Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-142/2023 11.04.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1970-ci ildə Balakən rayonu Katex kəndində anadan olmuş, orta təhsilli, evli, işləməyən, Balakən rayonu Katex kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 338.7-ci maddəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdim: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin Yol-Patrul Xidməti Alayının 5-ci taqımının inspektoru, polis kapitanı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsilə xx.xx.2023-cü il tarixli İXP ******* №li inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilir ki, Şəxs tərəfindən xx.xx.2023cü il tarixdə saat 14 radələrində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsilə həmin Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs maddi zərər vurulmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində qapıda saxladığı iri buynuzlu mal tövlədən qaçıb yola çıxmış və Zərərçəkmiş şəxs məxsus avtomobillə toqquşmuşdur. Nəticədə Zərərçəkmiş şəxs məxsus avtomobilə maddi ziyan dəymişdir. O, Zərərçəkmiş şəxs vurulmuş ziyanı tam ödəmiş və zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. İlk dəfədir ki, inzibati xəta törədir. Ona münasibətdə qanuni qərarın çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Şəxs məxsus iri buynuzlu mal magistral yolda onun idarə etdiyi 32BG670 qeydiyyat nişanlı X10 markalı avtomaşına dəymiş və nəticədə onun avtomaşını əzilməklə ona 495 manat məbləğində maddi ziyan vurulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ona vurulmuş maddi ziyanı tam ödəmiş və onunla barışıq əldə etmişdir. Onun Şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Şəxs yüngül tənbehin verilməsini xahiş edir. İş materiallarında olan AE 121851 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2017-ci il tarixdə olmaqla xx.xx.2027-ci il tarixədək qüvvədə olan sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixdə verilmiş AD 225882 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 32BG670 qeydiyyat nişanlı X10 markalı 1998-ci il buraxılışlı avtomaşın X4 adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan notarila qaydada təsdiq edilmiş nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, X5 tərəfindən xx.xx.2022-ci il tarixdə 32BG670 qeydiyyat nişanlı X10 markalı 1998-ci il buraxılışlı avtomaşınla bağlı Zərərçəkmiş şəxs xx.xx.2027-ci il tarixədək qüvvədə olan etibarnamə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Zaqatal rayonu «Avtoservis 100» X1 xx.xx.2023-cü il tarixli avtomobilə dəymiş zərər aktından görünür ki, 32BG670 qeydiyyat nişanlı X10 markalı avtomaşına cəmi 495 manat ziyan dəymişdir. İş materiallarında olan 24 mart 2023-cü il tarixli 131 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı ayıq olmuşdur. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs Balakən Rayon Məhkəməsinə ünvanladığı yazılı ərizəsindən görünür ki, Şəxs tərəfindən vurulmuş ziyan könülü şəkildə ona ödənilmişdir. Şəxs ilə barışmışdır. Ondan heç bir tələbi və şikayəti yoxdur. Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində bu Məcəllənin 338.4 - 338.6cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati məsuliyət nəzərdə tutulmuşdur. İşdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbinə görə fiziki və vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsində inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı və Azərbaycan Respublikası İXM-nin 32.1.7-ci maddəsində törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Qanun normalarının tələbinə və iş materiallarına əsasən inzibati xəta törətməsindən səmimi peşmançılığını, vurulmuş zərərin əvəzinin könüllü surətdə tam ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və ilk dəfə inzibati xəta törətməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alıram. İş materialları ilə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, inzibati xəta törətməsindən səmimi peşmançılığı, vurulmuş zərərin əvəzinin könüllü surətdə tam ödənilməsi, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və ilk dəfə inzibati xəta törətməsi kimi məsuliyyətini yüngülləşdirilən halları və məsuliyyəti ağırlaşdırılan halların olmamasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 80 (səksən) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-142/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-142/2023
11.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver