Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-146/2024 01.05.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, Qədirov İbadullah Şamil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X4 iştirakı ilə, X7 tərəfindən Azərbaycan Respublikası FHN-nin X18 Xidmətinin X9 Yanğın Nəzarəti İdarəsinin barəsində çıxardığı 28 noyabr 2023-cü il tarixli MN №1169409 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: X7 məhkəməyə şikayətlə müraciət edərək, Azərbaycan Respublikası FHN-nin X18 Xidmətinin Şimal Regional X16 İdarəsinin barəsində tərtib etdiyi 13 noyabr 2023-cü il tarixli MN№1169409 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X7 məhkəməyə ərizə təqdim edərək şikayət ərizəsində yol verdiyi səhvi düzəldərək Azərbaycan Respublikası FHN-nin X18 Xidmətinin X9 Yanğın Nəzarəti İdarəsinin barəsində tərtib etdiyi 28 noyabr 2023-cü il tarixli MN№1169409 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X7 şikayətini onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Katex kənd 2 nömrəli körpələr evi-uşaq baxçasının müdiri vəzifəsində işləyir. Azərbaycan Respublikası FHN-nin X18 Xidmətinin X9 Yanğın Nəzarəti İdarəsinin nümayəndələri tərəfindən rəhbərlik etdiyi bağçada yoxlama aparılmış və (Tələbnamə N 007) yanğın təhlükəsizliyi norma və qaydaları tələblərinin yerinə yetirilməməsi əsas götürülərək, 13 noyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 536.1-ci maddəsinə əsasən barəsində 350 (üç yüz əlli) manat inzibati cərimə tənbeh növünün tətbiq edilməsi barədə 28 noyabr 2023-cü il tarixli MN № ******* saylı qərar qəbul edilmişdir. Azərbaycan Respublikası FHN-nin X18 Xidmətinin X9 Yanğın Nəzarəti İdarəsinin MN-1169409 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi əsasında Balakən rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vidadi Musayev tərəfindən barəsində xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. O, həmin qərarla qətiyyən razılaşmır və hesab edir ki, barəsində qəbul edilmiş inzibati cərimə tənbeh növünün tətbiq edilməsinə dair Azərbaycan Respublikası FHN-nin X18 Xidmətinin X9 Yanğın Nəzarəti İdarəsinin 13 noyabr 2023-cü il tarixli MN № ******* saylı qərar qanunsuz və əsassızdır. Belə ki, Katex kənd 2 nömrəli körpələr evi uşaq baxçası 1980-cü ildə istismara verilib və üstündən 44 il keçməsinə baxmayaraq bağçanın köçürülmə planı yoxdur. O, bu barədə tələbnamədə göstərilən maddələrə uyğun olaraq 2002-cü ildə Şəki - Zaqatala Regional Təhsil İdarəsinin Balakən rayon sektor müdiri E.Musayevə yazılı şəkildə məlumat vermişdir. xx.xx.2024 -cü ildə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir əvəzi Günay Mahmudovaya yazılı şəkildə məlumat göndərmişdir. Balakən rayon Katex kənd 2 nömrəli körpələr evi uşaq baxçasının heç bir müstəqil maliyyəsi olmadığı üçün bu cərimənin ödənilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 536.1-ci maddəsinə əsasən ona 350 (üç yüz əlli) manat inzibati cərimə tənbeh növünün tətbiq edilməsi barədə Azərbaycan Respublikası FHN-nin X18 Xidmətinin X9 Yanğın Nəzarəti İdarəsinin 28 noyabr 2023-cü il tarixli MN № ******* saylı qərarı ona rəsmi qaydada 07 mart 2024-cü il tarixdə təqdim olunmuşdur. Bu səbəbdən də hazırki şikayətlə bu gün məhkəməyə müraciət edir. Azərbaycan Respublikası FHN-nin X18 Xidmətinin Şimal Regional X16 İdarəsinin barəsində tərtib etdiyi 28 noyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X7 şikayəti müdafiə edərək, ona uyğun izahat vermis, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X16 Xidməti X9 Yanğın Nəzarəti İdarəsinin 11 yanvar 2023-cü il tarixli 007 nömrəli tələbnaməsində göstərilən çatışmazlıqların aradan qaldırılması bağça müdiri kimi onun səlahiyyətlərində deyildir. O, Azərbaycan Respublikası İXM-nin 536.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyekti deyildir. Ona görə də Azərbaycan Respublikası FHN-nin X18 Xidmətinin Şimal Regional X16 İdarəsinin barəsində tərtib etdiyi 28 noyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası FHN-nin X18 Xidmətinin X9 Yanğın Nəzarəti İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası FHN-nin X18 Xidmətinin X9 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən şikayətə baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış Azərbaycan Respublikası FHN-nin X18 Xidmətinin X9 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və hazırki işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsində qeyd edilir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətə və ya protestə həmin şəxslərin iştirakı olmadan baxılma məsələsi həll edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxsi dinləyib, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək, hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası FHN-nin X18 Xidmətinin X9 Yanğın Nəzarəti İdarəsinin rəisinin X7 barəsində 28 noyabr 2023-cü il tarixli MN№1669409 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv olunmalı və əməlində inzibati xəta tərkibi olmadığı üçün X7 barəsində Azərbaycan Respublikası İXM-nin 536.1ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 13 noyabr 2023-cü il tarixli MN1222353 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X7 barəsində 11 yanvar 2023-cü il tarixdə Balakən rayonu Katex kəndində yerləşən Katex 2 saylı uşaq bağçasında planlı YTM zamanı 007 nömrəli tələbnamə verilməsi və nəzəri YTM zamanı tələbnamənin 1,2, və 3-cü bəndlərinin yerinə yetirilməməsi əsası ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXMnin 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi istinad olunmaqla onun haqqında həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası FHN-nin X18 Xidmətinin X9 Yanğın Nəzarəti İdarəsinin rəisi X14 28 noyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X7 Azərbaycan Respublikası İXM-nin 536.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 350 manat məbləğdə inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası FHN-nin X18 Xidmətinin X9 Yanğın Nəzarəti İdarəsinin 11 yanvar 2023-cü il tarixli 007 nömrəli tələbnaməsində Balakən rayon Katex 2 saylı bağçalar evi uşaq baxçasında aşağıdakı tələblərin yerinə yetirilməsi tələb edilmişdir: İ Bölmə 1. Binanın çardağına baxış keçirilsin, çardağın ağac materiallarından ibarət konstruktiv elementləri oda davamlı məhlulla hopdurulsun (və ya ağac materialı kirənçlə boyansın); 2) Baxça binasının daxili elektrik təsərrüfatına mütəxəssis tərəfindən profilaktiki baxış keçirilsin, nasazlıqlar aşkar edildikdə təmir etdirilsin və saz vəziyyətə gətirilsin, binanın daxili elektrik xətlərinin izolyasiyasının gərginliyə müqaviməti sınaqdan keçirilsin və nəticəsinə dair akt tərtib edilsin, aktın surəti X16nə təqdim edilsin;3) Baxça binası normativ sənədlərin tələblərinə uyğun olaraq ilk yanğın söndürmə vasitələri ilə təmin edilsin (binanın hər 100 m2 sahəsinə 1 ədəd odsöndürən balon nəzərdə tutulsun). Tələblər:İİ Bölmə: 4.Ərazi daim yanar tullantılardan, quru otdan, xəzəldən təmizlənsin. Yanar tullantılar təhlükəsiz əraziyə daşınsın;5. Baxçadan yanğın baş verən zaman insanların və əşyaların köçürülməsi üçün «köçürmə» planına əlavə olaraq yanğın zamanı işçi heyətinin edəcəyi hərəkətlərə aid təlimat işlənsin və məktəb binasının görünən yerlərindən asılsın; 6. Baxçanın ehtiyat çıxış qapıları daim açıq vəziyyətdə saxlanılsın və manəedici əşyalarla tutulmasına yol verilməsin; 7.Baxçanın bütün pedaqoji və texniki işçiləri yanğına qarşı təlimatlandırılsın və yanğın texniki minimum üzrə dərslər keçirilsin. Bu haqda xüsusi ayrılmış jurnala imzalar etdirilsin və yerli X16nə rəsmi arayış təqdim edilsin; 8. Otaqlarda iş saatı qurtardıqdan sonra elektrik avadanlıqları cərəyanlardan ayrılsın. Otaqlara baxış keçirlsin və təhlükəsizlik təmin olunduqdan sonra bağlanılsın və gözətçiyə təhvil verilsin. İş materiallarında olan Azərbaycan Respublikası FHN-nin X18 Xidmətinin X9 Yanğın Nəzarəti İdarəsinin 13 noyabr 2023-cü il tarixli Yanğın texniki müayinə aktında göstərilir ki, 14 noyabr 2023-cü il tarixdə bağça binasında nəzəri YTM keçirildi və aşağıdakı nöqsanların aradan qaldırılmadığı aşkar olundu: 1. Binanın çardağının konstruktiv elementləri odadavamlı məhlulla hopdurulmayıb. 2. Binanın elektrik təsərrüfatına mütəxəssis tərəfindən baxış keçirilməyib və akt tərtib edilməyib. 3. Binanın yanğınsöndürən balonlarının tərkibi yenisi ilə əvəz olunmamışdır. Yoxlama ilə bağlı MN ******* nömrəli protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasi Təhsil Nazirliyi Balakən Rayon Təhsil Şöbəsi Katex Kənd 2 X20 - Uşaq Baxçasinın müdiri A. Heydərova tərəfindən Şəki- Zaqatala Regional Təhsil İdarəsinin Balakən rayon sektor müdiri E.Musayevə ünvanlanmış məlumatında göstərilir ki, Fövqaladə Hallar Nazirliyi baxçaya baxış keçirən zaman yanğınsöndürən balonların vaxtı keçdiyi üçün tədbir görülməsini bildirdi. Yanğınsöndürən balonların doldurulması üçün onlara köməklik göstərilməsi xahiş olunur. İş materiallarında olan Azərbaycan Respublikasi Təhsil Nazirliyi Balakən Rayon Təhsil Şöbəsi Katex Kənd 2 X20 - Uşaq Baxçasinın müdiri A. Heydərova tərəfindən Şəki- Zaqatala Regional Təhsil İdarəsinin Balakən rayon sektor müdir əvəzi Günay Mahmudovaya ünvanlanmış məlumatında göstərilir ki, Fövqaladə Hallar Nazirliyinin X9 Yangina Nəzarət İdarəsinin keçirdiyi yoxlama əsasında (Tələbnamə №007) yanğın təhlükəsizliyi norma və qaydaların tələblərinin yerinə yefirilməməsi nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətallar Məcəlləsinin 536.1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsassı ilə barəsində 350 (üç yüz əlli) manat cərimə tənbehi nova tətbiq edilib.Təhlükəsizliyin norma və qaydaların tələblərinin pozulması hallarının aradan qaldırılması üçün köməklik göstərilməsi xahiş edilir. Tələbnamədə göstərilən bənd aşağıdakı kimidir. 3.Baxça binası normativ sənədlərin tələblərinə uyğun olaraq ilk yanğın söndürmə vasitələri ilə təmin edilsin (Binanın hər 100m2 sahəsinə 1ədəd odsöndürən balon Nəzərdə tutulsun). Baxçada yanğın söndürmə balonları var, lakin yenilənməyib. Bundan əlavə Tələbnamədə daha bir neçə bənd var ki, bunlarında yerinə yetirilməsi üçün vaxt verilib. Həmin bəndlər aşağıdakı kimidir. 1. Baxçanın çardağına baxış keçirilsin; çardağın ağac materiallardan ibarət konstruktiv elementləri oda davamlı məhlulla hopdurulsun (və ya ağac materialları kirənclə boyansın) 2. Baxçanın binasının daxili elektrık təsərrüfatına mütəxəsis tərəfindən profilaktik baxış keçirilsin. Nasazlıqlar aşkar edildikdə təmir etdirilsin və saz vəziyyətə gətirilsin. Binanın daxili elektrik xətlərinin izolyasiyasının gərginliyə müqaviməti sınaqdan keçirilsin və nəticəsinə dair akt tərtib edilsin. Aktın sürəti X16nə təqdim edilsin. 5.Baxçada yanğın baş verən zaman insanların və əşyaların köçürülməsi iiçün “köçürmə” planına əlavə olaraq yanğın zamanı işçi heyətinin eədəcəyi hərəkətlərə aid təlimat işlənsin və baxça binasının görünən yerlərdən asılsın, köçürülmə planı yoxdur. İşdə olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Azərbaycan Respuklikası FHN-nin X18 Xidmətinin X9 Yanğın Nəzarəti İdarəsinin MN- 1169409 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İşdə olan Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən X5 ünvanlanmış xx.xx.2024-ci il tarixli 47598/2024-46-5-003 nömrəli tələbin könüllü icrası haqqında bildirişdə göstərilmişdir ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başlanmış Azərbaycan Respuklikası FHN-nir X18 Xidmətinin X9 Yanğın Nəzarəti İdarəsinin MN- ******* nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunur. Bu müddət ərzində tələbi üzrsüz səbəbdən icra etməsə, icra məcburi qaydada təmin ediləcək, həmçinin «İcra haqqında» Azərbaycar Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər ondan tutulacaqdır. Azərbaycan Respublikası İXM-nin 99.4.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edildikdə, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərar qəbul edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanmış hesab edilir. Qanun normasının mənasına görə şəxsin Azərbaycan Respublikası İXM-nin hansısa maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilməklə onun barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanır. Həmçinin Azərbaycan Respublikası İXM-nin 76.21-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün sübut növü kimi müəyyən edilmişdir. İş materiallarından görünür ki, X7 barəsində tərtib edilmiş 13 noyabr 2023-cü il il tarixli ******* nömrəli inzibati xəta haqqında protokolda planlı YTM zamanı 007 nömrəli tələbnamin verilməsi və nəzəri YTM zamanı tələbnamənin 1,2 və 3-cü bəndlərinin yerinə yetirilməməsi əsası ilə onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi göstərilmiş, faktiki olaraq həmin protokolla X7 barəsində İXM-nin 518.3-cü maddəsilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Halbuki Azərbaycan Respublikası İXM-nin 518.3-cü maddəsində inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyət nəzərdə tutulmuşdur. İnzibati tənbeh vermə haqqında 28 noyabr 2023-cü il tarixli ******* nömrəli qərarda isə X1 rayonu Katex kəndində yerləşən Katex 2 saylı uşaq baxçasında nəzəri YTM aparan zamanı 11 yanvar 2023-cü il tarixli 007 saylı tələbnamənin 1,2 və 3-cü bəndlərinin yerinə yetirilməməsi əsası ilə Azərbaycan Respublikası İXM-nin 536.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və 350 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İXMnin 536.1-ci maddəsində yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin yerinə yetirilməməsinə, yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinə uyğun gəlməyən malların istehsaldan çıxarılması, buraxılmasına son qoyulması, satışının dayandırılması, yaxud işlərin (xidmətlərin) dayandırılması barədə qərarın və ya tələbnamənin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Bu xüsusda məhkəmə X7 barəsində 13 noyabr 2023-cü il tarixli, MN1222353 nömrəli inzibati xəta haqqında protokolu mötəbər sübut kimi qəbul etmir. Belə ki, həmin protokolda xətanın mahiyyəti göstərilməmiş, belə ki, Aygun Heydərova 28 noyabr 2023-cü il tarixli qərarla İXM-nin 536.1-ci maddəsilə inzibati qaydada tənbeh edildiyi halda, onun haqqında inzibati xəta haqqında iş üzrə icraat İXM-nin 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı başlanmışdır. Həmçinin həmin protokol digər kobud qanun pozuntuları ilə tərtib olunmuşdur. Belə ki, 13 noyabr 2023-cü il tarixli, MN1222353 nömrəli inzibati xəta haqqında protokolda doğulduğu tarix, qeydiyyatda olduğu və yaşadığı yer, ailə vəziyyəti, vətəndaşlığı, əvvəllər inzibati məsuliyyətə cəlb edilib-edilməməsi barədə məlumat göstərilməməklə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, şahidlərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraati aparılan fiziki şəxsin izahatı göstərilməmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə inzibati xəta haqqında protokolun surəti verilməmiş, bununla da İXM-nin müvafiq olaraq 100.1.4, 100.1.6, 100.1.7, 100.1.10, 100.3 və 100.4-cü maddələrinin tələbləri pozulmuşdur. Həmçinin bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraati aparılan X4 İXM-nin 61-ci maddəsində və 100.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, izahatlar və protokolun məzmunu barədə öz izahatlarını təqdim etmək və sair hüquqları pozulmuşdur. Bununla yanaşı, nəzərə çatdırılmalıdır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan o halda inzibati xəta haqqında işə baxıla bilər ki, İXM-nin 61.3-cü maddəsinə əsasən işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olduğu halda, o, iştirak etməsin. Ancaq toplanmış materialdan göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 işə baxılmasının yeri və müddəti bildirilməmişdir. Şübhəsizdir ki, qeyd olunan xüsusat barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İXM-də nəzərdə tutulan hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur ki, bununla da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Aygun Heydərova inzibati xəta haqqında iş üzrə icraatın baxılmasında mütləq iştirak etməli olduğu halda, iştirak edə bilməmişdir. Nəticədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 iştirakı olmadan onun barəsində inzibati xəta haqqında işə baxılaraq, inzibati tənbeh vermə haqqında qanusnuz qərar qəbul edilmişdir. Belə ki, qeyd edildiyi kimi, X8 barəsində 13 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolla İXM-nin 518.3-cü maddəsilə icraat başlandığı halda, həmin protokol əsasında onun barəsində icraat başlanmayan İXM-nin 536.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməklə inzibati tənbeh tətbiq edilmişdir. X13 İXM-nin 536.1-ci maddəsilə inzibati xəta üzrə ittiham verilməmiş, yəni icraat başlanmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir, heç kəs insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini məhdudlaşdıra bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin 5ci maddəsinə əsasən insan və vətəndaş hüquq və azadlıqları ali dəyərə malikdir. Bu hüquq və azadlıqlarına pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Digər tərəfdən iş materiallarından görünür ki, X2 rayon Katex 2 saylı körpələr eviuşaq baxçasının müdiridir. O, İXM-nin 536.1-ci maddəsilə 11 yanvar 2023-cü il tarixli 007 saylı tələbnamənin 1, 2 və 3-cü bəndlərinin tələblərinin yerinə yetirilməməsinə (binanın çardağına baxış keçirilməsi, binanın çardağının ağac materiallarından ibarət konstruktiv elementləri oda davamlı məhlulla hopdurulması (və ya ağac materialı kirənçlə boyanması), baxça binasının daxili elektrik təsərrüfatına mütəxəssis tərəfindən profilaktiki baxış keçirilməsi, nasazlıqlar aşkar edildikdə təmir etdirilməsi və saz vəziyyətə gətirilməsi, binanın daxili elektrik xətlərinin izolyasiyasının gərginliyə müqavimətinin sınaqdan keçirilməsi və nəticəsinə dair akt tərtib edilməsi, aktın surətinin X16nə təqdim edilməsi, baxça binasının normativ sənədlərin tələblərinə uyğun olaraq ilk yanğın söndürmə vasitələri ilə təmin edilməsi (binanın hər 100m2 sahəsinə 1 ədəd odsönüdrən balonun nəzərdə tutulması) görə inzibati məsuliyyətə cəlb edilmişdir ki, bu da tamamilə qanunsuz və əsassızdır. Halbuki qanunvericiliyə əsasən X7 həmin yanğın mühafizəsi tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət daşımalı olan şəxs deyildir. Belə ki, körpələr eviuşaq baxçasının müdirinin vəzifə səlahiyyətlərini müəyyənləşdirən heç bir normativ hüquqi aktda, o cümlədən «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20 dekabr 2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X3 məktəqədər təhsil müəssisəsinin müdiri, o cümlədən körpələr evi-uşaq baxçasının müdiri üçün körpələr evi-uşaq baxçası binasının çardağına baxış keçirilməsi, çardağın ağac materiallarından ibarət konstruktiv elementləri oda davamlı məhlulla hopdurulması (və ya ağac materialı kirənçlə boyanması), baxça binasının daxili elektrik təsərrüfatına mütəxəssis tərəfindən profilaktiki baxış keçirilməsi, nasazlıqlar aşkar edildikdə təmir etdirilməsi və saz vəziyyətə gətirilməsi, binanın daxili elektrik xətlərinin izolyasiyasının gərginliyə müqavimətinin sınaqdan keçirilməsi və nəticəsinə dair akt tərtib edilməsi, aktın surətinin X16nə təqdim edilməsi, baxça binasının normativ sənədlərin tələblərinə uyğun olaraq ilk yanğın söndürmə vasitələri ilə təmin edilməsi (binanın hər 100m2 sahəsinə 1 ədəd odsönüdrən balonla təmin edilməsi) vəzifələrini, yəni məsul şəxs olaraq yanğından mühafizəyə dair göstərilən tələbləri yerinə yetirməli olması müəyyən edilməmişdir. Bundan başqa, yanğından mühafizəyə dair həmin tələblərin yerinə yerinə yetirilməsi ilə bağlı tədirlərin görülməsi üçün Aygün Heydərova tərəfindən dəfələrlə Şəki- Zaqatala Regional Təhsil İdarəsinin aidiyyəti qurumuna həmin idarənin Balakən rayon sektor müdirinə rəsmi məktublarla müraciət olunmuş, lakin həmin idarə tərəfindən bu tələblərin yerinə yetirilməsi ilə bağlı tədbirlər görülməmişdir. Halbuki qanunvericilikdə bununla bağlı müvafiq tədbirlərin görülməsi və yanğından mühafizəyə dair həmin tələblərin yerinə yetirilməsi həmin idarənin məsul şəxsinin vəzifəsi olaraq müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Balakən rayon Katex 2 saylı körpələr eviuşaq baxçasının müdiri X8 hazırki iş üzrə Azərbaycan Respublikası İXM-nin 536.1-ci maddəsinin subyekti deyildir, onun əməlində həmin İXM-nin 536.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. İşdə bunun əksini təsdiq edən hər hansı mötəbər sübut da yoxdur. Müvafiq sübutlar olmadan X4 İXM-nin 536.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsinə faktoloji və hüquqi əsaslar yoxdur və belə əsasları təsdiq edən mötəbər sübutlart da məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 6.2-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Beləliklə məhkəmə iclasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, X4 Azərbaycan Respublikası İXM-nin 536.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi təsdiq edilməmiş, həmin şəxs əsassız olaraq İXM-nin 536.1-ci maddəsilə təqsirli bilinərək, inzibati tənbehə məruz qalmışdır. Bununla da X4 Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsində və İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsində təsbit edilmiş ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Belə ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Engel və başqaları Niderlanda qarşı işdə və bir sıra digər presedentlərində (Meneşeva Rusiyaya qarşı və s.) İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi daxili qanunvericilikdə olan təsnifatdan asılı olmayaraq, bir sıra hallarda (əməlin xarakteri və mümkün cəzanın ağırlığı və s.) inzibati xətalar haqqında işləri cinayət ittihamına bərabər saymışdır. Salduz Türkiyəyə qarşı işdə Avropa Məhkəməsi Avropa Konvensiyasının 6-cı maddəndə təsbit olunmuş təminatları işin məhkəməyəqədərki araşdırma mərhələsinə də aid etmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: …135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması… İşdəki sübutlardan görünür ki, X4 əməlində Azərbaycan Respublikası İXM-nin 536.1-ci maddəsinin tərkibi olmadan, o, əsassız olaraq İXM-nin 536.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, Azərbaycan Respublikası FHN-nin X18 Xidmətinin X9 Yanğın Nəzarəti İdarəsinin rəisi X14 28 noyabr 2023-cü il tarixli MN №1169409 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə İXM-nin 536.1-ci maddəsi ilə təqsirli bilinərək, 350 manat məbləğində cərimə edilmişdir. Ona görə də həmin qərar ləğv edilməli və əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə X7 barəsində İXM-nin 536.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanları ümumiləşdirib, işin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, bu nəticəyə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 şikayəti əsaslı olduğundan təmin edilməli, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 536.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 350 manat məbləğində cərimə edilməsi ilə bağlı Azərbaycan Respublikası FHNnin X16 Xidmətinin X9 Yanğın Nəzarəti İdarəsinin rəisi X14 28 noyabr 2023-cü il tarixli MN №1169409 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 536.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 49-51, 53, 105, 114-115, 128-136 və 137-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X4 şikayəti təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 536.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 350 manat məbləğində cərimə edilməsi ilə bağlı Azərbaycan Respublikası FHN-nin X16 Xidmətinin X9 Yanğın Nəzarəti İdarəsinin rəisi X14 28 noyabr 2023-cü il tarixli MN №1169409 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin; X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 536.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata onun əməlində həmin inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №3(019)-146/2024
Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-146/2024
01.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver