Məhkəmə qərarları › İş №3(019)-14/2021

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-14/2021

15.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-14/2021 15.01.2021 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X9 qızının katibliyi ilə xx.xx.1958-ci ildə Balakən rayonunun Şərif kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ali təhsilli, evli, pensiyaçı, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Balakən rayonunun Qullar kəndində yaşayan Şəxs Siracəddinoviçin barəsində Balakən Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə saat 11:30-radələrində idarə etdiyi «Mersedes-Vito» markalı **-HA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Balakən rayonunun Qullar kəndindən Balakən şəhəri istiqamətində hərəkətdə olarkən, Tülü dairəsi adlanan yerdə dairəni dönməkdə olan avtomaşını gözləməmiş, yol ayrıcını keçmə qaydasını pozaraq, hərəkətdə olan X3 idarə etdiyi VAZ-21099 markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşmuş, nəticədə avtomaşında olan X1 qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid xəsarət almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Siracəddinoviç və zərərçəkmiş şəxs X8 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İXMnin 61.3 və 62.4-cü maddələrinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Siracəddinoviçin və zərərçəkmiş şəxs X5 iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Siracəddinoviçin sözügedən inzibati xətanı törətməsi işdə olan sübutlarla məhkəmə iclasında aşağıdakı qaydada tam sübuta yetirildi. İşdə olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Balakən rayon Polis Şöbəsində verdiyi izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 11:30 radələrində özünə məxsus «Mersedes-Vito» markalı, **-HA-*** dövlət nömrə nişanlı avtomaşınla yaşadığı Balakən rayonu Qullar kəndindən Balakən şəhəri istiqamətinə doğru hərəkətdə etmişdir. Balakən- Qabaqçöl qəsəbəsi avtomobil yolunda Tülü dairəsi adlanan yerdə avtomobillərin hərəkət etməsi üçün dairəni gözləmiş, lakin idarə etdiyi «Mersedes-Vito» markalı avtomaşını biraz dairəyə yaxın yerdə saxlamışdır. Bu zamani idarə etdiyi avtomaşının ön hissəsi həmin dairəni dönərək Balakən rayonu Talalar kəndi istiqamətdə hərəkətdə olan VAZ-21099 markalı **-BE-*** dövlət nömrə nişanlı avtomaşının arxa sağ qapısına dəymişdir. O, dərhal avtomaşından düşərək VAZ-21099 dövlət nömrə nişanlı avtomaşının sürücüsünün və qarşıda əyləşmiş şəxsin xəsarət alıb-almamalarını sourşmuşdur. X11 heç bir xəsarətinin olmadığını, sonradan adını bildiyi Polad Qarayev isə sağ döş nahiyəsini göstərərək həmin hissədə bir az ağrı olduğunu bildirmişdlir. O, sonuncunu rayon Mərkəzi Xəstəxanasına aparmaq istəmiş, lakin Polad Qarayev hər-hansı bir xəsarətin olmadığını bildirmişdir. Hadisə zamanı o, spirtli içki və psixotrop maddənin təsiri altında olmamış və onun avtomaşını idarə etmək üçün BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. İşdə olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş zərərçəkmiş şəxs X2 rayon Polis Şöbəsində verdiyi izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 11:30 radələrində həmkəndlisi və tanışı Cəyizadə Xaqani Qurban oğlunun idarə etdiyi VAZ- 21099 markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomaşınla Balakən şəhər mərkəzindən Balakən rayonu Talalar kəndinə gedərkən avtomaşında qabaq oturacaqda əyləşmişdir. Balakən rayonu Tülü dairəsi adlanan yerə çatan zamanı X11nin idarə etdiyi avtomaşın döndüyü zaman Tülü kəndi istiqamətindən gələn “Mersedes-Vito” markalı avtomaşın onun sərnişin kimi əyləşdiyi VAZ-21099 dövlət nömrə nişanlı avtomaşının dairəni dönməsini gözləmədən hərəkəti davam etdirmiş və «Mersedes-Vito» markalı avtomaşının ön hissəsi Xəqan Cəyizədanən idarə etdiyi VAZ-21099 markalı avtomaşının sağ hər iki qapısının orta hissəsindən dəymiş və avtomaşının hər iki qapısını əzmişdir. Həmin vaxt VAZ-21099 markalı avtomaşının qapısı onun sağ döş qəfəsini bir az sıxaraq əzmişdir. Həmin vaxt avtomaşında ondan və sürücüdən başqa heç kim olmamışdır. O, sonradan rayon Mərkəzi Xəstəxanasına getmiş və məhkəmə tibb ekspertizasından müayinədən keçmiş və yüngül xəsarət alması müəyyən edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş X4 göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 11:30 radələrində etibarnamə əsasında idarə etdiyi VAZ- 21099 markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomaşınla Balakən şəhərindən yaşadığı Balakən rayonu Talalar kəndi istiqamətində hərəkətdə olarkən Tülü dairəsi adlanan yerə çatdığı zaman həmin dairəni dönmüş, bu zaman sağ yolla Tülü kəndi istiqamtindən gələn «Mersedes Vito» markalı avtomaşın onun dairəni dönməsini gözləmədən hərəkətini davam etdirmişdir. Həmin zaman Mersedes-Vito» markalı avtomaşının ön hissəsi onun idarə etdiyi avtomaşının sağ hər iki qapısının orta hissəsindən dəymiş və avtomaşının hər iki qapısı əzimişdlir. Hadisə zamanı onun idarə etdiyi avtomaşında sərnişin kimi həmkəndlisi Polad əyləşmişdir. O, avtomaşından yerə düşərək Polada yaxınlaşmış və hər hansı bir xəsarət alıb almamasını soruşmuş, Pold ona hər hansı bir xəsarətin olmadığını, lakin sağ döş qəfəsinin bir az ağrıdığını bildirişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Balakən rayonu Talalar kənd sakini Qarayev Polad Əsəd oğlunun baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alaraq RMX-na müraciət etməsi əsasında toplanılmış HK-1-884 saylı material üzrə cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti Balakən rayonu Qullar kənd sakini İsayev Məhəmməd Siracəddinoviçin barəsində inzibati tədbir görülməsi üçün Balakən rayon PŞ-nin DYPB-nə göndərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə tibb-ekspertizasının xx.xx.2020-ci il tarixli 351 nömrəli rəyində göstərilmişdir ki, Qarayevdə müəyyən edilmiş xəsarət-sağ 9-cu qabırğanın yerdəyişməyən sınığı-bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə yəni, xx.xx.2020ci ildə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli 372 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Cəyizadə Xaqani Qurban oğlu xx.xx.202020-ci il tarixdə saat 12:00 radələrində ayıq olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli 373 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs xx.xx.2019-cu il tarixdə saat 12:05 radələrində ayıq olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli «777» Avtoservis tərəfindən tərtib edilmiş aktından görünür ki, VAZ-21099 markalı **-BE-*** dövlət nömrə nişanlı avtomaşına 1703 manat ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində inzibati məsuliyyət nəzədə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətaları törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşimançılığı onun məsuliyyətini yüngülləşdirən haldır, onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında iki yüz manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılma tənbehi nəzərdə tutulur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Siracəddinoviçin şəxsiyyətini, törədilmiş xətanın xarakterini, onun məsuliyyətini yüngülləşdirən halı, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimənin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada alındığı gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar