Məhkəmə qərarları › İş №3(019)-133/2023

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-133/2023

10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-133/2023 10.04.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, məhkəmə iclas katibi X1 katibliyi ilə, ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə icraat başlanmış inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Hüquqi şəxs Şəxs MMC (VÖEN **********) Türkiyə Respublikasından Qərb Ərazi Baş Gömrük idarəsinin Mazımçay gömrük postundan keçməklə Şəxs MMC-nin ünvanına daxil olmuş 08 fevral 2023-cü il tarixində Türkiyə Respublikasında qeydiyyatda olan Etsun Dış Ticarət A.Ş-nin tapşırığı ilə Almaniya Federasiyasında qeydiyyatda olan “X2 Gmbh” şirkətindən Azərbaycan Respublikası, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxsn ünvanına idxal olunan yükü gətirən Türkiyə Respublikası vətəndaşı Gündüz Abidinin idarə etdiyi “DAF” markalı, 38BC293/38ABU083 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsindəki yüklərə “Mazımqara” gömrük terminalında gömrük yoxlaması həyata keçirilən zaman yük müşayiət sənədlərində göstərilməyən üzərində “AZOLLA ZS 45 İSO 6743-4 HM 46; 60İ” markalanma yazıları olan 1 (bir) ədəd dəmir çəlləkdə qablaşdırılmış hidravlik yağı gömrük orqanına bəyan etmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirməsi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC (VÖEN **********) məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən hüquqi şəxs Şəxs MMC-nin (VÖEN **********) iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. İnzibati materialda olan 08 fevral 2023-cü il tarixli yoxlama və götürmə haqqında protokoldan görünür ki,08 fevral 2023-cü il tarixində Türkiyə Respublikasında qeydiyyatda olan Etsun Dış Ticarət A.Ş-nin tapşırığı ilə Almaniya Federasiyasında qeydiyyatda olan “X2 Gmbh” şirkətindən Azərbaycan Respublikası, ünvan 3 ünvanında qeydiyyatda olan Şəxsn ünvanına idxal olunan yükü gətirən Türkiyə Respublikası vətəndaşı Gündüz Abidinin idarə etdiyi “DAF” markalı, 38BC293/38ABU083 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi “Mazımqara” gömrük postunda "VAİS" sistemində qeydiyyata alındıqdan sonra “HCVG vizual SMİTH detection” rentgen yoxlama baxış sistemindən keçməsi üçün sürücü avtomobili qurğunun konteynerinə sürmüşdür. Sürücü yük müşaiyət sənədlərini gömrük əməkdaşına təqdim etdikdən sonra nəqliyyat vasitəsi skan edilmişdir. Avtomobil skan olunduqdan sonra yük müşaiyət sənədində göstərilən malların siyahısı ilə monitordakı görüntü arasında eyniləşdirmə aparılmış və bu zaman manitorda yük müşaiyət sənədlərində göstərilən mallara uyğun olmayan predmetin olduğu müşahidə olunmuşdur. Bu səbəbdən də,“Mazımqara” gömrük postunun terminalında “DAF” markalı, 38BC293/38ABU083 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsindəki yüklərə gömrük yoxlaması həyata keçirilmişdir.Yoxlama zamanı yük müşayiət sənədlərində göstərilməyən,yəni gömrük orqanına bəyan olunmayan üzərində “AZOLLA ZS 45 İSO 6743-4 HM 46; 601” markalanma yazıları olan 1 (bır) ədəd dəmir çəlləkdə qablaşdırılmış hidravlik yağ aşkar edilmişdir. İnzibati xəta haqqında materialda olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 24 fevral 2023-cü il tarixdə verilmiş 9/1231 nömrəli ekspertiza rəyindən görünür ki, qərardadda göstərilən üzərində “AZOLLA; ZS;45 İSO 6743-4 HM 46; 60L” markalanma göstəricisi olan hidravlik yağın bir litrinin orta bazar qiyməti təxminən 12,00 manat, 60 litrinin qiyməti isə 720.00 manat müəyyən edilir. İş materiallarında olan sənədlərdən görünür ki, üzərində “AZOLLA; ZS;45 İSO 6743-4 HM 46; 60L” markalanma göstəricisi olan hidravlik yağın Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımqara” gömrük postunda saxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyasında inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə tənbehi nəzərdə tutulur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC (VÖEN **********) tərəfindən törədilmiş xətanın xarakterini nəzərə alaraq onun barəsində inzibati xətanın bilavasitə obyekti olan üzərində “AZOLLA; ZS;45 İSO 6743-4 HM 46; 60L” markalanma göstəricisi olan hidravlik yağın müsadirə edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinsin, ondan aşkar olunaraq götürülmüş və Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən postunda saxlanılan-cəmi 720 manat dəyərində üzərində “AZOLLA; ZS;45 İSO 6743-4 HM 46; 60L” markalanma göstəricisi olan hidravlik yağ müsadirə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar