Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 3(019)-135/2024 29.03.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X7 Xidmətinin Şimal Regional X5 İdarəsinin nümayəndəsi X2 və barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X1 iştirakı ilə, X3 tərəfindən Azərbaycan Respublikası FHN-nin X7 Xidmətinin Şimal Regional X5 İdarəsinin barəsində tərtib etdiyi 13 noyabr 2023-cü il tarixli MN№1669409 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: X3 məhkəməyə şikayətlə müraciət edərək, Azərbaycan Respublikası FHN-nin X7 Xidmətinin Şimal Regional X5 İdarəsinin barəsində tərtib etdiyi 13 noyabr 2023-cü il tarixli MN№1669409 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 məhkəməyə ərizə təqdim edərək ayrıca şikayət ərizəsi və müddətin bərpası ilə bağlı vəsatətlə məhkəməyə müraciət edəcəyini bildirərək, Azərbaycan Respublikası FHN-nin X7 Xidmətinin Şimal Regional X5 İdarəsinin barəsində tərtib etdiyi 13 noyabr 2023-cü il tarixli MN№1669409 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi ilə bağlı şikayət ərizəsinin ona geri qaytarılmasını xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş ərizəyə baxaraq hesab edirəm ki, ərizə təmin edilməli, X3 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, qanunvericiliyə əsasən X1 qərardan şikayət vermək hüququ olduğu kimi həmin şikayəti geri götürmək hüququ da vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qərardaddan şikayət verilməsi isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair 3 may 2019-cu il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, X3 tərəfindən Azərbaycan Respublikası FHN-nin X7 Xidmətinin Şimal Regional X5 İdarəsinin barəsində tərtib etdiyi 13 noyabr 2023-cü il tarixli MN№1669409 saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6 və 128-130-cu maddələrini rəhbər tutub q ə r a r a a l d ı m: X3 tərəfindən Azərbaycan Respublikası FHN-nin X7 Xidmətinin Şimal Regional X5 İdarəsinin barəsində tərtib etdiyi 13 noyabr 2023-cü il tarixli MN№1669409 saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-135/2024
Balakən Rayon Məhkəməsi Qərardad — İş №3(019)-135/2024
29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver