Məhkəmə qərarları › İş №3(019)-144/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-144/2025

06.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-144/2025 06.04.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, inzibati xəta haqqında icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN-xxxxxxx, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, ünvan 1ində yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: Şəxs 06 aprel 2025-ci il tarixdə saat 00:30 radələrində sərxoş vəziyyətdə ünvan 1ində küçədə uca səslə nalayiq ifadələr işlədən zaman onu nizam-intizama dəvət edən Balakən rayon Polis Şöbəsinin əməkdaşları Şahid1 və X1 qanuni tələblərinə qəsdən tabe olmamışdır. Şəxs sözügedən inzibati xətanı törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, şahidlərin ifadələri və işdə olan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. İnzibati xəta haqqında protokolu tərtib etmiş Balakən Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi X7 məhkəmə iclasında göstərdi ki, Balakən rayon Polis Şöbəsinin DYPB-nin YNH üzrə baş inspektoru, polis kapitanı Şahid1 raportu əsasında Şəxs törətdiyi inzibati xəta üzrə araşdırmanın aparılması ona həvalə edilmişdir. Onun tərəfindən şahidlərin ifadələri, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları alınmış və ünvan 1i ünvanında yaşayan xx.xx.1975-ci il təvəllüdlü Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, evlidir, üç övladı var. Fərdi əməklə, ticarətlə məşğul olur. xx.xx.2025-ci il tarixdə saat təxminən 20 radələrində Balakən şəhəri ərazisində yerləşən restoranların birində tanışları ilə yeyib-içmişdir. Gecə saatlarında qardaşı Telman Əhmədov ona zəng vuraraq bildirmişdir ki, Yol polisi xidməti inspektorları onları Talalar kəndi ərazisində qayda pozuntusuna görə saxlayıblar. O, bundan sonra özünə məxsus olan “Lexus” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomaşına əyləşmiş və həmin ünvana getmişdir. Oraya çatdıqda qardaşının və qardaşı oğlu Nurlanın YPX inspektorları ilə sözlü mübahisə etdiklərini görmüş və o, da əsəbiləşib küçədə uca səslə nalayiq söyüşlər söyməyə başlamışdır. . Polis əməkdaşları ondan etdiyi davranışlara son qoymağını tələb etsələr də o, həddən artıq əsəbi olduğundan öz hərəkətlərini davam etdirmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Əməlindən peşimandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, 2000-ci ildən DİOda və 2025-ci ildən tutduğu vəzifədə xidmət edir. xx.xx.2025-ci il tarixdə saat 00:05 radələrində Balakən RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı Rəsul Qantayevlə birlikdə “KİA-Sportage” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomaşınla Balakən şəhəri R.Səmədov küçəsində xidmətdə olan zaman S.Vurğun küçəsindən hərəkətdə olan “Range- Rover” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomaşının “Yol ver” nişanının tələbini pozaraq R.Səmədov küçəsinə çıxmaqla hərəkətini davam etdirdiyini görmüşlər.Onlar dərhal həmin avtomaşının arxasınca sürərək sayrışan işıq və səsgücləndiricidən istifadə edədək sürücüyə “saxla” işarəsi vermişlər. Avtomaşının sürücüsü avtomaşını saxlamayaraq hərəkətini davam etdirib Balakən rayonu Qabaqçöl qəsəbəsi istiqaməsində sürmüşdür. Sürücü avtomaşını Talalar kəndində yolun Qabaqçöl istiqamətində sol tərəfdə öz evinin qarşısında saxlamışdır. Avtomaşından sürücü ünvan 1 sakini X8 və arxa sol tərəfdən onun əmisi, ünvan 1 sakini X4 düşmüşlər. YPX inspektoru Rəsul Qantayev sürücü Nurlan Əhmədova yaxınlaşıb özünü təqdim edərək etdiyi qayda pozuntusunu izah etmiş, bu zaman sürücü Nurlan Əhmədov və əmisi Telman Əhmədov uca səslə ünvansız nalayiq ifadələr işlədib “yaxşı edirik qayda pozuruq” demişlər. Onlar efir vasitəsi ilə xidmətdə olan YPX-nin inspektorları, polis baş leytenantı Elbrus Maçanovu və polis baş serjantı Şahid3 də oraya çağırmışlar və bir neçə dəqiqə sonra onlar da həmin yerə gəlmişdirlər. Bundan sonra Telman Əhmədov telefon vasitəsi ilə qardaşı, ünvan 1 sakini Şəxs zəng edərək oraya çağırmışdır. Şəxs özünə məxsus olan “Lexus” markalı, **- TT-*** dövlət qeydiyyat nişanlı avtomaşınla oraya gəlmişdir. Şəxs avtomaşından düşən kimi uca səslə ünvansız nalayiq ifadələr işlədib nəyə görə onun qohumlarını saxladıqlarına etirazını bildirmiş və onların xidməti vəzifələrini yerinə yetirmələrinə maneçilik etməyə başlamışlar. Onlar dəfələrlə Şəxs nizam-intizama dəvət edib ondan etdiyi davranışa son qoymasını tələb etsələr də o, onların qanuni tələblərinə qəsdən tabe olmayaraq söyüşlər söyməyi davam etdirmişdir. Ətrafa çoxlu vətəndaşların yığışmasını, eyni zamanda onun həddindən artıq sərxoş olmasını nəzərə alaraq ondan evinə getməsini xahiş etmişlər. Şəxs təxminən 15 dəqiqə öz hərəkətlərini davam etdirdikdən sonra onlar tərəfindən sakitləşdirilmiş və öz evinə göndərilmişdir Onlar da yenidən xidmətə qayıtmışlar. Sonra bu barədə Balakən Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Balakən RPŞ-nin DYPB-nin YPXinspektoru X3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, 2016-ci ildən DİOda və 2024-cü ildən tutduğu vəzifədə xidmət edir. xx.xx.2025-ci il tarixdə saat 00:15-də Balakən RPŞ-nin DYPB-nin YPX-nin inzibati təcrübə üzrə baş inspektoru, polis baş leytenantı Elbrus Maçanovla birlikdə “BMW” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomaşınla Balakən şəhəri H.Əliyev prospektində xidmətdə olan zaman efir vasitəsi ilə rayonun Talalar kəndində kömək məqsədi ilə gəlmələri istənilmişdir. Bundan sonra onlar həmin ünvana getmişlər. Oraya çatdıqda görmüşlər ki, Talalar kənd sakini Şəxs polis əməkdaşları ilə əsassız mübahisə edir, ətrafda olan vətəndaşlara məhəl qoymadan uca səslə ünvansız söyüşlər söyür. Onlar dəfələrlə Şəxs nizam-intizama dəvət edib ondan etdiyi davranışa son qoymasını tələb etsələr də o, onların qanuni tələblərinə qəsdən tabe olmayaraq söyüşlər söyməyi davam etdirmişdir. Ətrafa çoxlu vətəndaşların yığışmasını, eyni zamanda onun həddindən artıq sərxoş olmasını nəzərə alaraq ondan evinə getməsini xahiş etmişlər .Şəxs təxminən 15-20 dəqiqə öz hərəkətlərini davam etdirdikdən sonra onlar tərəfindən sakitləşdirilmiş və öz evinə göndərilmişdir Onlar da yenidən xidmətə qayıtmışlar. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 06 aprel 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 06 aprel 2025-ci il tarixdə 09:00-da inzibati qaydada tutulmuş, 06 aprel 2025-ci il tarixdə saat 15:00-da azad edilmişdir. İşdə olan 06 aprpel 2025-ci il tarixli 1259 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə 11:10-da 0,778 promill sərxoş olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 06 aprel 2025-ci il tarixli arayışdan görünür ki, ünvan 1 sakini xx.xx.1975-ci il təvəllüdlü Şəxs əvvəllər inzibati məsuliyyətə cəlb olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə isə həmin Məcəllənin 535.1-ci maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir,onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar,onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 məsuliyyətini yüngülləşdirən hal yoxdur, onun bu inzibati xətanı sərxoş vəziyyətdə törətməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halların olmamasını, məsuliyyəti ağırlaşdıran halı, törədilmiş xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli, barəsində inzibati həbs tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin, 15 (on beş) gün müddətə inzibati həbs edilsin. Həbs müddətinin əvvəli 06 aprel 2025-ci il tarixdən saat 09:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Balakən Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10(on) gün müddətində işə baxan hakim vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar