Məhkəmə qərarları › İş №3(019)-146/2025

Balakən Rayon Məhkəməsi Qərar — İş №3(019)-146/2025

08.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Balakən Rayonu İş № 3(019)-146/2025 08.04.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, inzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1960-cı ildə Balakən rayonunun Yeni-Şərif kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN-xxxxxxx , evli, orta təhsilli, pensiyaçı, əvvəllər inzibati məsuliyyətə cəlb olunmayan, Balakən rayonu Yeni Şərif kəndində yaşayan Şəxs barəsində Balakən Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə icraatı başlanmış inzibati xəta haqqında işə Balakən Rayon Məhkəməsinin inzinati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs 03 aprel 2025-ci il tarixdə saat 17:45 radələrində Balakən rayonu Yeni Şərif kəndi ərazisində küçədə vət.Zərərçəkmiş şəxs qarşı ucadan nalayiq ifadələr işlədib onu təhqir etməklə ictimai qaydanı pozmuşdur. Şəxs sözügedən inzibati xətanı törətməsi məhkəmə iclasında özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və bilavasitə tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada tam sübuta yetirildi. İnzibati xəta haqqında iş üzrə icraat başlamış Balakən Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 məhkəmə iclasında göstərdi ki, Balakən rayon X3 Polis Bölməsinin növbətçisi, polis mayoru Elvin Həsənovun raportu və Zərərçəkmiş şəxs ərizəsi əsasında inzibati xəta haqqında iş üzrə araşdırmanın aparılması ona həvalə edilmişdir. Onun tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri alınmış və Balakən rayonu Yeni Şərif kənd sakini, xx.xx.1960-cı il təvəllüdlü Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi olduğundan onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, o,xx.xx.2025-ci il tarixdə Balakən rayonu Yeni Şərif kəndində küçədə olduğu zaman onun bacanağı olan Zərərçəkmiş şəxs özünə məxsus maşın ilə onun yanından keçərkən maşını onun yanında saxlamış və ona qarşı nalayiq ifadələr işlətmişdir. Buna görə o da onun cavabını qaytarmışdır.Uzun müddətdir ki, onların arasında narazılıq var və bu davam edir.Zərərçəkmiş şəxs dedikləri şər və böhtandır.Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindiridlmiş Zərərçəkmiş şəxs göstərdi ki, Şəxs onun bacanağıdır. Uzun müddətdir ki, aralarında olan müəyyən narazılıqlara və mübahisələrə görə danışmırlar. Bu səbəbdən Şəxs hər dəfə onu görəndə nalayiq ifadələr işlətməklə söyüb təhiqir edir. xx.xx.2025-ci il tarixdə özünə məxsus avtomobillə Balakən rayonu Yeni Şərif kəndi ərazisindən keçərkən Şəxs əsassız yerə küçədə gəlinin və qudalarının yanında nalayiq ifadələr işlədərək onu söyüb təhiqr etmişdir.Şəxs onu söyən zaman onun maşınında qudası Muxmatimin Malalov,onun arvadı Ayşə, gəlini Şahid2 və az yaşlı nəvəsi olmuşdur.Buna görə də Ramazanın hərəkətlərinə dözməyib DİN-nin 102 xidmətinə müraciət etmişdir. O, Şəxs şikayətçidir. Onun barəsində ciddi tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə qaynatası Zərərçəkmiş şəxs idarə etdiyi avtomaşınla uşaqlarını baxçadan götürüb evlərinə qayıdarkən Yeni Şərif kəndi ərazisində küçədə Şəxs heç bir səbəb olmadan qaynatası Zərərçəkmiş şəxs nalayiq ifadələrlə söymüş və onu təhqir etmişdir. Həmin vaxt onların avtomaşınında qohumları Şahid1 və onun həyat yoldaşı da olmuşdular. Məhkəmə iclasında şahid qismində dindirilən Malahov Şahid1 oğlu şahid X1 ifadəsinə uyğğun eyni məzmunlu ifadə vermişdlir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Balakən rayonu Yeni-Şərif kəndində yaşayan,xx.xx.1960-cı il təvəllüdlü Şəxs əvvəllər inzibati məsuliyyətə cəlb edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemoloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin inzibati xətanı törətməkdə təqsirlidir və onun barəsində inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini qanuni və əsaslı hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 112-113, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 60 (altmış) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində işə baxmış hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar