Məhkəmə qərarları › İş №3(019)-144/2023

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-144/2023

29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-144/2023 29.03.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis X6 Bölməsinin sahə rəisi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1988-ci ildə İsmayıllı rayonunun Şəbiyan kəndində anadan olmuş, ali təhsilli, evli, işləməyən, deməsinə görə inzibati məsuliyyətə cəlb olunmamış, İsmayıllı rayonu Şəbiyan kəndində yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdim: İsmayıllı rayonu Şəbiyan kəndində yaşayan Şəxs 28 mart 2023-cü il tarixdə saat 16:00 radələrində Balakən rayonu Qabaqçöl qəsəbəsi ərazisində narkotik vasitə olan marixuananı şəxsi istehlak miqdarında qəbul etmişdir. Şəxs sözügedən inzibati xətanı törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, şahid ifadəsi və iş materiallarında olan sənədlərlə aşağıdakı qaydada tam sübut olundu . İnzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis X6 Şöbəsinin sahə rəisi Nümayəndə məhkəmə iclasında göstərdi ki, Şəxs barəsində inzibati xəta haqqında icraatın aparılması ona həvalə edilmiş,onun tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin ifadəsi alınmış və İsmayıllı rayonu Şəbiyan kənd sakini xx.xx.1988-ci il təvəllüdlü Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs göstərdi ki, o, İsmayıllı rayonu Şəbiyan kəndində yaşayır. Heç yerdə işləmədiyinə görə xırda və iribuynuzlu mal qaranın alveri ilə məşğul olur. Bu məqsədlə xx.xx.2023-cü il tarixdə yaşadığı İsmayıllı rayonundan tanışı X5 ilə birlikdə Balakən rayonunun Qabaqçöl qəsəbəsi ərazisinə gəlmiş, orada gəzərkən yerdən qızılı kağıza bükülmüş bir bükülü tapmışdır. Həmin bükülünü açdıqda içərisində marixuanaya bənzər ot kütləsi olduğunu görmüşdür. Həmin kütlənin marixuana olduğundan şübhələnərək çəkmək istəmişlər.Həmin kütləni siqaret bükümünə dolduraraq tanışı ilə birlikdə istifadə etmişlər. Həmin kütləni istifadə etdikdən sonra polis əməkdaşları onlara yaxınlaşaraq, özlərini təqdim etmiş və onların şübhəli olduqlarını deyərək onları X7 dəvət etmişlər. Sonra onları yoxlamaq üçün Gəncə narkolji dispansere göndərmişlər.Orada sidiyində marixuana qəbul etdiyi aşkar edilmişdir. Əməlindən peşimandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, Balakən Rayon Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 28 mart 2023-cü il tarixdə Qabaqçöl qəsəbə ərazisində xidmətdə olarkən iki nəfər şəxsin özlərini şübhəli aparmalarını görmüş və onlara yaxınlaşmışdır. Onlarda narkotik sərxoşluğu müşahidə olunduğundan o özünü təqdim edərək həmin şəxsləri X7 dəvət etmişdir. X3 bu şəxslərin İsmayıllı rayon sakinləri Şəxs və X2 olduğu ,onların narkotik vasitə qəbul etdikləri məlum olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 28 mart 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 28.03. 2023-cü il tarixdə saat 16:00-da inzibati qaydada tutulmuş, 29 mart 2023-cü il tarixdə saat 15:00-da azad edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 28 mart 2023-cü il tarixli 669/2023 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs 28 mart 2023-cü il tarixdə saat 22:45-də sidiyində THSaşkar edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanser tərəfindən 28 mart 2023-cü tarixdə verilmiş 514 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir.Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyidən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını,əhalinin sanitariya-epidemioloji salamatlığını,ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını,ictimai qaydanı və ictimai təhlükəsizliyi,ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan,qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs səmimi peşmançılığı məsuliyyətini yüngülləşdirən haldır,onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti yüngülləşdirilən halı, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və narkomaniyadan məcburi müalicə olunmalıdır. Şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalı, onun ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması üçün hazırki qərarın surəti yaşayış yeri üzrə İsmayıllı Rayon Mərkəzi X4 Şəxsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin,300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və Səhiyyə orqanlarında narkomaniyadan məcburi müalicə olunsun. Qərarın icrası İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın, onun ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınması üçün hazırki qərarın surəti yaşayış yeri üzrə İsmayıllı Rayon Mərkəzi X4 Şəxsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar