Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № 3(019)-137/2024 06.04.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə1 iştirakı ilə, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 528.1-ci maddəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Balakən rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 18 mart 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Nümayəndə1 məhkəməyə ərizə təqdim edərək Balakən rayon İcra və Probasiya şöbəsinin icraatında olan Balakən Rayon Məhkəməsinin 2(019)-145/2023 nömrəli xx.xx.2023-cıı il tarixli icra sənədi üzrə borclu Şəxs barəsində tərtib edilmiş protokolu baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş ərizəyə baxaraq hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə tərtib olunmuş 18 mart 2024-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər icraatdan çıxarılaraq Balakən rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qanun normalarının məzmunundan görünür ki, inzibati xəta haqqında protokol tərtib etməklə inzibati xəta haqqında iş üzrə icraat başlamış vəzifəli şəxs Nümayəndə1 ərizəsi əsasında Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* №-li inzibati xəta haqqında protokolun və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qanunvericiliyin tələblərinə zidd deyildir və əsaslıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair 3 may 2019-cu il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə tərtib olunmuş 18 mart 2024-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəmə baxışından çıxarılaraq Balakən rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6 və 128-130-cu maddələrini rəhbər tutub qəraraaldım: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə tərtib olunmuş 18 mart 2024-cü il tarixli MN ******* №-li inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəmə baxışından çıxarılaraq Balakən rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-137/2024
Balakən Rayon Məhkəməsi Qərardad — İş №3(019)-137/2024
06.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver