Məhkəmə qərarları › İş №3(019)-134/2023

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-134/2023

10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-134/2023 10.04.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X1 iştirakı ilə , hüquqi ünvanı AZ1078, Bakı şəhəri Nəsimi rayonu, Mərdanov qardaşları, ev 137 olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: 13 fevral 2023-cü il tarixində Qərb Ərazi baş Gömrük İdarəsinin «Mazımqara» gömrük postunda Ukrayna Respublikasından Azərbaycan Respublikası, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs ünvanına yük gətirən Ukrayna Respublikasının vətəndaşı Hunchak Vitalinin idarə etdiyi «Volvo» markalı, BX9265HH/BX3560XF qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi «Mazımqara» gömrük postunda «HCVG vizual SMİTH detection» rentgen yoxlama baxış sistemindən keçərkən qurğunun monitorunda yük müşayiət sənədlərində göstərilən mallara uyğun olmayan təsvir müşahidə olunmuşdur. Bu səbəbdən nəqliyyat vasitəsinin yük yerinə baxış keçirilmiş, keçirilən baxış zamanı müşayiət sənədlərində göstərilməyən plastik qablarda qablaşdırılmış 6 ədəd üzərində «DOMİ qualita perfetta; Dishwashing liquid; 500 ml» markalanma yazıları olan qab yuyan maye, 4 ədəd üzərində «DOMİ qualita perfetta; Dishwashing liquid;1000 ml» markalanma yazıları olan qabyuyan maye, 6 ədəd üzərində «DOMİ qualita perfetta; Bathroom cleaner; 550 ml» markalanma yazıları olan hamam təmizləyici maye, 4 ədəd üzərində «DOMİ qualita perfetta;Toilet bovvl gel cleaner; 1000 ml markalanma yazıları olan tualet təmizləyici gel, 2 ədəd üzərində «DOMİ qualita perfetta;Glass and mirrors cleaner, 500 ml marklanma yazıları olan şüşə təmizləyici maye, 2 ədəd üzərində «DOMİ qualita perfetta; Multi-purpose floor and other surfaces cleaner; 100 ml» markalanma yazıları olan döşəmə və digər səthlər üçün təmizləyici maye aşkar edilmişdir. Bu barədə Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən 10 mart 2023-cü il tarixli, 11000-01166/23 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X2 Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsilə hüquqi şəxsi təqsirli bilməyərək, izahatında müşayiət sənədlərində göstərilməyən plastik qablarda qablaşdırılmış 6 ədəd üzərində «DOMİ qualita perfetta; Dishwashing liquid; 500 ml» markalanma yazıları olan qab yuyan maye, 4 ədəd üzərində «DOMİ qualita perfetta; Dishwashing liquid;1000 ml» markalanma yazıları olan qabyuyan maye, 6 ədəd üzərində «DOMİ qualita perfetta; Bathroom cleaner; 550 ml» markalanma yazıları olan hamam təmizləyici maye, 4 ədəd üzərində «DOMİ qualita perfetta;Toilet bovvl gel cleaner; 1000 ml markalanma yazıları olan tualet təmizləyici gel, 2 ədəd üzərində «DOMİ qualita perfetta; Glass and mirrors cleaner, 500 ml marklanma yazıları olan şüşə təmizləyici maye və 2 ədəd üzərində «DOMİ qualita perfetta; Multi-purpose floor and other surfaces cleaner; 100 ml» markalanma yazıları olan döşəmə və digər səthlər üçün təmizləyici mayenin Şəxs ünvanına gəlmədiyini, cəmiyyətin həmin malları sifariş vermədiyini, Şəxs İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmadığını göstərərək, hazırki inzibati xəta haqqında iş üzrə işə xitam verilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və müddət haqqında vaxtında məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamış, yaxud belə vəsatət rədd edilməmişdir. Ona görə də Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən hazırki işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Belə ki, Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 13 fevral 2023-cü il tarixində Qərb Ərazi baş Gömrük İdarəsinin «Mazımqara» gömrük postunda Ukrayna Respublikasından Azərbaycan Respublikası, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs ünvanına yük gətirən Ukrayna Respublikasının vətəndaşı Hunchak Vitalinin idarə etdiyi «Volvo» markalı, BX9265HH/BX3560XF qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi «Mazımqara» gömrük postunda «HCVG vizual SMİTH detection» rentgen yoxlama baxış sistemindən keçərkən qurğunun monitorunda yük müşayiət sənədlərində göstərilən mallara uyğun olmayan təsvirin müşahidə olunması, bu səbəbdən nəqliyyat vasitəsinin yük yerinə baxış keçirilməsi, keçirilən baxış zamanı müşayiət sənədlərində göstərilməyən plastik qablarda qablaşdırılmış 6 ədəd üzərində «DOMİ qualita perfetta; Dishwashing liquid; 500 ml» markalanma yazıları olan qab yuyan maye, 4 ədəd üzərində «DOMİ qualita perfetta; Dishwashing liquid;1000 ml» markalanma yazıları olan qabyuyan maye, 6 ədəd üzərində «DOMİ qualita perfetta; Bathroom cleaner; 550 ml» markalanma yazıları olan hamam təmizləyici maye, 4 ədəd üzərində «DOMİ qualita perfetta;Toilet bovvl gel cleaner; 1000 ml markalanma yazıları olan tualet təmizləyici gel, 2 ədəd üzərində «DOMİ qualita perfetta;Glass and mirrors cleaner, 500 ml marklanma yazıları olan şüşə təmizləyici maye, 2 ədəd üzərində «DOMİ qualita perfetta; Multi-purpose floor and other surfaces cleaner; 100 ml» markalanma yazıları olan döşəmə və digər səthlər üçün təmizləyici mayenin aşkar edilməsi iş materiallarında olan Qərb Ərazi Baş Gömrük İdarəsinin «Mazımçay» gömrük postunun rəisinin xx.xx.2023-cü il tarixli raportu, yoxlama və götürmə haqqında xx.xx.2023-cü il tarixli protokol, inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında 15 fevral 2023-cü il tarixli qərardad, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/1292 nömrəli rəyi və sair iş materialları ilə təsdiqini tapmışdır. İş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 482.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanının törədilməsində təqsirli bilinməlidir. Həm də Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 482.1-cı maddəsilə düzgün tövsif edilmişdir. Belə ki, inzibati materialda olan «Mazımçay» Gömrük postunun rəisi X4 Ərazi Baş Gömrük İdarəsinin rəisinin müavini, gömrük xidməti polkovniki Məhəmməd Qasımova yazdığı xx.xx.2023-cü il tarixli raportdan görünür ki, 13 fevral 2023-cü il tarixində Qərb Ərazi baş Gömrük İdarəsinin «Mazımqara» gömrük postunda Ukrayna Respublikasından Azərbaycan Respublikası, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs ünvanına yük gətirən Ukrayna Respublikasının vətəndaşı Hunchak Vitalinin idarə etdiyi «Volvo» markalı, BX9265HH/BX3560XF qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi «Mazımqara» gömrük postunda «HCVG vizual SMİTH detection» rentgen yoxlama baxış sistemindən keçərkən qurğunun monitorunda yük müşayiət sənədlərində göstərilən mallara uyğun olmayan təsvir müşahidə olunmuşdur. Bu səbəbdən nəqliyyat vasitəsinin yük yerinə baxış keçirilmiş, keçirilən baxış zamanı müşayiət sənədlərində göstərilməyən plastik qablarda qablaşdırılmış 6 ədəd üzərində «DOMİ qualita perfetta; Dishwashing liquid; 500 ml» markalanma yazıları olan qab yuyan maye, 4 ədəd üzərində «DOMİ qualita perfetta; Dishwashing liquid;1000 ml» markalanma yazıları olan qabyuyan maye, 6 ədəd üzərində «DOMİ qualita perfetta; Bathroom cleaner; 550 ml» markalanma yazıları olan hamam təmizləyici maye, 4 ədəd üzərində «DOMİ qualita perfetta;Toilet bovvl gel cleaner; 1000 ml markalanma yazıları olan tualet təmizləyici gel, 2 ədəd üzərində «DOMİ qualita perfetta;Glass and mirrors cleaner, 500 ml marklanma yazıları olan şüşə təmizləyici maye, 2 ədəd üzərində «DOMİ qualita perfetta; Multi-purpose floor and other surfaces cleaner; 100 ml» markalanma yazıları olan döşəmə və digər səthlər üçün təmizləyici maye aşkar edilərək götürülmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli yoxlama və götürmə haqqında haqqında protokoldan görünür ki, 13 fevral 2023-cü il tarixində Qərb Ərazi baş Gömrük İdarəsinin «Mazımqara» gömrük postunda keçirilən baxış zamanı müşayiət sənədlərində göstərilməyən plastik qablarda qablaşdırılmış 6 ədəd üzərində «DOMİ qualita perfetta; Dishwashing liquid; 500 ml» markalanma yazıları olan qab yuyan maye, 4 ədəd üzərində «DOMİ qualita perfetta; Dishwashing liquid;1000 ml» markalanma yazıları olan qabyuyan maye, 6 ədəd üzərində «DOMİ qualita perfetta; Bathroom cleaner; 550 ml» markalanma yazıları olan hamam təmizləyici maye, 4 ədəd üzərində «DOMİ qualita perfetta;Toilet bovvl gel cleaner; 1000 ml markalanma yazıları olan tualet təmizləyici gel, 2 ədəd üzərində «DOMİ qualita perfetta;Glass and mirrors cleaner, 500 ml marklanma yazıları olan şüşə təmizləyici maye, 2 ədəd üzərində «DOMİ qualita perfetta; Multi-purpose floor and other surfaces cleaner; 100 ml» markalanma yazıları olan döşəmə və digər səthlər üçün təmizləyici maye aşkar edilərək götürülmüşdür. İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 fevral 2023-cü il tarixli 9/1292 nömrəli rəyindən görünür ki, qərardadda göstərilən 6 adda təmizləyici vasitələrin ümumilikdə orta qiyməti təxminən 108,40 manat müəyyən edilir.Həmin malların ayrıayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində olan cədvəldə göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/1292 nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizas tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X1 Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsilə hüquqi şəxsi təqsirli bilməməsi, müşayiət sənədlərində göstərilməyən plastik qablarda qablaşdırılmış 6 ədəd üzərində «DOMİ qualita perfetta; Dishwashing liquid; 500 ml» markalanma yazıları olan qab yuyan maye, 4 ədəd üzərində «DOMİ qualita perfetta; Dishwashing liquid;1000 ml» markalanma yazıları olan qabyuyan maye, 6 ədəd üzərində «DOMİ qualita perfetta; Bathroom cleaner; 550 ml» markalanma yazıları olan hamam təmizləyici maye, 4 ədəd üzərində «DOMİ qualita perfetta;Toilet bovvl gel cleaner; 1000 ml markalanma yazıları olan tualet təmizləyici gel, 2 ədəd üzərində «DOMİ qualita perfetta;Glass and mirrors cleaner, 500 ml marklanma yazıları olan şüşə təmizləyici maye və 2 ədəd üzərində «DOMİ qualita perfetta; Multi-purpose floor and other surfaces cleaner; 100 ml» markalanma yazıları olan döşəmə və digər səthlər üçün təmizləyici mayenin Şəxs ünvanına gəlmədiyi, cəmiyyətin həmin malları sifariş vermədiyi, Şəxs İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmadığı barədə izahatına hüquqi qiymət verərək, hesab edir ki, həmin izahat işin faktoloji hallarına uyğun deyildir və işdəki mötəbər sübutlarla, o cümlədən Qərb Ərazi Baş Gömrük İdarəsinin «Mazımçay» gömrük postunun rəisinin xx.xx.2023-cü il tarixli raportu, yoxlama və götürmə haqqında xx.xx.2023-cü il tarixli protokol, inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında 15 fevral 2023-cü il tarixli qərardad, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/1292 nömrəli rəyi ilə təkzib olunur. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X1 məhkəmədə verdiyi izahatı sübut kimi qəbul olunmur. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən az miqdarda malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 479-cu maddəsinin «Qeyd» hissəisnə əsasən bu Məcəllənin 479 - 481, 482.1, 482.2 və 482-1-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. İşdəki sübutları araşdırıb, işin hallarını və hüquq normalarının tələblərini nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarına əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 26.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 26.2-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Törədilmiş xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, o cümlədən onun maliyyə və əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsi (məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsi) tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Həmçinin iş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 manat hüquqi şəxs Şəxsndən alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflər: 55.1.1. zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilmiş məbləğlərdən; 55.1.2. maddi sübutların saxlanılmasına, göndərilməsinə (daşınmasına) və tədqiq edilməsinə xərclənən məbləğlərdən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Azərbaycan Respublikası İXM-nin 55.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə məsrəflərin məbləği məsrəflərə aid olan çəkilmiş xərcləri təsdiq edən işə əlavə edilmiş sənədlər əsasında müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan plastik qablarda qablaşdırılmış 6 ədəd üzərində «DOMİ qualita perfetta; Dishwashing liquid; 500 ml» markalanma yazıları olan qab yuyan maye, 4 ədəd üzərində «DOMİ qualita perfetta; Dishwashing liquid;1000 ml» markalanma yazıları olan qabyuyan maye, 6 ədəd üzərində «DOMİ qualita perfetta; Bathroom cleaner; 550 ml» markalanma yazıları olan hamam təmizləyici maye, 4 ədəd üzərində «DOMİ qualita perfetta;Toilet bovvl gel cleaner; 1000 ml markalanma yazıları olan tualet təmizləyici gel, 2 ədəd üzərində «DOMİ qualita perfetta;Glass and mirrors cleaner, 500 ml marklanma yazıları olan şüşə təmizləyici maye, 2 ədəd üzərində «DOMİ qualita perfetta; Multi-purpose floor and other surfaces cleaner; 100 ml» markalanma yazıları olan döşəmə və digər səthlər üçün təmizləyici maye müsadirə edilsin (məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçirilsin); iş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 manat hüquqi şəxs Şəxsndən alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar