cəmaləddin də əsəbləşərək ona “çıxın burdan gedin” sözlərini bildirmişdir. Bu zaman Ayşə həkim evin otağından çıxanda ayağı yerdəki xalçaya ilişmiş və yerə yıxılmışdır. Sonra Ayşə həkim ayağa qalxmış, kənara baxmış, heç kimin ona fikir vermədiyini görüb özünü yerə çırpmışdır. Şəxs ona su verdikdə suyu götürməyib əlinin arxası ilə itələmiş, sonra təcili yardım avtomaşınının sürücüsü gələrək Ayşə həkimi yerdən qaldırmış və aparmağa çalışmışlar. Sonra təcili yardım avtomaşınının sürücüsü və tibb bacısı Ayşəni avtomaşına mindirərək aparmışlar. Cəmaləddin Uzunov və Şəxs Zərərçəkmiş şəxs təhqir etdiyini eşitməmiş, Cəmaləddin Uzunov sözlü mübahisə zamanı Ayşə həkimin sinəsinə bir dəfə yumruqla vurmamış, həmçinin qaynı Şəxs Ayşəni itələyərək yıxdırmamışdır. Zərərçəkmiş şəxs doğru danışmır. Mübahisə zamanı yanında eltisi Aytac və yoldaşının bibisi Mehriban Nastakalova da olmuşlar. Ayşə həkimin yanında isə tanımadığı bir nəfər tibb bacısı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da X9 izahatına uyğun izahat verərək, onun izahatında göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərmişdir ki, qardaşı Cəmaləddinin həyat yoldaşı Ziyafət Uzunova xərçəng xəstəsi olmuş, bunu xx.xx.2023-cü il tarixdə öyrənmiş, Ziyafət Uzunovanı Bakı şəhərindən yaşadığı evə gətirmişlər. xx.xx.2023cü il tarixdə saat 13 radələrində qardaşı oğlu Şəxs ona zəng edərək, Ziyafətin halının anidən pisləşdiyini və vəfat etdiyini bildirmişdir. Dərhal onların yaşadığı evə getmiş, Elnur və Cəmaləddin evə təcili tibbi yardım çağırmış, qardaşı Cəmalədinin evində olduğu zaman təcili yardım avtomaşını ilə tanımadığı sonradan adının Ayşə olduğunu öyrəndiyi həkim və onun yanında olan tanımadığı bir nəfər tibb bacısı həyətə daxil olmuşlar. Təcili tibbi yardım gəlincə Ziyafət artıq vəfat etmişdi. Ayşə həkim evə daxil olduqda qardaşı Cəmaləddinə “bu şey ölübdü də niyə məni çağırırsan” sözünü demiş, Cəmaləddin də əsəbləşərək “çıxın burdan gedin” sözünü Ayşə həkimə bildirmişdir. Bu zaman Ayşə həkim evin otağından çıxanda ayağı yerdəki xalçaya ilişmiş və yerə yıxılmışdır. Sonra Ayşə həkim ayağa qalxmış, kənara baxmış, heç kimin ona fikir vermədiyini görüb özünü yerə çırpmışdır. Şəxs ona su verdikdə suyu götürməyib əlinin arxası ilə itələmişdir. Təcili yardım avtomaşınının sürücüsü gələrək Ayşə həkimi yerdən qaldırmış və aparmağa çalışmış, sonra təcili yardım avtomaşınının sürücüsü və tibb bacısı Ayşə həkimi avtomaşına mindirərək aparmışlar. Qardaşı Cəmaləddin və Şəxs Zərərçəkmiş şəxs təhqir etdiyini eşitməmiş, Cəmaləddin Uzunov sözlü mübahisə zamanı Ayşə həkimin sinəsinə bir dəfə yumruqla vurmamışdır. Həmçinin Şəxs Ayşəni itələyərək yerə yıxdırmamışdır. Zərərçəkmiş şəxs düz danışmır. Mübahisə zamanı yanında gəlinləri Aytac və Sevinc olmuş, Ayşə həkimin yanında isə tanımadığı bir nəfər tibb bacısı olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən RPŞ-nin İTB-nin sahə rəisi X5, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi nəticəsinə gəlindiyi üçün Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək, İXM-nin 157-ci maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başladığını, Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinin iş materialları ilə təsdiq olunduğunu bildirərək, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 47 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarət-döş sümüyü üzərində orta səthdə zəif nəzərə çarpan şişkinlik bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə (insan əli ilə) əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Balakən RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X14 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Balakən rayonu Qaysa kənd sakini Zərərçəkmiş şəxs Balakən RPŞ-yə ərizə ilə müraciəti əsasında toplanmış HK-1-96 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmiş, qərarının surətinin Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olmaqla yaşayan X4 və Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci (döymə) maddəsinin tərkib əlamətləri olduğundan sonuncuların qeyd edilən maddə əsasında inzibatı məsuliyyətə cəlb edilmələri məsələsinə baxılması üçün Balakən RPŞ-nin İTB-nə göndərilməsi, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi əsasında cinayət işi başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxs X4 tərəfindən təhqir olunması ilə bağlı aidiyyəti üzrə Balakən Rayon Məhkəməsinə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş vətəndaşların portal məlumatlarından çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə doğulmuş X22 olmaqla Şəxs himayəsində bir azyaşlı uşaq vardır. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutur. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin inzibati xətanın obyekti insanın fiziki toxunulmazlığını və onun sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. İnzibati xətanın obyektiv cəhəti döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmədən ibarətdir. Döymə sağlamlığa vurulan zərərin ayrıca, xüsusi bir növünü təşkil etmir. Döymə, dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. İXM-nin 157-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan sair zorakı hərəkətlər dedikdə, zərərçəkmiş şəxsə tək-tək zərbələrin vurulması, onun çimdiklənməsi, qolunun burulması, badalaq verilərək yıxılması, müxtəlif əşyalardan, habelə bitki (məsələn gicitikanlardan, tikanlı bitkilərdən və s.) və heyvanlardan (itdən, arıdan və s.) istifadə etməklə ona qarşı digər ağrıverici hərəkətlər edilməsi başa düşülür. Döymə və ya sair zorakı hərəkətlər yalnız fiziki ağrı verdikdə, göstərilən maddə üzrə məsuliyyət yaranır. Bu inzibati xətanın subyektiv cəhəti həm birbaşa, həm də dolayı qəsddən ibarətdir. Döymə və sair zorakı hərəkətlər törətmənin məqsədi fiziki ağrı yetirməkdən ibarətdir. İşdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə, Şəxs izahatında xx.xx.2023-cü il tarixdə saat 13.20 radələrində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs əlləri ilə itələməməsi və bunun nəticəsində Ayşənin yıxılmaması barədə bildirdiklərinə hüquqi qiymət verərək hesab edir ki, bu məlumatlar işdəki mötəbər sübutlarla təkzib olunduğu üçün özünümüdafiə kimi qiymətləndirilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 13.20 radələrində Şəxs Zərərçəkmiş şəxs iki əli ilə itələyib yıxmaqla ona qəsdən fiziki ağrı yetirməsi zərərçəkmiş şəxs X11, şahidlər Şahid1 və X8 izahatları, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 47 nömrəli rəyi, Balakən RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X14 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı və sair mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə həmçinin Şəxs qohumları-qardaşının yoldaşı X9, həyat yoldaşı Şahid2 və bibisi X1 izahatlarını işin faktiki halları və işdəki mötəbər sübutlarla təsdiq olunmadığı və Şəxs məsuliyyətdən azad olunması əsası ilə verildiyi üçün mötəbər sübutlar hesab etmir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qanun normasının tələbinə və iş materiallarına əsasən himayəsində bir azyaşlı uşağın olmasını Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alıram. İş materialları ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, himayəsində bir azyaşlı uşağın olması kimi məsuliyyətini yüngülləşdirilən halı və məsuliyyətini ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini əsaslı hesab edirəm. İş materiallarından həmçinin görünür ki, Balakən rayon Vəkil Bürosunun vəkili X20, hazırki inzibati xəta haqqında iş üzrə Şəxs hüquqlarının müdafiəsinə 2 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Ona görə də hesab edirəm ki, Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X15 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X19 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 12 manat köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Balakən rayon Vəkil Bürosunun vəkili X15 ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun nəfinə, «KAPİTALBANK» X19 Rekvizitləri: VÖEN **********, kod 201382, Müxbir hesab AZ37NABZ********************, hesabına 12 manat köçürülsün. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar