Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-146/2023 16.05.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X3, onun müdafiəçisi- Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil və 12 may 2023-cü il tarixdə keçirilən məhkəmə prosesində iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin barəsində tərtib etdiyi xx.xx.2023-cü il tarixli MN MN ******* nömrəli inzibati xəta haqqında protokolun və 15 mart 2023-cü il il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilib iş üzrə icraata xitam verilməsinə dair verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: X12 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin barəsində tərtib etdiyi xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokolun və 15 mart 2023-cü il il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, X12 şikayətində texniki səhvə yol verərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin barəsində tərtib etdiyi inzibati xəta haqqında protokolun tarixini səhvən xx.xx.2023-cü il, nömrəsini isə səhvən MN ******* nömrəli kimi göstərmişdir. Halbuki həmin inzibati xəta haqqında protokolun tarixi 01 mart 2023-cü il, nömrəsi isə MN ******* nömrəlidir. Ona görə də məhkəmə hazırki şikayətin predmeti üzrə X12 barəsində tərtib edilən inzibati xəta haqqında protokolun tarixini 01 mart 2023-cü il, nömrəsini isə MN ******* nömrəli kimi qəbul edir. X12 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində 15 mart 2023-cü ildə inzibati tənbeh vermə haqqında MN №1290050 nömrəli qərar və xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokol əsasında Azərbaycan Respublikası İXM-nin 253.2 və 253.4 maddələri ilə inzibati xəta törətməsi barədə qərar qəbul etmişdir. Həmin qərarda və protokolda qeyd olunur ki, o, xx.xx.2023-cü ildə Balakən rayonu İtitala kəndində bələdiyyəyə məxsus torpaq sahəsində heç bir icazə sənədi olmadan 8 (səkkiz) ədəd kök üstə yaş ağacları məhv etmiş, 1 ədəd ağacı isə zədələmişdir. O, həmin qərarla Azərbaycan Respublikası İXM-nin 253.2 və 253.4 maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirli bilinmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 mart 2023-cü il tarixli MN №1290050 nömrəli protokolundan və qərarından narazıdır. Qərar qanunsuz və əsassızdır. Bildirmək istəyir ki, o, həmin ərazini Balakən rayonu İtitala Bələdiyyəsindən icarəyə götürmüşdür. Orada kol-kos basmış yerləri təmizləyib oradan əkin sahəsi kimi istifadə etmək istəmişdir. Həmin ərazini şumlayarkən orada olan xırda ağaclar ehtiyatsızlıqdan kökündən çıxmışdır ki, o da həmin ağacları geri əkmişdir. Həmin ağaclar məhv olmayıb. Bir ədəd ağac isə şumlama işləri apararkən zədələnmişdir. Lakin onu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional İdarəsi Azərbaycan Respublikası İXM-nin 253.2 və 253.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilmişdir. O, özünü Azərbaycan Respublikası İXM-nin 253.2 və 253.4-cü maddələri ilə təqsirli bilmir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X12 şikayəti müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verimş və əlavə olaraq barəsində inzibati xəta haqqında işə baxılarkən onun iştirakının təmin edilməməsini, ona işə baxılmasının yeri və müddəti haqqında məlumatın verilməməsini və şəhid qardaşı olduğunu göstərərək, şikayətinin təmin olunmasını xahiş etmişdir. Hazırki iş üzrə 12 may 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə X3 meşə fonduna daxil olmayan ağacları məhv etdiyini və zədələdiyini, buna görə X12 barəsində Azərbaycan Respublikası İXM-nin 253.2 və 253.4-cü maddələri ilə 01 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunduğunu, həmin protokol əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 inzibati tənbeh vermə haqqında 15 mart 2023-cü il tarixli, ******* saylı qərarı ilə X3 Azərbaycan Respublikası İXM-nin 253.2 və 253.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı 2000 (iki min) manat cərimə edildiyini, həmin qərarın tamamilə qanuni və əsaslı olduğunu göstərərək, şikayətin rədd edilməsini və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisinin inzibati tənbeh vermə haqqında 15 mart 2023-cü il tarixli ******* saylı qərarının qüvvədə saxlanmasını xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi, onun müdafiəçisini və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsini dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək, hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 X12 barəsində 15 mart 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv olunmalı və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin idarəyə göndərilməlidir. Belə ki, iş materiallarında olan 01 mart 2023-cü il tarixli MN1495563 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X12 barəsində Balakən rayonu İtitala kəndində heç bir icazə sənədi olmadan İtitala bələdiyyəsinə məxsus torpaq sahəsində köküstə yaş 8 (səkkiz) ədəd ağacı məhv etməsi və 1 ədəd ağacı zədələməsi əsası ilə Azərbaycan Respublikası İXM-nin 253.2 və 253.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi istinad olunmaqla onun haqqında həmin maddələr ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 15 mart 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X12 Azərbaycan Respublikası İXM-nin 253.2 və 253.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək, 2000 manat məbləğdə inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan Balakən rayonu İtitala Bələdiyyəsinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X13 ünvanladığı 28 fevral 2023-cü il tarixli 04 nömrəli məktubunda göstərilir ki, İtitala kənd sakini X4 idarəyə şifahi müraciətində qeyd olunan ağacların kürünərək məhv olduğu ərazi İtitala Bələdiyyəsinin mülkiyyətinə aid ərazidir. Həmin ərazi uzun illər əvvəl suvarma məqsədilə yaradılmış su anbarı olmuşdur. Təxminən 20 ildir ki, həmin su anbarı qurumuş, yerində bataqlıq yaranmışdır. İş materiallarında olan Balakən rayonu İtitala Bələdiyyəsinin 16 may 2023-cü il tarixli 09 nömrəli arayışında göstərilir ki, X12 bir neçə ay əvvəl İtitala Bələdiyyəsinə məxsus torpaq sahəsində traktorla qurumuş kol-kosu və çör-çöpü təmizləmək istəyərkən bir neçə ağaca bilmədən zərər vurmuşdur. İtitala Bələdiyyəsi bildirir ki, həmin zədələnmiş ağacların yaz mövsümü gəldikdən sonra bərpa olunduğu məlum olmuşdur və bununla bağlı bələdiyyə şikayətçi deyil. İş materiallarına əlavə olunmuş Balakən Rayon İcra Hakimiyyəti Başçısının İtitala kənd İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəsinin 26 aprel 2023-cü il tarixli 125 nömrəli arayışından görünür ki, X12 həqiqətən xx.xx.1994-cü ildə vəfat etmiş şəhid X7 qardaşıdır. Azərbaycan Respublikası İXM-nin 99.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanmış hesab edilir. Qanun normasının mənasına görə şəxsin Azərbaycan Respublikası İXM-nin hansısa maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilməklə onun barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanır. Həmçinin İXM-nin 76.21-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün sübut növü kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X12 haqqında İXM-nin 253.2 və 253.4-cü maddələrilə xx.xx.2023-cü il tarixli protokol tərtib edilərək inzibati xəta haqqında iş üzrə icraat başlanarkən və Azərbaycan Respublikası Ekologiyai və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X19 tərəfindən 15 mart 2023-cü il tarixli MN1290050 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən işin vacib faktiki halları araşdırılmamış, ona istinad olunan inzibati xətaya aidiyyətini təsdiq edən bütün sübutlar toplanmamış, X3 X5 və X4 izahatları arasında ziddiyyətlər aradan qaldırılmamış, bu izahatların qanuni yolla alınıb-alınmamasına əhəmiyyət verilməmişdir. Belə ki, həmin ağacların məhv edilməsi və zədələnməsi göstərilən ərazinin Balakən rayonu İtitala Bəldiyyəsinə aid olması barədə heç bir sənəd, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsindən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, mütəxəssis rəyi, eyni zamanda həmin torpaq sahəsinin X8 icarəyə verilib-verilməməsi barədə müvafiq sənəd alınıb iş materiallarına əlavə edilməmiş, həmin ağacların həqiqətən kökündən çıxarılaraq məhv edilməsi və bir ağacın zədələnməsini təsdiq edən mütəxəssis rəyi alınıb işə əlavə edilməmişdir. Halbuki həm barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 izahatında, həm də Balakən rayonu İtitala Bələdiyyəsinin 16 may 2023-cü il tarixli 09 saylı arayışında zədələnmiş ağacların bərpa olunduğu göstərilmişdir. Eyni zamanda bu konteksdə həmin ağaclarla bağlı ziddiyyətli məqamlar da araşdırılmamış və onlara hüquqi qiymət verilməmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X12 7 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşına xx.xx.2023-cü il tarixdə verdiyi izahatında bir neçə xırda diametrli ağacların kökündən çıxarıldığını göstərdiyi, həmçinin İtitala Bələdiyyəsinin sədri Elşad Balayev xx.xx.2023-cü il tarixli izahatında bir neçə ədəd xırda ağacın zədələndiyini göstərdiyi halda, kənd sakini X14 xx.xx.2023-cü il tarixdə verdiyi izahatında nədənsə X3 və bələdiyyə sədri X5 izahatlarının ziddinə olaraq 8 ədəd ağacın kökündən çıxarılaraq məhv edildiyini və 1 ədəd ağacın isə zədələndiyini göstərir. X31 ekologiya idarəsinin əməkdaşına verdiyi izahatında həmin ağacların məhz X12 tərəfindən məhv edildiyini və zədələndiyini qeyd etməmiş, bunu gördüyünü bildirməmişdir. X28 də eklogiya idarəsinin əməkdaşına verdiyi xx.xx.2023-cü il tarixli izahatında həmin bir neçə xırda ağacın məhz X12 tərəfindən məhv edildiyini, zədələdiyini və bunu gördüyünü bildirməmişdir. Həmçinin Balakən rayonu İtitala Bələdiyyəsinin 16 may 2023-cü il tarixli 09 saylı arayışında sözügedən ağacların məhv olunması yox, zədələnməsi və onların artıq bərpa olunması göstərilmişdir. Bundan başqa işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli aktda kəsilmiş və çıxarılmış çoxsaylı söyüd ağaclarının (onların sayı Bayram Umuxanvoa məhv edilməsi və zədələnməsi istinad olunmuş növü və diamterli qeyd olunmayan cəmi 9 ədəd ağacdan çoxdur) diametr ölçüləri yazılmışdır ki, bunlardan hansı diametrli ağacların Bayram Umuxanov tərəfindən məhv edilməsi və zədələnməsi aydınlaşdırılmamış, hadisə yerinə baxış keçirilərkən X3 iştirakı təmin edilməmişdir və onun həmin aktda imzası yoxdur. Qeyd edildiyi kimi, Bayram Umuxanov izahatında bir neçə xırda ağacın kökündən çıxarıldığını, onların məhv edilmədiyini və sonradan bərpa edildiyini göstərir. X3 və X5 izahatlarında göstərdikləri bir neçə xırda ağac isə inzibati xəta haqqında protokolda və qərarda Bayram Umuxanova istinad olunmuş 8 məhv edilmiş ağac və 1 ədəd zədələnmiş ağac demək deyildir. İşdə isə heç bir sübutla Bayram Umuxanovun 28 fevral 2023-cü il tarixli baxış aktında göstərilən hansısa diametrdə və növdə 8 ədəd ağacı kökündən çıxarması və 1 ədəd ağacı zədələməsi sübut olunmur. Heç 01 mart 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və 15 mart 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda X8 istinad olunan səkkiz ədəd hansı diametrdə və hansı növ ağacların məhv edilməsi və hansı diametrdə və hansı növ ağacın zədələnməsi belə göstərilməmişdir. Ona görə də həmin 28 fevral 2023-cü il tarixli baxış aktı Bayram Umuxanovun İXM-nin 253.2 və 253.4-cü maddələrilə inzibati məsuliyyətə cəlb edilməsi üçün mötəbər sübut kimi qəbul oluna bilməz. Eynilə inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş və inzibati xəta haqqında işə baxmış vəzifəli şəxslər tərəfindən yuxarıda göstərilən şəxslərin izahatları və əlavə olunmuş sənədlərdə göstərilən ziddiyətli məqamlara aydınlıq gətirilməmiş, Bayram Umuxanov tərəfindən hansı diametrdə, hansı ölçüdə və hansı sayda və növdə ağacların məhv edilməsi və zədələməsi ilə bağlı işin mühüm faktiki halları araşdırılıb müəyyən olunmamış, bu xüsusda ona istinad olunan xətaların işin həqiqi faktiki hallarına uyğun mahiyyəti göstərilməmiş, həmin ağacların bərpa olunub-olunmaması üzrə vacib xüsusat araşdırma predmeti olmamışdır. Bunun üçün mütəxəssisin iştirakı ilə hadisə yerinə baxış keçirilib müvafiq sənədlər alınmamış, işə baxılarkən X3 və digər şəxslərin iştirakı təmin edilməmiş və bu vacib xüsusatlara diqqət yetirilməmişdir. Həmçinin qeyd edilməlidir ki, X12 barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanarkən İXM-də göstərilən tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuş, onun bir sıra hüquqları pozulmuş, ona aid sübutlar kobud qanun pozuntuları ilə əldə edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: 61.1.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; 61.1.2. izahat vermək; 61.1.3. sübutlar təqdim etmək; 61.1.4. vəsatət və etirazlar vermək; 61.1.5. işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; 61.1.6. inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; 61.1.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək;61.1.8. inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq… Azərbaycan Respublikası İXM-nin 61.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər. Azərbaycan Respublikası İXM-nin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi);75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 77.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər, yaxud üzərində inzibati xətanın izlərini saxladığına görə inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübutlar hesab edilir. Azərbaycan Respublikası İXM-nin 77.2-ci maddəsinə əsasən maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. Azərbaycan Respublikası İXM-nin 78.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 78.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir. Azərbaycan Respublikası İXM-nin 79.1-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin və şahidlərin izahatları iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 79.2-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin və şahidin izahatları inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir. Azərbaycan Respublikası İXM-nin 79.3-cü maddəsinə əsasən mənbəyi məlum olmayan məlumatlara əsaslanan şahid izahatları sübut hesab edilmir. Azərbaycan Respublikası İXM-nin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Azərbaycan Respublikası İXM-nin 80.2-ci maddəsinə əsasən sənədlər yazılı və ya digər formada müəyyən edilmiş məlumatları özündə əks etdirə bilər. Fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Azərbaycan Respublikası İXM-nin 80.3-cü maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək sənədlərin qorunub saxlanılmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra onlar haqqında qərar qəbul etməlidir. Azərbaycan Respublikası İXM-nin 83.1-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin həll edilməsi üçün zəruri olan əlavə məlumatların tələb edilməsi barədə qərardad qəbul edə bilər. Azərbaycan Respublikası İXM-nin 83.2-ci maddəsinə əsasən məlumatlar tələb edildiyi vaxtdan üç günədək müddətdə, inzibati həbs nəzərdə tutulan inzibati xəta törədildikdə isə dərhal müvafiq orqanlar, təşkilatlar, idarələr və müəssisələr tərəfindən qərardad qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 83.3-cü maddəsinə əsasən müvafiq orqanlardan, təşkilatlardan, idarələrdən və müəssisələrdən tələb edilən məlumatların təqdim edilməsi mümkün olmadıqda, onlar üç günədək müddətində, inzibati həbs nəzərdə tutulan inzibati xəta törədildikdə isə dərhal qərardad qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə yazılı formada xəbər verməyə borcludurlar. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarından görünür ki, müvafiq araşdırma aparılarkən və barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanarkən X3 Azərbaycan Respublikası İXM-də nəzərdə tutulmuş hüquqları və vəzifələri, o cümlədən sübutlar təqdim etmək, vəsatətlər və etirazlar vermək hüquqları izah edilməmiş, özünə qarşı izahat verməmək hüququ barədə Azərbaycan Respublikası Konstitusiyasının 63 və 66 -cı maddələrinin, İXM-nin 8-ci maddəsinin və Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinin tələbləri izah edilməmiş, həmin şəxsin müdafiə hüquqları pozulmuşdur. Belə ki, 7 saylı Ekologiyai və Təbii Sərvət İdarəsinin əməkdaşı Nümayəndə tərəfindən X2 izahat alınarkən protokol tərtib edilmədən, onun özünə qarşı izahat verməmək hüququ, həmçinin Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsində və digər maddələrində nəzərdə tutulmuş hüquqlarının ona izah edilməsi barədə nə həmin izahatda heç bir müddəa qeyd edilməmiş, nə də bu barədə hər hansı digər sənəd hazırlanıb işə əlavə edilməmişdir. 15 mart 2023-cü il tarixdə X12 barəsində inzibati xəta haqqında işə baxılarkən də eyni qanun pozuntularına yol verilmişdir. Belə ki, işə baxılarkən ümumiyyətlə X3 iştirakı təmin edilməmişdir. X1 işə baxılmasının yeri və müddəti barədə məlumatla bağlı bildirişlər olsa da, X8 işə baxılmasının yeri və müddəti barədə həmin bildirişlərin təqdim olunmasını təsdiq edən heç bir sənəd yoxdur. 15 mart 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda və iş materiallarında işə baxılarkən X3 iştirakının təmin edilməsi göstərilməmişdir. X18 da barəsində inzibati xəta haqqında işə baxılarkən onun iştirakının təmin edilməməsini və ona işə baxılmasının yeri və müddəti haqqında məlumatın verilməməsini göstərmişdir. Belə olan halda təbiidir ki, işə baxılarkən iştirakının təmin olunmadığı halda X8 Azərbaycan Respublikası İXM-də və yuxarıda istinad olunmuş qanunvericilik aktlarında nəzərdə tutulmuş hüquqları, o cümlədən özünə qarşı izahat verməmək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, həmçinin müdafiəçinin hüquqi yardımından istifadə etmək hüquqları izah edilməmiş, həmin hüquqlardan istifadə edilməsinə şərait yaradılmamış, öz seçdiyi müdafiəçi və ya dövlət hesabına təyin edilmiş müdafiəçi vasitəsilə hüquqi yardım almaq hüququ təmin edilməmişdir. Bununla da X12 onun barəsində inzibati xəta haqqında icraat başlamış orqan (vəzifəli şəxs) və işə baxılmasını həyata keçirən orqan (vəzifəli şəxs) qarşısında əlverişsiz vəziyyətə salınmışdır. Belə ki, inzibati xəta haqqında icraat başlamış və işə baxmış orqanlar (vəzifəli şəxslər) bu sahə üzrə müvafiq hüquqi biliklərə və təcrübəyə malik peşəkarlardır. X12 isə hüquqşünas və bu sahə üzrə hüquqi biliklərə malik olan şəxs deyildir. Ona görə də X12 ona istinad edilən inzibati xətalar üzrə öz müdafiəsini təşkil etmək hüququndan və bunun üçün qanunda nəzərdə tutulmuş imkanların həyata keçirilməsindən məhrum edilmişdir. Bununla da onun Azərbaycan Respublikası Konstitusiyasının 60, 61, 63 və 127-ci maddələrində, həmçinin Avropa Konvensiyasının 6-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir;hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın; hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır; hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə əsasən hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır; qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir; hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır; cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır; şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir; cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir; ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsində isə işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müavafiq baxılması, ədalət mühakiməsinin vətəndaşların qanun və məhkəmə qarşısında bərabərdliyi əsasında həyata keçirilməsi, işlərin icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi, icraatın istənilən mərhələsində hər kəsin müdafiə hüququnun təmin olunması, ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyasına əsaslanması təsbit edilmişdir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənək təqsirsiz hesab edilir. Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs ən azı aşağıdakı hüquqlara malikdir:a) ona qarşı irədli sürülmüş ittihamın xparakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal və ətraflı məlumatlandırılmaq; b) öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq; c) şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək; d) onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsi hüququna malik olmaq və onun əleyhinə ifadə verimş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə şahidlər çağrılması və dindirilməsi hüququna malik olmaq; e) məhkəmədə istifadə olunan dili başa düşmürsə və ya bu dildə danışa bilmirsə, tərcüməçinin pulsuz köməyindən istifadə etmək. Bu konteksdə qeyd edilməlidir ki, Avropa Konvensiyası ilə milli qanunvericilikdə Avropa Konvensiyasının 6-cı maddənin 1-ci bəndində nəzərdə tutulan cinayət ittihamı anlayışı birbirindən fərqlənir. Belə ki, Avropa Məhkəməsinin presedentlərinə görə işin bir sıra parametrlərinə əsasən inzibati xəta da cinayət ittihamı sayılır. Bununla bağlı Enqel və başqaları Niderlanda qarşı işdə Avropa Məhkəməsi 6-cı maddənin cinayət-hüquqi aspektinin bu və ya digər işə tətbiqi üçün «Enqel meyarları» adlanan üç meyarı müəyyən etmişdir ki, həmin meyarlardan birinin olması işin cinayət ittihamı sayılması üçün əsasdır. Bu meyarlar aşağıdakılardır: 1) hüquq pozuntusu təşkil edən əməlin daxili qanunvericilikdə cinayət əməli kimi təsnifləşdirilməsi; 2) hüquq pozuntusunun xarakteri və 3) mümkün cəzanın xarakteri və ağırlığı. Əməlin daxili qanunvericilikdə açıq-aydın cinayət əməli kimi təsnifləşdirilməsi o deməkdir ki, 6-cı maddənin cinayəthüquqi aspekti avtomatik olaraq həmin işə tətbiq edilir. X20rşı işdə (32-34-cü bəndlər) Avropa Məhkəməsi bildirmişdir ki, hüquq pozuntusunun daxili qanunvericilikdə cinayət əməli kimi təsnifləşdirilməməsi nisbi xarakter daşıyır. Belə ki, bu halda ikinci və ya üçüncü meyarlar ön plana keçir. İkinci meyar, yəni hüquq pozuntusunun xarakteri tətbiq edilərkən daxili qanunvericilik normalarının və onların tətbiqi dairəsinin həmin hüquq sistemindəki digər cinayət əməlləri ilə müqayisəsi aparılır (Engelin işi, 80-85-ci bəndlər). Öztürk Almaniyaya qarşı işdə (53-cü bənd) Avropa Məhkəməsi vurğulamışdır ki, konkret cinayət əməlinin cəzalandırılmasına yönələn daxili qanunvericilik normaları prinsipcə «cinayət-hüquqi» xarakter daşıyır, lakin bəzi hallarda cəzalandırma məqsədi çəkindirmə məqsədi ilə yanaşı, yəni birgə mövcud olur. Bu o deməkdir ki, konkret sanksiyada bu məqsədlərin hər ikisi mövcud ola bilər və beləliklə, onlar qarşılıqlı surətdə bir-birini istisna etmir. Kempbell və X15rşı işdə (101-ci bənd) Avropa Məhkəməsi nəzərə çatdırdı ki, qanunvericilik normalarının konkret qrup tərəfindən deyil, daha geniş əhali kateqoriyası tərəfindən törədilən hüquq pozuntularının qarşısını almağa yönəlməsi faktı adətən həmin pozuntunun «cinayət» xarakteri daşımasının önəmli göstəricilərindən biridir, digər bir mühüm göstərici isə onun ağırlıq dərəcəsinin yüksək olmasıdır. Birinci və ikinci Engel meyarları əsasında aparılmış təhlil nəticə vermədikdə, məhkəmə üçüncü Engel meyarını nəzərdən keçirir (Eze və X6rşı iş, 108-130-cü bəndlər). Bu, alternativ və son meyardır. Bu meyar üzrə təhlil apararkən, Engelin işindəki kimi Avropa Məhkəməsi qərara ala bilər ki, hüquq pozuntusu xarakterinə görə «cinayət əməli» olmasa belə, təyin olunmuş sanksiya xarakterinə görə «cinayət-hüquqi» cəzadır. Avropa Məhkəməsi Avropa Konvensiyasının 7 saylı protokolunun 2-ci maddəsinə görə milli qanunvercilikdə cinayət kimi nəzərdə tutulmamasından asılı olmayaraq, inzibati xətaları da cinayət saya bilər. Məsələn, Avropa Məhkəməsi Meneşeva Rusiyaya qarşı işdə, ərizəçinin 5 sutka həbs edildiyi inzibati xətanı Konvensiyanın 6-cı maddəsi mənasında cinayət əməli saymışdır. Malofeyeva Rusiya qarşı işdə (7 sutka inzibati həbs) və Nemtsov Rusiyaya qarşı işdə (15 sutka həbs) inzibati xətalar cinayət sayılmış və onlara 6-cı maddənin müdafiəsi tətbiq edilmişdir. Kasparov və başqaları Rusiyaya qarşı işdə daha az inzibati həbs tətbiq edilən inzibati xəta da məhkəmə tərəfindən cinayət ittihamı saylımışdır. Enqel və başqaları Niderlanda qarşı işdə Avropa Məhkəməsi Konvensiyanın 7 saylı Protokolunun 2-ci maddəsinin mənası baxımından cəza təyin ediməyən, lakin təyin edilə biləcək hüququ pozuntusunu da cinayət saymışdır. X12 barəsində icraatı başlanmış Azərbaycan Respublikası İXM-nin 253.2 və 253.4-cü maddələrində nəzədə tutulmuş inzibati xətalar milli qanunvericilikdə cinayət əməli kimi nəzərdə tutulmasa da, 2-ci və 3-cü Engel meyarlarına görə Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi və Konvensiyaya 7 saylı Protokolun 4-cü maddəsinin 2-ci bəndinin mənası baxımından cinayət ittihamı sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası 253.2 və 253.4-cü maddələrində nəzədə tutulmuş inzibati xətalar konkret qrup tərəfindən deyil, daha geniş əhali kateqoriyası tərəfindən törədilən hüquq pozuntularının qarşısını almağa yönəldilmişdir və bu səbəbdən onların ağırlıq dərəcəsi yüksəkdir. Digər tərəfdən, Azərbaycan Respublikası İXM-nin 253.2 və 253.4-cü maddələrində nəzədə tutulmuş inzibati xətalar sanksiyası xarakterinə görə «cinayət-hüquqi» cəzadır. Belə ki, İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulmuş meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. İXM-nin 253.4-cü maddəsinə nəzərdə tutulmuş meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin zədələnməsinə görə fiziki şəxslər yüz manat miqdarında, vəzifəli şəxslər iki yüz manat miqdarında, hüquqi şəxslər min manat miqdarında cərimə edilir. Həmin cəzalar da Azərbaycan Respublikasında 2023-cü il yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən yaşayış minimumu 246 manat olduğu halında ağır monetar cəza sayıla bilər. O da xüsusi olaraq nəzərə çatdırılmalıdır ki, Salduz Türkiyəyə qarşı işdə Avropa Məhkəməsi Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş təminatları işin məhkəməyəqədərki araşdırma mərhələsinə də aid etmişdir. Belə olan halda Müqavilələr Haqqında 1961-ci il tarixli Vyana Konvensiyasının 3-cü maddəsinə və Avropa Konvensiyasının 46-cı maddəsinə əsasən beynəlxalq müqavilələr onların tətbiqi təcrübəsi ilə birlikdə (hazırki halda Salduz Türkiyəyə qarşı işdə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin qərarı) iştirakçı dövlətlər üçün məcburi xarakter daşıdığı üçün Avropa Konvensiyasının 6-cı maddəsində müəyyən olunmuş təminatlar X12 barəsində İXM-nin 253.2 və 253.4-cü maddələrilə icraatı başlanmış inzibati xəta haqqında işə də tətbiq edilməlidir. İşin araşdırılan hallarından məlum olur ki, 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X12 barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanarkən və inzibati xəta haqqında işə baxılarkən onun özünə qarşı izahat verməmək, sübutlar təqdim etmək, etirazlar və vəsatətlər vermək və sair hüquqlarının ona izah edilməməsi, bu hüquqlarından istifadə edilməsinə şərait yaradılmaması, işin tam faktoloji hallarının müəyyən olunması baxımından vacib şahidlər olan İmam Mahmudov və Elşad Balayevin, həmçinin özünün izahatında olan ziddiyyətlərin aradan qaldırılmaması, hüquqları izah edilmədən, ən əsası özünə qarşı izahat verməmək hüququ izah edilmədən və bu hüququn həyata keçirilməsinə şərait yaradılmadan bu hüququ pozulmaqla X3 özünə qarşı izahatın alınması nəzərə alınmadan, həmçinin İXM-nin 109.1.6-cı maddəsinə əsasən yuxarıda göstərilənlərə uyğun olaraq təqdim edilmiş materiallar natamam olduğu və işə baxılarkən onları tamamlamaq mümkün olmadığı üçün onları tamalamadan, bu xüsusda X3 iştirakını təmin etmədən, iş üzrə əldə edilmiş sübutların mötəbər olub-olmamasına və həmin sübutların mötəbərliyi və qanuniliyi və aidiyyəti baxımından şəxsin ona istinad olunan inzibati xətaların törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsinə hüquqi qiymət vermədən, heç bir hüququ əsaslandırma olmadan X12 İXM-nin 253.2 və 253.4-cü maddələrilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilmişdir. İşə baxılarkən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qanun pozuntularına yol verilmiş, X8 işə baxılmasının müddəti və yeri haqqında rəsmi bildiriş təqdim edilməmiş, işə baxılarkən X3 iştirakı təmin edilməmiş, X3 özünə qarşı izahat verməmək, sübutlar təqdim etmək, etirazlar və vəsatətlər vermək və sair hüquqları izah edilməmiş, X8 işdə olan şahidlərə izahatlarında göstərilmiş xüsusatların və işdəki sənədlərdəki məlumatların dəqiqləşdirilməsi və aydınlaşdırılması üçün suallar vermək, izahatlarda qeyd edilən ziddiyyətləri halları aydınlaşdırmaq və sair hüquqlarının həyata keçirilməsinə imkan yaradılmamış, işin tam faktoloji hallarının müəyyən olunması baxımından vacib olan sənədlər (yuxarıda onlar göstərilmişdir) alınıb iş materiallarına əlavə edilməmiş, yuxarıda istinad olunun şəxslərin və Bayram Umuxanovun izahatlarında olan ziddiyyətli hallar aradan qaldırılmamış, qeyd edilən natamam hallar işə baxılarkən tamamlanaraq aradan qaldırılmamışdır. Həmçinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən X3 təqsirsizlik prezumpsiyası hüququ pozulmaqla ondan xx.xx.2023-cü il tarixdə, yəni 01 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilməsindən əvvəl alınmış izahatına istinad olunmaqla, bununla da sübut etmək yükü onun üzərinə qoyulmaqla o, İXM-nin 253.2 və 253.4-cü maddələrilə inzibati məsuliyyətə cəlb edilmişdir. X22 və İmam Mahmudovun xx.xx.2023-cü il tarixdə verdiyi izahatlar da qanunsuz yolla alınmışdır və onlardan sübut kimi istifadə oluna bilməzdi. Belə ki, İXM-də inzibati xəta haqqında müvafiq protokol tərtib olunmadan zərərçəkmiş şəxsin və şahidlərin, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarının alınması nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 79.1-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin və şahidlərin izahatları iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 79.2-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin və şahidin izahatları inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir. Azərbaycan Respublikası İXM-nin 79.3-ci maddəsinə əsasən mənbəyi məlum olmayan məlumatlara əsaslanan şahid izahatları sübut hesab edilmir. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir:…100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; Azərbaycan Respublikası İXM-nin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən zərər çəkmiş şəxsin və şahidin izahatları, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilməklə fiksasiya olunur. Digər formada zərərçəkmiş şəxsin, şahidlərin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarının alınması yolverilməzdir və birmənalı şəkildə sübut kimi qəbul olunmamalıdır. Burada qanunun fəlsəfəsi açıq və aydındır. Belə ki, məhz rəsmi sənəd sayılan inzibati xəta haqqında protokolla və sair prosessual sənədlə inzibati xəta haqqında iş üzrə icraat başlama nəticəsində şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, zərərçəkmiş şəxs və şahid qismində prosessual statusu müəyyən olunur və onların izahatları hüquqları təmin edilməklə alınır və həmin izahatlar qanuni yolla alındıqda mötəbər sübut qismində istifadə olunur. Lakin hazırki işdə X12 barəsində 01 mart 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunduğu halda, hələ onun haqqında inzibati xəta haqqında iş üzrə icraat başlamadan, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs statusu müəyyən olunmadan, həmçinin Elşad Balayev və İmam Mahmudovun şahid kimi prosessual statusu müəyyən olunmadan həmin vaxt heç bir protokol tərtib olunmamaqla onlardan qanunvericiliyin tələbləri pozulmaqla 28 fevral 2023cü il tarixdə izahatlar alınmış və həmin izahatlar qanunsuz yolla əldə edilmiş sübutlar olmasına baxmayaraq Bayram Umuxanovun İXM-nin 253.2 və 253.4-cü maddələrilə təqsirli bilinib 2000 manat cərimə edilməsi, yəni inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas olmuşdur. İşə baxan vəzifəli şəxs tərəfindən də həmin izahatların qanunsuz yolla əldə edilmiş sübutlar olmasının fərqinə varılmamışdır. Halbuki qanunvericiliyin tələbinə görə həmin izahatlar qanunsuz yolla əldə edildiyindən sübut hesab edilə bilməzdi. Digər tərəfdən 01 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokolda Balakən rayonu İtibala Bələdiyyəsinə məxsus sözügedən ağacların məhv edilməsi və zədələnməsi göstərilməklə həmin protokolla, 15 mart 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarla və iş materiallarında olan hər hansı qərarla Balakən rayonu İtitala Bələdiyyəsi zərərçəkmiş şəxs qismində tanınmamış, inzibati xəta haqqında protokol tərtib edilərkən və inzibati xəta haqqında işə baxılarkən Balakən rayonu İtitala Bələdiyyəsinin nümayəndəsinin iştirakı təmin edilməmiş, bələdiyyənin nümayəndəsinin izahatı alınmamış, ona hüquq və vəzifələri izah olunmamış, zərərçəkmiş şəxs kimi bələdiyyənin İXM-nin 62-ci maddəsində,100-cü maddəsində, 112-115-ci-ci maddələrində və sari maddələrində nəzərdə tutulmuş hüquqları pozulmuşdur. Halbuki qanunvericiliyin tələbinə görə inzibati xəta haqqında icraat başlanarkən Balakən rayonu İtitala Bələdiyyəsi zərərçəkmiş şəxs qismində tanınmalı, inzibati xəta haqqında işə baxılarkən zərərçəkmiş şəxs kimi həmin bələdiyyənin nümayəndəsinin iştirakı təmin edilməli, onun prosessual hüquqları və vəzifələri izah olunmalı, bu hüquqların həyata keçirilməsinə şərait yaradılmalı və bələdiyyə nümayəndəsinin izahat verməsi təmin edilməli idi. Bunların isə heç biri edilməmişdir. Bundan başqa 15 mart 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar verilərkən İXM-nin 34 və 115-ci maddələrinin tələbləri də pozulmuşdur. Belə ki, iş materiallarından görünür ki, 15 mart 2023-cü il tarixli qərarla X12 İXM-nin 253.2ci və 253.4-cü maddələrilə təqsirli bilinmiş və 2000 manat cərimə edilmişdir. Lakin bu zaman həmin qərarda İXM-nin 34.3 və ya 34.4-cü (inzibati xətaların eyni vaxtda və ya müxtəlif vaxtlarda törədilməsi) maddələrinə istinad edilməmiş, müvafiq olaraq həmin qanun normalarına istinad olunmaqla onun məhz daha ciddi xəta sayılan İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməsi göstərilməmişdir. Bu da inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına (İXM-nin 31-ci maddəsi) və inzibati xəta haqqında iş üzrə qərara (İXM-nin 115-ci maddəsi) aid edilmiş tələblərə ziddir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. İşə baxan vəzifəli şəxs tərəfindən X3 İXM-nin 253.2-ci və 253.4-cü maddələrilə təqsirli bilinməsi üçün işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanmaqla işdə olan sübutlar obyektiv qiymətləndirilməmiş, hansı qanuni əsaslarla hansı sübutların mötəbər olması, hansı sübutların isə mötəbər olmaması, hansı mötəbər sübutlarla hansı faktoloji halların müəyyən olunması aydınlaşdırılmamış, işin hərtərəfli, tam və obyektiv araşdırılması təmin edilməmişdir. Qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60, 63 və 127-ci maddələri, Avropa Konvensiyasının 6-cı maddəsi və onun tətbiqi təcrübəsi ilə bağlı İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin presedentlərində (Dombo Beheer BV Belçikaya qarşı iş, Ofner və Norfingerin işi və sair) ədalətli məhkəmə araşdırması hüququ əsasən iki təməl prinsipin real olaraq mövcudluğunu özündə ehtva edir: 1) ilkin şərtlərin bərabərliyi prinsipi; 2) çəkişmə prinsipi. Bu prinsiplərin mahiyyəti ondan ibarətdir ki, işə baxan orqan və ya vəzifəli şəxs tərəfindən tərəflərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmalı, qanunda nəzərdə tutulmuş bütün prosessual hüquqi təminatlar hər iki tərəf üçün eyni qaydada təmin olunmalı, həmçinin tərəflərin işə baxılmasında iştirakı təmin olunmaqla işdə olan bütün sübutların araşdırılması, o cümlədən hər bir tərəfin təqdim etdiyi sübutlarla müəyyən olunmuş halların digər tərəfin təkzib edilməsi üçün tərəflərə tam imkanlar yaradılmalı, bu zaman işə baxan orqan işə qərəzsiz, obyektiv və ədalətli baxmaqla yalnız arbitr funksiyasını yerinə yetirməlidir. Həmin standartları hazırki işə tətbiq edərək, hesab edirəm ki, X3 Azərbaycan Respublikası İXM-nin 253.2 və 253.4-cü maddələrində nəzərdə tutulan xətaları törətməsinə aidiyyətinin olub-olmamasının müəyyən edilməsi üçün iş üzrə bütün sübutlar əldə edilib araşdırılmamış, həmin şəxsin İXM-nin 253.2 və 253.4-cü maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə aidiyyəti barədə nəticəyə gəlinməyə tam əsas yaradan işin bütün faktiki halları aydınlaşdırılmamış, İXM-də müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Bununla da X3 Azərbaycan Respublikası Konstitusiyasının 60, 63 və 127-ci maddələrində və Avropa Konvensiyasının 6-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Göstərilənlərin işığında şübhəsizdir ki, X3 ədalətli məhkəmə araşdırması hüquququn təmin edilməsi üçün işin mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırılmalı, X3 Azərbaycan Respublikası İXM-nin 253.2 və 253.4-cü maddələrində nəzərdə tutulan əməllərə aidiyyətinin olub-olmaması, həmin əməllərdə onun təqsirinin olub-olmamasının müəyyənləşdirilməsi üçün müvafiq mötəbər sübutlar əldə olunmalı, onun əməllərinə düzgün hüquqi qiymət verilməli və son nəticədə iş üzrə ədalətli və qanuni qərar qəbul edilməlidir. Bu səbəbdən də şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Ekologiyai və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisinin 15 mart 2023-cü il tarixli sözügedən qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin orqana göndərilməlidir. Hazırki şikayət 01 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokolun ləğv edilməsi hissəsində təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128- 130-cu maddələrində inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək və İXM-nin 134-135-ci maddələrində inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmsi və ya ləğv edilməsi qaydaları və əsasları müəyyən edilmişdir. İXM-də inzibati xəta haqqında protokoldan şikayət vermək və həmin protokolun ləğvi proseduru və şərtləri nəzərdə tutulmamışdır. Bu da məntiqli və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 99.4cü maddəsinə əsasən inzibati xəta haqqında protokol inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə prosessual hüquqi sənəddir və inzibati xəta haqqında iş üzrə qərar deyildir. Həmçinin hesab edirəm ki, şikayət X3 barəsində Azərbaycan Respublikası İXM-nin 253.2 və 253.4-cü maddələrilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi hissəsində də təmin edilməməlidir. Belə ki, X3 ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsi üçün işin mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırılmadan, X3 Azərbaycan Respublikası İXM-nin 253.2 və 253.4-cü maddələrində nəzərdə tutulmuş əməllərə aidiyyətinin olub-olmaması, həmin əməllərdə onun təqsirinin olub-olmamasının müəyyənləşdirilməsi üçün müvafiq araşdırma aparılmadan, digər sübutlar müəyyən olunmadan və həmin sübutlara hüquqi qiymət verilmədən və iş üzrə bütün ziddiyyətli hallar və əsaslar aradan qaldırılmadan X3 Azərbaycan Respublikası İXMnin 253.2 və 253.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri törədib-törətməməsi qənaətinə gəlmək hazırki halda mümkün deildir. İşin yenidən baxılması üçün 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməsi qənaətinə gəlindiyindən və həmin iş orada araşdırılacağından iş üzrə icraata xitam verilməsi barədə tələb əsassızdır və təmin olunmamalıdır. Həmin orqan (vəzifəli şəxs) tərəfindən işə yenidən baxılarkən təqdim edilmiş materialların natamam olub-olmaması və işə baxılarkən tamamlamağın mümkün olubolmaması həll edilməli, həmçinin Balakən rayonu İtitala Bəliyyəsi zərərçəkmiş şəxs qismində tanınmalı, iş araşdırılarkən və işə baxılarkən X3 qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri, o cümlədən təqsirsizlik prezumpsiyası hüququ, ona istinad olunan inzibati xəta üzrə sübutetmə yükünün onun üzərinə qoyula bilinməməsi, özünə qarşı izahat verməmək hüququ, sübutlar təqdim etmək, etirazlar və vəsatətlər vermək, özünün seçdiyi və ya lazımi vəsaitə malik olmadığı halda dövlət hesabına təyin edilmiş müdafiəçinin hüquqi yardımından istifadə etmək və sair hüquqları izah edilməli, bu hüquqların həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş imkanlar yaradılmalı, həmçinin Balakən rayonu İtitala Bələdiyyəsinin zərərçəkmiş şəxs qismində hüquqları izah edilməli, iş üzrə X12, X16 və X4 izahatları qanunamüvaviq qaydada alınmalı, işdə olan yuxarıda göstərilən ziddiyətli hallar aradan qaldırılmalı, müvafiq sorğular əsasında sənədlər alınıb iş materiallarına əlavə edilməli, işə baxılarkən zərərçəkmiş şəxs qismində Balakən rayonu İtitala Bəliyyəsinin nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakı təmin edilməli, İXM-nin 75-ci maddəsində nəzərdə tutulmuş halların olub-olmaması ilə bağlı əldə edilmiş sübutların mötəbər və qanuni olub-olmaması müəyyənləşdirilməli, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanmış obyektiv qiymət verilməli və iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. İşin araşdırılmış halları ona deməyə tam əsas verir ki, işə baxan orqan (vəzifəli şəxs) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış və İXM-də müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Bu da inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi üçün qanunda nəzərdə tutulmuş əsasdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir:...134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması…135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlirəm ki, X3 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 15 mart 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməli, şikayət qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 49-51, 115 və 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X3 şikayəti qismən təmin edilsin; Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X10 15 mart 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin; inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin; şikayət qalan hissədə təmin edilməsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-146/2023
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-146/2023
16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver