Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-140/2024 01.04.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələri ilə icraat başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Azərbaycan Respublikası ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs MMC 02 mart 2024-cü il tarixində Türkiyə Respublikasında qeydiyyatda olan “X3 Gida Ta. X8.” Şirkətindən idxal etdiyi 450 ədəd 5.5 kq-lıq “Ariel oxı+” markalı yuyucu tozu, 80 ədəd 2.7 İt-lik “Perwoll renkli” markalı yuyucu vasitəni, 160 ədəd 2.7 İt-lik “Perwoll siyah” markalı yuyucu vasitəni, 1200 ədəd “Bref markalı 2-li rezervuar kubları, 400 ədəd 85 tabletlik “Finish Powerball” markalı qabyuyan maşın üçün yuyucu vasitəni, 96 ədəd 450 ml-lik “Hobby” markalı duş gelini, 504 ədəd 500 ml-lik “Hobby” markalı duş gelini, 360 ədəd 450 ml-lik “Yumoş” markalı təmizlik vasitəsini, 7200 ədəd “Momendol; 15pcs” markalı nəm salfeti, 640 ədəd şəffaf plastik qutuda qablaşdırılmış “Duru; 4x100gr/400gr” markalı sabunu, hər birində 4 ədəd olmaqla selofan paketdə qablaşdırılmış 270 ədəd “DURU; Shower bar” markalı sabunu, hər birində 4 ədəd olmaqla selofan paketdə qablaşdırılmış 270 ədəd “DURU; Duş sabunu” markalı sabunu gömrük orqanına bəyan etmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirtmişdir. O,həmçinin yükün müşaiyət sənədlərində malların sayını düzgün göstərməyərək, xx.xx.2024-cü il tarixli MSF**********175 saylı invoysunda 600 ədəd göstərildiyi halda, faktiki olaraq 1800 ədəd 350 ml-lik “Head & Shoulders” markalı saç şampununu və 6000 ədəd göstərildiyi halda faktiki olaraq 24000 ədəd sellofan bağlamada qablaşdırılmış üzərində “Acord cleaning cloth; 3Pcs” markalanma yazısı olan 35x38 sm ölçülü mətbəx üçün təmizlik bezini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirtmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin həmin inzibati xətaları törətməsi məhkəmə iclasında aşağıdakı qaydada sübuta yetirildi. İnzibati xəta haqqında iş üzrə icraat başlamış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında göstərdi ki, 02 mart 2024-cü il tarixində Türkiyə Respublikasında qeydiyyatda olan “X3 Gida Ta. X8.” Şirkətindən Azərbaycan Respublikası ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs MMC-yə idxal olunan yükü gətirən Türkiyə Respublikasının vətəndaşı X6 idarə etdiyi “DAF” markalı,27ATV268/27APU785 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin və malların yoxlanılması və onlara gömrük baxışı həyata keçirilərkən müəyyən olunmuşdur ki, Şəxs MMC 450 ədəd 5.5 kq-lıq “Ariel oxı+” markalı yuyucu toz, 80 ədəd 2.7 İt-lik “Perwoll renkli” markalı yuyucu vasitəni, 160 ədəd 2.7 İt-lik “Perwoll siyah” markalı yuyucu vasitəni, 1200 ədəd “Bref markalı 2-li rezervuar kubları, 400 ədəd 85 tabletlik “Finish Powerball” markalı qabyuyan maşın üçün yuyucu vasitəni, 96 ədəd 450 ml-lik “Hobby” markalı duş gelini, 504 ədəd 500 ml-lik “Hobby” markalı duş gelini, 360 ədəd 450 ml-lik “Yumoş” markalı təmizlik vasitəsini, 7200 ədəd “Momendol; 15pcs” markalı nəm salfeti, 640 ədəd şəffaf plastik qutuda qablaşdırılmış “Duru; 4x100gr/400gr” markalı sabunu, hər birində 4 ədəd olmaqla selofan paketdə qablaşıdırılmış 270 ədəd “DURU; Shower bar” markalı sabunu, hər birində 4 ədəd olmaqla selofan paketdə qablaşdırılmış 270 ədəd “DURU; Duş sabunu” markalı sabunu gömrük orqanına bəyan etmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirtmişdir. O, həmçinin yükün müşaiyət sənədlərində malların sayını düzgün göstərməyərək, xx.xx.2024-cü il tarixli MSF**********175 saylı invoysunda 600 ədəd göstərdiyi halda faktiki olaraq 1800 ədəd 350ml-lik “Head & Shoulders” markalı saç şampununu və 6000 ədəd göstərdiyi halda faktiki olaraq 24000 ədəd sellofan bağlamada qablaşdırılmış üzərində “Acord cleaning cloth; 3Pcs” markalanma yazısı olan 35x38 sm ölçülü mətbəx üçün təmizlik bezini Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmişdir. Odur ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Tərtib olunmuş protokollar əsaslıdır. Şəxs MMC barəsində cərimə tənbehinin tətbiq olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Lakin Şəxs MMC-nin təsisçisi və direktoru X4 məhkəməyə teleqram göndərərək, xx.xx.2024-cü il tarixdə saat 16:45-ə təyin olunmuş məhkəmə iclasında səhhətində yaranmış rahatsızlıqla əlaqəli iştirak edə bilməyəcəyini göstərərək məhkəməni onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə hüquqi şəxs Şəxs MMC-nin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. İşdə olan, Şəxs MMC-nin nümayəndəsi X2 izahatında göstərilmişdir ki, o, xx.xx.1983cü il tarixdə Şabran rayonunda anadan olmuşdur. Şabran rayonu, Çölquşçü kəndində daimi qeydiyyatdadır, lakin ünvan 3 ünvanında yaşayır. xx.xx.2020-ci il tarixində Şəxs MMC-ni təsis etmiş və ********** saylı enyniləşdirmə nömrəsi ilə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Firmanının əsas fəaliyyəti Türkiyə Respublikasından yuyucu vasitələri alıb Sədərək ticarət mərkəzində pərakəndə və topdan satışını həyata keçirməkdir. Belə ki, malları adətən Türkiyənin Gaziantep şəhərində qeydiyyatda olan “X3 Gida Taş. Və San.Tic” şirkətindən alırlar. Sonuncu müqavilələr xx.xx.2023-cü il tarixində bağlanmışdır və müqavilənin 01.01 2025-ci il tarixinədək qüvvəsi vardır. Bu müqaviləyə əsasən dəqiq günü xatırlamır, təxminən bir həftə əvvəl “X3 Gida Taş. Və San.Tic” şirkətinin rəhbəri Mesut bəylə danışmış və xx.xx.2024-cü il tarixli, MSF**********175 saylı invoysda göstərilən malları sifariş etmişdir. Qarşı firma malı yola saldıqdan sonra yük müşayət sənədlərinin surətlərini onlara göndərmişdir.Bu sənədlərə əsaslanıb dolayı təmsilçi, yəni "xxxx" MMC tərəfindən gömrük orqanına elektron formada Qısa idxal bəyannaməsi tərtib edilərək göndərilmişdir. 02 mart 2024-cü il tarixdə ünvanlarına sifariş etdikləri malları gətirən “DAF” markalı, 27ATV/27APU785 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin sürücüsü Mehmet Ayhan mobil telefon vasitəsi ilə ona zəng edərək məlumat vermişdir ki, idarə etdiyi yük maşınındakı mallar “Mazımqara” gömrük postunun terminalında yoxlanılır. Daha sonra sürücü bir də ona zəng edrək demişdir ki, maşının yük yerində sənədlərdə olmayan mallar olduğu üçün maşından düşürüblər. İşdə olan 02 mart 2024-cü il tarixli yoxlama və götürmə haqqında protokoldan görünür ki, 02 mart 2024-cü il tarixində Türkiyə Respublikasında qeydiyyatda olan “X3 Gida Ta. X8.” Şirkətindən Azərbaycan Respublikası ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs MMC-yə idxal olunan yükü gətirən Türkiyə Respunlikasının vətəndaşı X7 idarə etdiyi “DAF” markalı,27ATV268/27APU785 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsindən yük müşayət sənədlərində göstərilməyən 1200 ədəd 350ml-lik “Head & Shoulders” markalı saç şampunu, 18000 ədəd üzərində “Acord cleaning cloth; 3Pcs” markalanma yazısı olan 35x38 sm ölçülü mətbəxt üçün təmizlik bezi, 450 ədəd 5.5 kq-lıq “Ariel oxı+” markalı yuyucu toz, 80 ədəd 2.7 İt-lik “Perwoll renkli” markalı yuyucu vasitə, 160 ədəd 2.7 İt-lik “Perwoll siyah” markalı yuyucu vasitə, 1200 ədəd “Bref markalı 2-li rezervuar kubları, 400 ədəd 85 tabletlik “Finish Powerball” markalı qabyuyan maşın üçün yuyucu vasitə, 96 ədəd 450 ml-lik “Hobby” markalı duş geli, 504 ədəd 500 ml-lik “Hobby” markalı duş geli, 360 ədəd 450 ml-lik “Yumoş” markalı təmizlik vasitəsi, 7200 ədəd “Momendol; 15pcs” markalı nəm salfet, 640 ədəd şəffaf plastik qutuda qablaşdırılmış “Duru; 4x100gr/400gr” markalı sabun, hər birində 4 ədəd olmaqla selofan paketdə qablaşdırılmış 270 ədəd “DURU; Shower bar” markalı sabun, hər birində 4 ədəd olmaqla selofan paketdə qablaşdırılmış 270 ədəd “DURU; Duş sabunu” markalı sabun aşkar olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 12 mart 2024-cü il tarixdə verilmiş 9/1852 nömrəli ekspertiza rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 14 adda yuyucu və təmizlik vasitələrinin ümumilikdə xx.xx.2024-cü il tarixə orta bazar qiyməti təxminən 46092,80 manat müəyyən edilir. Həmin əşyaların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində olan cədvəldə göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən az miqdarda malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə isə İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən,habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, isə İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələri ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.3-cü maddələrinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki,Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyasında inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin müsadirəsi, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə tənbehi, 482.2-ci maddəsinin sanksiyasında isə inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə tənbehi nəzərdə tutulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyasında mallar və nəqliyyat vasitələrinin müsadirəsi tənbehi nəzərdə tutulduğundan o daha ciddi xəta hesab edilir, ona görə də Hüquqi şəxs Şəxs MMC barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən törədilmiş xətanın xarakterini, bəyan edilməmiş və düzgün bəyan edilməmiş malların həcmini, cərimə tənbehinin onun qanunlara əməl etmək ruhunda tərbiyyələnməsinə kifayət etməyəcəyini nəzərə alaraq hesab edirəm ki, hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli, İnzibati Xətalar Məcəlləsinin 482.1 -ci maddəsi ilə onun barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirəsi tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 482.2-ci maddələrinində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 482.1 -ci maddəsi ilə ondan aşkar olunaraq götürülmüş və Balakən Gömrük İdarəsinin “Mazımqara” gömrük postunda saxlanılan, 46092,80 manat dəyərində mallar- 450 ədəd 5.5 kq-lıq “Ariel oxı+” markalı yuyucu toz ,80 ədəd 2.7 İt-lik “Perwoll renkli” markalı yuyucu vasitə, 160 ədəd 2.7 İt-lik “Perwoll siyah” markalı yuyucu vasitə,1200 ədəd “Bref markalı 2-li rezervuar kubları, 400 ədəd 85 tabletlik “Finish Powerball” markalı qabyuyan maşın üçün yuyucu vasitə , 96 ədəd 450 ml-lik “Hobby” markalı duş geli , 504 ədəd 500 ml-lik “Hobby” markalı duş geli , 360 ədəd 450 ml-lik “Yumoş” markalı təmizlik vasitəsi,7200 ədəd “Momendol; 15pcs” markalı nəm salfet,640 ədəd şəffaf plastik qutuda qablaşdırılmış “Duru; 4x100gr/400gr” markalı sabun, hər birində 4 ədəd olmaqla selofan paketdə qablaşdırılmış 270 ədəd “DURU; Shower bar” markalı sabun,hər birində 4 ədəd olmaqla selofan paketdə qablaşdırılmış 270 ədəd “DURU; Duş sabunu” markalı sabun, 1200 ədəd 350 ml-lik “Head & Shoulders” markalı saç şampununu və 18000 ədəd sellofan bağlamada qablaşdırılmış üzərində “Acord cleaning cloth; 3Pcs” markalanma yazısı olan 35x38 sm ölçülü mətbəx üçün təmizlik bezi müsadirə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №3(019)-140/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-140/2024
01.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver